Babi Bədəlov

Karyerasına 1990-cu illərdə Rusiyanın Sankt-Peterburq şəhərində müstəqil incəsənət hərəkatının görkəmli üzvü kimi başlayan Babi Bədəlov müasir Azərbaycanın ən cəlbedici rəssamlarından biri sayılır. Lerikdə doğulan və hal-hazırda Parisdə yaşayan Babi şair, o cümlədən instalyasiya və performans sahələrində fəaliyyət göstərən vizual rəssam kimi tanınır.

 

1990-cı illərdə alternativ incəsənət hərəkatı başladan kreativ kollektivə ev sahibliyi etmiş, amma hal-hazırda Non-konformist İncəsənət Muzeyi kimi fəaliyyət göstərən, “Puşkinskaya 10” incəsənət məkanının ən məşhur üzvlərindən biri olub. “Puşkinskaya 10” qrupu incəsənətin əsaslarını təftiş edən kollaborativ əl işləri ilə tanınırdı, indi isə şəhərin incəsənət tarixinin əfsanəvi hissəsinə çevrilib.

 

Babinin Sankt-Peterburq dövründən qalmış kontr-mədəniyyət qavrayışı onun yaradıcılığına yansımağa davam edir və rəssam dillərin – həm ana dilinin, həm də öyrənilən dilin şəxsiyyətə necə təsir etdiyini araşdıran incəsənət layihələri vasitəsi ilə qaçqınlar və miqrasiya kimi ictimai məsələləri araşdırır. Bildiyi talış, azərbaycan, rus və ingilis dilləri onun həyatının və bir rəssam kimi səyahətlərinin müxtəlif aspektlərini və anlarını əks etdirdiyi üçün dil Babinin əsas ilham mənbələrindən biridir; rəssam müxtəlif mədəniyyətlər və coğrafiyalar arasında əlaqə və uzlaşmaları vurğulamaq üçün müxtəlif sözləri işıqlandırır və birləşdirir. Dili estetik bir alət kimi istifadə etməsi Rusiyaya, Türkiyəyə, Böyük Britaniyaya və hazırda yaşadığı Fransaya etdiyi mühacirətlərində yaşadığı təcrübəni əks etdirir, çünki Babi öz yaradıcılığında sintaksis və əlifba dəyişməsini təhlil edir.

 

 

Babi Bədəlovu ən yaxşı, onun əl işləri üçün baza rolunu oynayan, şəxsi şeirini əks etdirən təsvirlər və mətndən ibarət “vizual poeziya” adlı incəsənət sahəsi ifadə edir. O, həmçinin tullantılar arasında tapılan əşyalardan əl işləri yaratmağı ilə də tanınır – rəssam ictimai şərhi təşviq etmək üçün onları incəsənət əsərinə çevirir. Onun dünyəvi əşyaların və prozanın gizli hekayələrini işıqlandırmaq bacarığı müasir incəsənət dünyasını valeh etməkdə davam edir.

 

 

Babinin yaradıcılığı provokativ, introspektiv və yüksək dərəcədə kəskin ola bildiyi üçün onun əl işləri bütün dünyada, o cümlədən Rusiya, Almaniya, Polşa, İsveç, Böyük Britaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Ukrayna kimi ölkələrdə nümayiş etdirilən müxtəlif məşhur qrup sərgilərinə daxil edilmişdir. Qeyd etmək lazımdır ki, onun əl işləri 6-cı Moskva (2015), 11-ci Kvancu (2016) və 4-cü Ural Sənaye bienallarına daxil edilib. Həmçinin, 2016-cı ildə onun nəhəng “Dünyanın divarı üçün” adlı instalyasiyası Parisin (Fransa) məşhur Palas-de-Tokio muzeyində sərgilənib. Bu əl işi üzərinə çoxlu sayda miqrantlara sahiblik etmiş Paris şəhərinin ictimai-mədəni mənzərəsinin şairanə interpretasiyalarının və rəsmlərinin həkk olunduğu parça fraqmentlərindən ibarət idi. Onun instalyasiyası şəhərin gündəlik həyatında baş verən insanların və dillərin kəsişməsini araşdırır, bu əl işi vasitəsi ilə Babi öz nəzmini dövrümüzün Parisini müəyyən edən multikulturalizm çətinliklərinin nəfəskəsici təcrübəsi kimi təqdim edir.

 

2017-ci ildə rəssam öz əsərini Bakıda Yay qalereyasında “Dəniz və dağlar arasında” qrup sərgisi çərçivəsində nümayiş etdirir. Qeyd etmək lazımdır ki, bu sərgi həm milli, həm də fərdi müstəvidə ifadə olunan Azərbaycan identikliyini araşdıran istedadlı ulduzu, yeni parlayan və oturuşmuş azərbaycanlı konseptual rəssamları bir araya toplamağa nail olmuşdu. Bu əsərdə Babi növbəti dəfə dili, Azərbaycan mədəniyyətinin məruz qaldığı dəyişən təsirləri izləmək üçün semantik linza kimi istifadə edir. Parçadan hazırlanmış əl işində Babi dil və yeni yaradılmış sözləri, dil və mədəniyyətin bir-biri ilə necə təmas etdiyini daha dərin şəkildə araşdırmaq üçün lazım olan vizual alət kimi istifadə edir. Bu, Babinin bədii araşdırmalarının və cazibədar təcrübəsinə şahidlik, introspeksiya tələb edən reflektiv bir əsərdir.

Babi Bədəlov

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir