Bütünay Haqverdiyev

 Bütünay Haqverdiyev

Konseptual heykəltəraş və rəssam Bütünay Haqverdiyevin daim təkmilləşən kreativ təcrübəsi müxtəlif incəsənət sahələrini və janrları əhatə edir. Bakıda doğulan sənətkar, Əzim Əzimzadə adına İncəsənət kollecinin rəssamlıq fakultəsində oxuduqdan sonra, təhsilini Moskvada yerləşən Britaniya İncəsənət və Dizayn Ali Məktəbində davam etdirir. Hələ yeniyetmə çağlarında Bütünay təcrübəli rəssam idi. O, 2003-2008-ci illərdə rəssamlar qrupu ilə birgə Bakıda yerləşən pravoslav kilsəsinin freskalarının çəkilməsi və restavrasiyası ilə məşğul olub. Onun ilk fərdi sərgisi 2010-cu ildə Bakıdakı Müasir İncəsənət Mərkəzində keçirilib və o zamandan bəri Bütünay Azərbaycanda və xaricdə, o cümlədən Rusiya, Fransa və İtaliyada baş tutan mühüm qrup sərgilərinə qatılıb.

 

2013-cü ildə sənətkarımızın əl işi İtaliyada keçirilən 55-ci Venesiya bienalı çərçivəsində Azərbaycan pavilyonunda yer alır, 2015-ci ildə isə onun taxtadan hazırlanan Azərbaycan xalça motivləri Fransada, Kann Festival Sarayında keçirilən “İncəsənətdə Azərbaycan xalçaları” sərgisində nümayiş etdirilir. Daha sonra Bütünayın bu əl işi həmçinin Bakıdakı Xalça Muzeyində də yer alır. 2014-cü ildə Bütünay Haqverdiyev İçərişəhərdə yerləşən “Q qalereyası”nda “Kəsişmə” adlı fərdi sərgisini həyata keçirir və qrup sərgilərinə qatılmağa davam edir. 2016-cı ildə o, bir ay müddətində Norveçin Şpitsbergen adasındakı qalereyanın rezidenti olur. O vaxtdan bəri bir sıra layihələr, o cümlədən rəqəmsal incəsənət və skulptur instalyasiyası üzərində işləyib.

 

Təbiətdən ilhamlanan Bütünayın son əl işləri akvarel boyaları ilə zəngindir və daha geniş skulptural layihələri araşdırır. Onun intim akvarel seriyası bitki və canlıların hissləri ilə bağlı dərin marağı və araşdırmasının nəticəsidir; öz əsərlərində rəssam ətraf mühitə başqa prizmadan baxmaq yollarını araşdırır. Bu seriyada o, incə antropomorfik çiçəklər və detallaşdırılmış bionik heyvanlar təsvir etməklə onların bəşəriyyətlə təmasını ifadə etməyə çalışır. Onun yaradcılığı bizi təbiətə qarşı münasibətimizi yenidən gözdən keçirməyə və insanların da onun bir hissəsi olduğunu diqqətə çatdırmağa, ətraf mühit barədə təsəvvürümüzü genişləndirməyə çağırır. Onun skulpturları da canlıların görüntülərini, formalarını təkrarlayır və tənzimləyir – rəssam ağacdan heyvanların və bal pətəklərinə bənzər şeylərin mürəkkəb 3D təsvirini düzəldir. Daha abstrakt əl işlərində isə, Bütünayın işləri təbii formaları və görünüşləri təqlid edən üçölçülü tapmacalara bənzəyir. Yeni layihələr hazırladıqca onun təcrübəsi dəyişməyə davam edir. Texnologiyanın ətraf mühitlə təmas etdiyini ifadə edən rəqəmsal portretlər və mənzərələr yaratmaq üçün Bütünay Haqverdiyev getdikcə daha çox 3D modelləşdirmə proqramları ilə işləyir. Bu sahədə o, öz təcrübəsini yeni estetik və konseptual səviyyəyə qaldırmaqla, bəşəriyyətin böyümək və dəyişmək istəyinin ətrafımızda olan bütün canlılar üçün nə nəticə verdiyini araşdırır.

Bütünay Haqverdiyev (Foto: Mələk Mirzoyeva)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir