Elşən Baba

 Elşən Baba

Elşən Baba 1993-cü ildə Quba rayonunun Alpan kəndində doğulmuşdur. Təhsili ilə bağlı olaraq 2011-ci ildə Bakıya köçən fotoqraf Azerbaycan Texniki Universitetinin Energetika fakultəsini bitirmişdir, ixtisasca mühəndisdir. Həvəskar rəssamlıqla məşğul olan Elşən bir neçə il karikaturalar çəkmiş, 2013-cü ildən isə fotoqrafiya öyrənməyə başlamışdır, həmçinin, yerli redaksiyaların birində fotomüxbir kimi çalışmışdır.

Hal-hazırda  atası, anası və sevgilisi ilə birlikdə qurduqları, betondan hazırlanan müxtəlif gülqabılar dizayn edərək satışa çıxardıqları “Künc” adlı kiçik ailə biznesinin rəssamlıq və foto işlərini öz üzərinə götürmüşdür.

“Hiss edirəm ki, insan həmişə axtarışdadır. Hər şeyi yoxlamaq, təcrübə etmək arzusu insana çox şeyi kəşf etməyə sövq edir. Gördüyüm işlər insanların həyatlarına xoş müdaxilələr etməyə imkan yaradır.”- deyə fotoqraf bildirir.

“Qoşulma” fotoseriyasının fotolarını 2015-2017-ci illərdə çəkmişdir. Layihədəki bağlılıq bir-birini vizual olaraq təqib edən, tamamlayan xətlər və obyektlər üzərində qurulub.

Elşən Baba

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir