Müasir rəssam Rəşad Babayevin çoxşaxəli estetik yaradıcılıq yoluna rəssamlıq, instalyasiya, heykəltəraşlıq və film kimi sahələr daxildir. Əslən Xaçmazdan olan və Bakıda yaşayan Rəşad, 2000-ci ildə incəsənətə baş vurmazdan öncə, hüquq üzrə təhsil alıb. İstedadı və mürəkkəb konseptual baxışı sayəsində rəssam tezliklə tanınmağa başlayır və nəhayət 2004-cü ildə ilk solo sərgisini keçirən rəssam sonralar Azərbaycanda və ölkə hüdudları xaricində bir çox sərgiyə qatılır. Onun əl işləri 2012-2013-cü illərdə Moskva, Roma, Vyana, Berlin, Paris və Bakı şəhərlərini gəzmiş “Fly to Baku”, həmçinin 2013-cü ildə 55-ci Venesiya Bienalında, 2014-cü ildə isə Bakıda baş tutan “Love Me, Love Me Not” qrup sərgisi kimi, müasir Azərbaycan rəssamlarının görkəmli tədbirlərinə daxil edilir. Bundan əlavə, onun əsərləri Gürcüstan, Koreya və Qazaxstan kimi ölkələrdə də sərgilənir.
Rəsmləri sayəsində məşhurluq qazanmış Rəşad abstrakt və emosional üslüba üstünlük verir, onun kompozisiyaları isə Azərbaycan miniatür sənət ənənələrindən ilhamlanan zəngin rəng palitrasına sahib düşünülmüş və səlis fırça çəkimlərindən ibarətdir. Onun bir çox əl işi fəlsəfi konseptlərə istinad edir və fraqmentləşdirilmiş təsvirlər vasitəsi ilə əks olunan, dərin simvolizmə malikdir. Onun əsərləri, baş qəhrəmanı (protaqonisti) enerjili ağ-qara ştrixlərlə təsvir olunan, Müqəddəs Sebastyan (2009) dramatik rəsmində olduğu kimi, minimalistikanı əks etdirir. Daha mücərrəd əsərində isə Rəşad konseptual baxışını – instalyasiya və heykəltəraşlıq sahəsindəki əsərlərinə daha geniş şəkildə yansımış üslub seçimini əks etdirmək üçün boyalar ilə kətan üzərində ifadə formaları yaradır. 2012-ci ildə Rəşada Babayev “012 Bakı İctimai İncəsənət Festivalı” üçün məşhur italiyalı rejissor Mikelancelo Antonionin baş tutmayacaq filmin çəkilişlərinin harada çəkiləcəyi ilə bağlı 1972-ci ildə Bakıya etdiyi səfərini araşdırmaq üçün fotoqrafiyadan və kollajdan ibarət genişmiqyaslı “Antonioni Bakıda” adlı instalyasiya yaradır. Rejissorun baxışını və onu yerinə yetirə bilmədiyi ilə bağlı məyusluğunu araşdıran rəssam, bu hadisənin koqnitiv izlərini xəritədə qeyd etmək üçün Bakının küçələri boyunca divar freskaları yaradır.
55-ci Venesiya Bienalı çərçivəsində keçirilən “Love Me, Love Me Not” sərgisinə tövhəsi qismində rəssam “İstək ağacı” (2013) instalyasiyasını təqdim edir. Bu instalyasiya, müqəddəs ağaca rəngli parça bağlamaqla öz istəyini və ya duanı ruhlar aləminə bidlirməklə bağlı olan ənənəvi mistik xalq adətini əks etdirən, budaqlarına vahid rəngli və ya nostaljik naxışlı parçalar bağlanmış, skulptur ağacdan ibarətdir. Ezoterik və ruhani mövzular Rəşadın incəsənətin digər sahələrindəki yaradıcılığını da ilhamlandırır. 2014-cü ildə Bakıdakı Müasir İncəsənət Muzeyi rəssamın “Ada” adlı solo sərgisini nümayiş etdirir. Burada təbiət, həmçinin zaman və əbədilik təcrübəsi haqda düşüncələri əks etdirən, Zen fəlsəfəsinin mistik anlayışlarının qeyri-təsviri ifadəsindən oluşan əl işləri təqdim olunmuşdur. Onun əl işləri həmçinin 2015-ci ildə Yarat Müasir İncəsənət Məkanının Bakıda açılışının və qrup sərgisinin bir hissəsi olur. Onun əsərləri kolleksiyaçılar arasında məşhurdur, Azərbaycan, Rusiya, Türkiyə və İran kimi ölkələrin müxtəlif muzeylərinə və şəxsi kolleksiyalarına daxildir.
Son illərdə film sahəsinə marağının artması nəticəsində Rəşad bir sıra film ssenarisi və qısa film üzərində işləyib. Rəsmi olaraq 2018-ci ildə debüt etməsinə baxmayaraq, 2013-cü ildə Rəşad Babayev, iki tamam fərqli şəxsiyyətin görüşməsi şansı barəsində bəhs edən, “Sərnişin” adlı ilk qısa filminin ssenarisini yazır və ona rejissorluq edir. 2018-ci ildə onun konserv bankasının əldən-ələ gəzməsi vasitəsi ilə gündəlik həyatın fərqli aspektlərini araşdırılması ilə bağlı olan “61 qram” adlı qısa filmi Fransada keçirilər Clermont-Ferrand Beynəlxalq Qısa Film Festivalına daxil edilir. Bundan əlavə, Rəşad 2018-ci ildə işıq üzü görmüş qısametrajlı “Lost” filminin və “Çao” qısametrajlı cizgi filminin, ssenari müəllifi, rejissoru və prodüseridir. İstənilən incəsənət sahəsindən insanların daxili həyatını dərindən araşdırmaq üçün istifadə etməyi səbəbindən onun filmləri və vizual incəsənəti eyni mövzular ilə bağlıdır. Rəşad Babayev rejissor kimi bacarığını artırdıqca insan təcrübəsini həssas və qabiliyyətli şəkildə sezmə qabiliyyətini genişləndirməyə davam edir.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.