Rəna Əffəndi

Exnaton e.ə. 1300-cü illərdə Misirdə hökmranlıq etmiş və xalqı bir tanrıya – günəş cismində olan Atona sitayiş etməyə məcbur etmiş firondur. O, dünya tarixində ilk inqilabçı sayılır, lakin radikal dini baxışlarına görə taxtdakı sələfləri onun qoyduğu memarlıq irsinin böyük hissəsini məhv ediblər.

Yeni dini praktikanın bərqərar olması və köhnəsinin tamamilə yox olması üçün Exnaton Nil çayının cənub sahilində hazırki əl-Minya şəhərindən 36 kilometr uzaqda səhranın içində yeni paytaxt şəhər saldırır. Ahet-Aton (“Atonun üfqü”, hazırkı Tel əl-Amarna şəhəri) 5 il ərzində gildən tikilmişdi və Nil çayının şərq sahilində 13 kilometrə bərabər sahəni tuturdu. Bir neçə il sonra, əvvəllər boş olan səhra Exnatonun ailəsi üçün ev oldu və təqribən 30 min insan onun arxasınca səhraya getdi. Hazırkı Tel əl-Amarna şəhəri Exnatonun paytaxtının düz yanında yerləşir və onun sakinləri əsasən kənd təsərrüfatı ilə məşğuldurlar. Exnaton Tutanxamonun atası və Nefertitinin əri olmaqla bərabər, minlərlə insanı heç bir təbii dəyəri olmayan sərt iqlimli bir yerə köçürmək gücünə və əzminə malik olub. Lakin, onun ölümündən qısa müddət sonra şəhər əhali tərəfindən tərk edilib, çünki səhrada yerləşən paytaxta su çaydan gətirilirdi, şəhərin özündə içməli su mənbəyi yox idi.

3000 il əvvəl əhalisi tərəfindən tərk edilməsinə baxmayaraq, bu şəhərin layihəsi inqilabçı və monoteizmin əsasını qoyan Exnaton və indiki dövrdə Misirdə baş verən hadisələr, həmçinin siyasi dəyişikliklər arasında paralel aparmaq olar. Exnaton və digər məhşur fironların güc nümayişi tərzini biz bu gün Misirdə mövcud olan şəxsiyyətə pərəstişdə görə bilərik. Exnatonun dövründəki yüksək səviyyəli təbəələr öz evlərində və bağlarında fironun şərəfinə məbədlər tikdiyi kimi, eləcə də bugünkü Misirdə, seçkilər ərəfəsində küçə tacirləri hər yerə bütün şəhərə böyük çapda Sisinin plakatlarını yapışdırırlar. Fironlar, adətən, daha güclü əcdadları ilə birgə təsvir olunub. Eyni tərzdə də, Əs-Sisinin profilinə plakatlarda Misirin ötən rəhbərləri Camal Əbdül Nasirin və Ənvər Sədatın təsvirləri həkk olunub.

Sizə Rəna Əffəndinin “İlk İnqilabçı” fotolayihəsini təqdim edirik

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir