Mənim adım Səbinə Haqverdidir. Milanın incəsənət akademiyası olan NABA-nı bitirdikdən sonra Bakıda və Berqamoda yaşayır və işləyirəm. İxtisasım dizaynerlikdir, lakin mənə vacib olan həmişə axtarışda olmaq, özümü rəssamlıq, qrafika, video, fotoqraf, dizay kimi sahələrdə sınamaqdır. Yaradıcılıqda isə mənim üçün əsas olan azart, adrenalin və özündən məmnunluqdur. Son illər parçalar üçün print və teksturanın işlənməsi ilə məşğulam. Heç vaxt moda ilə məşğul olmaq istəməmişəm, lakin məhz bu məni vizual tərzlər üçün media qismində istifadə etdiyim geyim elementlərinin yaradılmasına gətirib çıxarıb.
Dəfələrlə Milan dizayn həftəsində nümayiş etdirdiyim aerodrom-kepkalar, qaftanlar, leqqinslər və digər aksesuarlar mövcuddur. Hazırda öz geyim brendimin yaradılması üzrəində işləyirəm. Bu istiqamətdə işimi elə və ya belə davam edəcəm.
Hələ ki azart var.