1994-cü il oktyabrın 26-da Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlmişəm. Sadə azərbaycanlı ailəsində tərbiyə almışam. Həmin kəndin orta məktəbində təhsilimi (Azərbaycan dilində) başa vurduqdan sonra Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Film Universitetinə daxil oldum. Təhsilimin son illərində geyim mədəniyyəti və dizayn üzrə Medea Çaxava İncəsənət Akademiyasinda təhsil aldım. Təhsilin səviyyəsinin aşağı olmağına baxmayaraq dəyərli məlumatlar əldə etdim. Həmin təhsil müəssisəsinin son ilində artıq Tbilisi moda həftəsinin “Gənc dizayner” (Tbilisi Fashion Week-Newcomers 2013) müsabiqəsində iştirak etməyə cəhd göstərdim, uğur əldə etdim. Həmin il, eyni kolleksiyanı “Be Next’’ beynəlxalq moda müsabiqəsində “Be Next Contest 2013’’ yarışmasında təqdim edərək qaliblərdən biri oldum və Milanda təhsil almaq şansı əldə etdim. Tbilisidəki universitetə başlamamış Milana köçdüm. 

2 il təhsildən və bir neçə stajdan sonra kurs yoldaşım Luka Linlə bərabər 2016-nin əvvəlində “Act n°1” adlı geyim markasını qurduq. Bəzi çətinliklərə və çəkilən zəhmətə baxmayaraq artıq 2 ildir ki, uğurla irəliləyirik. ”Who is on next 2017” müsabiqəsini qazandıq, Vogue İtaliya ilə sıx əməkdaşlığımız mövcuddur. Ən son yeniliklərdən biri də sentyabra, Milan moda həftəsinə hazırlaşmağımızdır.

I was born in 26 October 1994 in Garajalar village of Gardabani, Georgia. I grew up in simple Azerbaijani family. After I completed my school in my native language in same village, I’ve been accepted to Georgian State Theatre and Film University named after Shota Rustaveli. I spent my later years of education in Medea Chakhava Art Academy in dress culture and design major. Although education level was not good, I learnt valuable information. Last year in my education, I tried to compete in “Tbilisi Fashion Week-Newcomers 2013” and I won! Same year, with same collection, I took part in “Be Next Contest 2013’’ International Fashion Contest – I was one of winners and I got the chance to study in Milano. I moved to Milano before even starting university in Tbilisi.

After 2 years of education and a couple of internships we set up “Act n°1” brand with my friend Luca Lin in early 2016. Despite few struggles and hard work, we are going to strong for 2 years. We won “Who is on next 2017” contest, we are in good relations with Vogue Italy… Latest news is we are preparing for September, Milano Fashion Week.

Qalereya Sosial Media
Müəllif

Sitara İbrahimova

VarYox jurnalının təsisçisi və kreativ direktoru, həmçinin “Şəkilçəkən” rubrikasının redaktorudur.

Tags: