VarYox bu gün sizə çinli illüstrator Veytonq Mai-nin işlərini və qısa bioqrafiyasını tanış edir.

Qalereya

Şəkilləri böyütmək üçün tıklayın

Çin və Kanadada böyümək və nəhayət Londonda təhsil almaq illüstrator Veytonq Meaya öz flora, vəhşi həyat və pişik dolu illüstrasiyalarına multikultural bir ruh qatıb. Hazırda Kembervel İncəsənət Kollecində təhsil alır.

“Mən xəttlərin böyük həvəskarıyam. Xətlərlə oynarkən daim çoxlu ehtimalla qarşılaşırsan – xətlər arasındakı fərqlər, əyrimlər, çəki, sərtlik, yumşaqlıq və elastikliklər ideyalarımı illüstrasiyalara çevirməkdə mənə gözəl kömək olur.”

 

Veytonq daim özü ilə cizgi dəftərini gəzdirir. Əvvəlcə kağızda xətləri çəkir, daha sonra isə Photoshop köməyi ilə rəngləndirir. Dediyinə görə o hələ də çəkməyi öyrənir – yaradıcılıq təkcə ideyanın gəlməsi ilə yox, yaxşı müştəri ilə də əlaqəlidir:

 

“Frilans illüstrator işləmək digər bacarıqlı şəxslərlə balansı qorumaqdan keçir – bəziləri animasiyada, bəziləri qrafik dizaynda, bəziləri də müştərilərlə münasibətdə daha yaxşıdır. Mən hələ də hansısa layihəni bitirmək üçün fokuslanmağı öyrənirəm.”

O, axtardığı müştərini də İsveçdə tapıb – Embla Intimate adlı hamiləlik geyimi brendindən sifariş alan Veytonq ilk dəfə bu kommersial layihədə təbii elementləri – heyvanları və bitkiləri illüstrasiya edib:

“Təbiət, çiçəklər və heyvanlar daima illüstrasiya üçün ən sevimli obyektlərim olub. Əvvəllər düşünərdim ki, çiçəklər illüstrasiya üçün dekorativ elementlərdir. Amma çiçəklərin fərqli növləri və güllərin ömrünün fərqli periodları haqda öyrənəndən sonra anladım ki, təbiətin öz əhvalı və gücü var.”

O həmçinin Mixology adlı bar mədəniyyətindən bəhs edən jurnalın üzünü illüstrasiya edib. Zibilqabını pişiklər üçün bar kimi təsvir edən Veytonq, solğun küçə işığını da əks etdirərək bar ab-havasını təsvir edə bilib.

Veytonq hazırda Caper Paper adlı bir studio ilə işləyir və əsas layihəsi açıqcalar və məktub kağızları illüstrasiya etməkdir:

 

“Biz istəyirik ki, insanlara əlyazma ismarıc haqqında hissləri xatırladaq. Bu günlərdə insanlar mesajlarını ya e-poçt ya da sosial media platformalarından göndərirlər. Məncə əlyazma məktubların sevinci təkrarolunmazdır.”

Müəllif

Cavid Ağa

1993-cü ildə doğulub. 2008-ci ildən bəri çeşidli saytlarda, o cümlədə BBC Azərbaycancada köşə yazarı olub. VarYox saytının redaktorudur.

Tags: