Bakılı rəssam Şahnaz Ağayeva vizual və konseptual qaydada Azərbaycanda incəsənət daxilində qadın obrazının və insan təbiətinin ucalan sədasıdır. Yaradıcılığında qorxmaz və qəti olan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almış Şahnazın sənəti qrafik rəssamlıqdır və bunun təsiri onun ikonik rəsm əsərlərində aydın sezilir.
O, Sumqayıtda, Bakıda və Türkiyədə sərgilərdə iştirak edib, 2015-ci ildən isə YARAT-ın tədris proqramları çərçivəsində rəsm müəllimi kimi çalışıb. Şahnaz özünü inkişaf etdirərək 2017-ci ildə YARAT ARTIM LAB layihəsi üçün seçimi yaradıcılığının təkamülünün bariz nümunəsi olur və rəssam 2017-ci ildə kuratoru Fərhad Fərzəliyevin olduğu “100% Azərbaycan məhsulu”, kuratoru Faiq Əhməd olan “Sifir”, kuratoru Şeyla Zaqo “Qadın problemləri: sərhədsiz münaqişələr” və 2018-ci ildə YAY Gallery çərçivəsində “Düşünün ki, var olan hər şey, yoxdur” kimi sərgilərdə iştirak edir. Onun “Qeyri-real komfort zona” adlı əsəri 2018-ci ildə Tayvanda keçirilən International Biennial Print sərgisində münsiflər heyəti tərəfindən seçilib.
Öz yaradıcılığında Şahnaz gender rollarını və insan təbiətini araşdırır. Konseptual çərçivələri vurğulamaq üçün qorxmaz obrazları işıqlandıran rəssam cəmiyyətdə qadınlara qarşı rəftarı sorğulayır. “XX/XY” (2017) əsəri çərçivəsində rəssam uzunsov və yumrulanmış hissələrə malik taxtadan pazzl hazırlayaraq, doğulacaq insanın 50/50 qız və ya oğlan olduğunu – nəticə etibarı ilə təbiətdə cinslərin bərabər olduğunu və yalnız insan manipulyasiyası və müdaxiləsinin hiyerarxiyaya yol açdığını vurğulayır. Bu əsərdəki hissəciklər, Şahnazın digər işlərində, əsasən də “Nur” (2017) – mərkəz yanıb-sönən işığa malik gözqamaşdıran səviyyədə pardaqlanan pola qübbə işində, aydın şəkildə sezilən qadın sinəsi obrazını təcəssüm edir. Şahnaz qeyd edir ki, əsər elm və tibbdə novatorluq etmiş qadınlardan ilhamlandığı üçün onun ana materialı bu qadınlar kimi eyni zamanda sərt və elastikdir.
2018-ci ilin mayında ROOM Baku-da solo əsərlərin sərgisində, kuratoru Samirə Səfi olan “Mahiyyət” əsərində Şahnaz Ağayeva cinsiyyət və seksuallığı tənqid etmək üçün yenidən döş motivinə müraciət edir. Stilizə edilmiş çılpaq qadın təsvirləri tərkib baxımından klassik sayılır, lakin rəssamın miqyas və perspektivlə manipulyasiyası qadının dəyişən individuallığını və cəmiyyətin dəyişərək müasir gender identikliyinə öyrəşdikcə seksual azadlığı əks etdirir. Şahnazın əsərlərindəki qadınlar öz bədənlərini açmaqda azaddırlar, lakin izləyicinin baxışından asılı olaraq müsbət və ya mənfi ola biləcək öz seksuallığının obyektləri kimi təqdim olunur. Bir rəssam kimi, Şahnaz qadınlıq konsepsiyasının estetik strukturunu önə çəkərək özümüzə və başqasına qarşı tolerantlıq və anlayış göstərməyi xahiş edir. Şahnazın yaradıcılığı bizdən bir izləyici öz önyarqımıza qarşı gəlməyi və gender məsələsinin azadlığı və güclənməsi haqda şəxsi mövqeyimiz haqda düşünməyə dəvət edir.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.