ADO-nun yeni mövsümü başlayır!

 ADO-nun yeni mövsümü başlayır!

VarYoxa verilәn mәlumata görә Azərbaycanın ilk müstəqil teatrı olan ADOnun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq. Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 6-cı sezonunun açılışını açıq havada – “Luna Project”də edəcək. #ADOsezon6 adlı genişmiqyaslı tədbir saat 20:00-dan başlayacaq.

Tədbirin əsas proqramı:

ADO`nun performansları ~ “Dağınıq bir Oda 2”, “Əşyalar”, “Araqarışdıran”, “10 sm”, “Hamam” və başqaları.
Teatrın qurucusu Elmin Bədəlovun “ADO yolu” çıxışı.
Rəssam Leyla Quliyevanın sərgisi.
Breyk-dans şou: Jam SS
DJ: Toğrul
Musiqiçilərin ifaları.
Kitab təqdimatı və digər sürprizlər.

***

Bütün bunlar və proqrama əlavə olunacaq yeniliklər haqda ətraflı olaraq “ADO.AZ” saytında və “fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz.

Qeyd edək ki, ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO kollektivi hər kəsi öz yubiley tədbirinə dəvət edir.

Giriş sərbəstdir. Yubiley günü saat 19:30-dan 20:00-a kimi ADO`nun yerləşdiyi məkanın qarşısından (Mirzəağa Əliyev 245) yubileyin keçiriləcəyi məkana xüsusi olaraq yubiley üçün ödənişsiz işləyəcək avtobuslardan istifadə edə bilərsiniz.

Ünvan: Luna Project (Nobel pr. 57)
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir