Dünya Çempionatının finalı – Art & Football
![Dünya Çempionatının finalı – Art & Football](https://i0.wp.com/varyox.az/wp-content/uploads/2018/06/footballart.jpg?resize=840%2C560&ssl=1)
“Goethe” institundan VarYoxa verilən məlumata görə Kapellhausda dünya çempionatının yekunlaşması münasibətilə konsertlər veriləcək.
14 iyul saat 18:00-da 3-cü yer üçün İngiltərə və Belçika komandaları üz-üzə gələcək. Futboldan dərhal sonra, saat 20:00-da isə Dihajın canlı musiqi konserti günü yekunlaşdıracaq. Bütün tədbirlərə giriş sərbəstdir.
15 iyul saat 17:00-da isə “Bəys Boys” qrupunun canlı konsertinin şahidi olacaqsınız. Sonra, saat 19:00-da final matçı başlayır. Saat 21:00-da isə son olaraq Bakı Solistləri öz canlı ifası ilə günü sonlandıracaq. Bütün tədbirlərə giriş sərbəstdir!
![footballart](https://i0.wp.com/varyox.az/wp-content/uploads/2018/06/footballart.jpg?fit=1080%2C1080&ssl=1)