Mən 1995-ci ildə anadan olmuşam. Rəssamlıq Akademiyasının sənaye dizayn fakültəsini bitirmişəm. Buna baxmayarag, dizaynın digər sahələri ilə də məşğul oluram. Tələbəlik illərindən bir neçə dizayn və incəsənət mərkəzlərində qrafik dizayner kimi çalışmışam. Hal-hazırda beynəlxalq şirkətlərin birində interaktiv dizayner kimi fəaliyyət göstərirəm.
“Mugham handlettering series” – Milli muğamların müasir əl yazısı (handlettering) üslubunda işlənilmişdir. Layihə milli naxış, xalça və musiqi alətləri ilə qərb kalliqrafiyasının sintezini təşkil edir. Növbəti layihəm isə isə milli rəqslərimizə aid olacaq.