Ehtiram Jabi
Fikrimcə, uşaqlıq illəri hər bir fərdin həyatının ən vacib və həlledici dövrüdür. Bu dövrdə baş vermiş hansısa bir hadisə onun gələcəyini dəyişə və ömrünün sonunadək izləyə bilər.
Həyatımın ikinci ilində, həkim səhvi nəticəsində həyatda necə yaşacağım artıq məndən asılı olmur. Vurulan iynəyə görə mən uşaq paraliçi, digər söznən isə poliomelit xəstəliyi keçirirəm və 11 il ərzində hər yay bu xəstəlikdən müalicə alıram. Bəlkə də yay fəslini sizlər qədər sevməməyimin səbəbi bu xəstəlikdən doğan iztirablardır.
Uşaqlıq illərimin yay xatirələrini nəql etsəm, ağlıma ilk öncə xəstəxananın çirkli otaqları, orada çalışan həkimlər, aldığım əzablı müalicələr və sonsuz ümidsizlik gəlir. Çəkdiyim fiziki əziyyətlər bir müddətdən sonra unudulsa da, xəstəliyin mənə bəxş etdiyi məhrumiyyətlər, miskin xatirələr həyatım boyunca mənə yoldaşlıq edir.
Bu fotolar ruhumun əks olunduğu güzgülərdir.
Website:ehtiramjabi.com
Facebook: Ehtiram Jabi
Instagram: @ehtiramjabis
Behance: Ehtiram Jabi