Sitara İbrahimbəyli

 Sitara İbrahimbəyli

Sitara İbrahimbəylinin incəsənət təcrübəsi dərin şəkildə humanistik, həssas və ümdə emosiyalara təsir edə biləcək qədər estetikdir. İlk öncə Bakıda psixoloq kimi, sonra isə Praqada fotoqraf kimi təhsil almış Sitara, həm lent, həm də video vasitəsi ilə, iş əsnasında çəkdiyi insanların və yerlərin visual təsvirini yaradır. Təsvirlərindəki subyektlərin daxili yaşamının kölgələrin, rənglərin və çərçivələrin vurğulanması sayəsində, onun yaradıcılığı dokumental olduğu qədər, xatirəvi və valehedici hal alır. Sitaranın subyektlərin tarixinə hörməti özünü fotoların həssaslığında biruzə verir. Adətən o, kamerasını yerindən və səbəblərdən asılı olaraq, cəmiyyət həndəvərlərində yerləşən obyektlərə – qadınlara, kənd həyatına və qaçqınlara tuşlayırdı. Son işinin Azərbaycanla bağlı olması ilə birlikdə, Sitaranın araşdırdığı mövzular universaldır, yaşımızdan, cinsimizdən və yerimizdən asılı olmayaraq bizim ümumi insanlığımızı vurğulayır.

Sitaranın yaradıcılığı dünyanın müxtəlif sərgilərində, o cümlədən VI Moskva bienalı çərçivəsində “Bizim torpaq/Yad ərazi” sərgisində, 2015-ci ildə “BALAQAN!!!: keçmiş Sovetlərdən və digər mifik yerlərdən müasir incəsənət” sərgisində, Berlində MOMENTUM-da, 55-ci Venesiya bienalında və təkrar 56-cı Venesiya biennalında İran pavilyonunun “Böyük oyun” sərgisində nümayiş olunub. Həmçinin Sitaranın işləri ilə mütəmadi olaraq Bakıda da tanış olmaq olar. 2018-ci ilin iyulunda , “Photofest.kz” saytı üçün spesifik şəkillər yaratmaq üçün Astanaya dəvət alır və burada mənəviyyat, analıq və ictimai həyat kimi mövzular üzərindən diqqətini qadın haqları məsələsində cəmləşdirir. Azərbaycandakı fəaliyyətindəki kimi Sitara fotoqrafiya və videoart bacarığını insanların mübarizə və qələbəsini işıqlandıraraq onların hekayələrini bizə çatdırır.

O, uzun müddətdir ki, cəmiyyətin incəsənət vasitəsi ilə vəhdət əldə etməsinin tərəfdarı qismində çıxış edir. Sitaranın ən emosional layihələrindən biri 2014-cü ildə ərsəyə gətirdiyi “Qarabağda itkin” oldu. Burada hələ də davam edən Qarabağ münaqişəninin zorakılıq vasitəsi ilə köçürülən və dağıdılan insanlara, icmalara təsirini araşdırır. Məişət əşyalarını, müxtəlif fotoqrafiyaları və sənəd parçalarını işıqlandıraraq o, münaqişəni yaşamış insanların həyatını təqdim edir; bu obyektlər bizə, tez-tez statistika səviyyəsinə düşürülən insan və ailələrin şəxsiyyətlərini və cəhdlərini göstərir. Sitaranın əsərləri aramızdakı ümumiliyi görməyə kömək edir və cəmiyyətimizin qarşısındakı öhdəlyimizi yenidən gözdən keçirməyə dəvət edir.

İctimaiyyət nümayəndəsi kimi fəal olan Sitara, həmçinin könüllü olaraq vaxtını Bakıda heyvanların xilası ilə məşğul olan qruplarla keçirir və cəmiyyətimizin binəsib insanlarını incəsənətə qovuşduran “Mədəni Niyyət” qrupunu təsis edib. Bu qrup, əlil və ruhi xəstəliklərə düçar olmuş insanları incəsənətə cəlb edərək bədii ifadə vasitəsi ilə onların özünə inamlarını bərpa etmələri istiqamətində fəaliyyət göstərir. Qrup rəssamları Azərbaycanın müxtəlif təşkilatları ilə əlaqələndirərək onların təhsillərinin və bacarıqlarının inkişaf etməsinə dəstək olur, hətta proqramın bəzi iştirakçılarının Bakının müxtəlif yerlərində qarşımıza çıxa biləcək əl işlərinin satılmasını təşviq edir.

Sitaranın davam edən “Qadının səyahəti” adlı layihəsi onu Azərbaycanın bir çox nöqtələrini gəzməyə, hər yaş kateqoriyasını və təbəqəsini təmsil edən Azərbaycan qadınları ilə söhbət etməyə və onların şəkillərini çəkərək, adətən nəzərimizdən gizli qalan şəxsi həyatlarını işıqlandırmağa imkan yaradır. Yoxsulluq, gender bərabərsizliyi, erkən nigahlar və mühafizəkarlıq kimi səbəblərdən bir çox qadın öz istedadlarını və arzularını reallaşdırmaq imkanından məhrum olurlar. Sitara isə bu qadınlara öz hekayələrini istədikləri şərtlər üzərində və istədikləri sözlərlə danışmaq üçün platforma təqdim edir. Layihə hələ bitməyib və Sitara 100 qadını layihəyə qatmaq fikrindədir. Sitara həmçinin özünü bu qadınların yerinə qoyaraq, iqtisadi və ya ictimai çərçivələrə baxmayaraq qadınların ümumi təcrübəsini vurğulayır. Bu layihə onun bir rəssam kimi böyük təsir və töhvəsinin nümunəsidir – Sitara bizi çəkdiyi yerlərdə və insanlarda təsəvvür etməyə dəvət edərək, mərhəmət və anlayış vasitəsi ilə bir-birimizə yaxın edir.

Sitara İbrahimbəyli

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir