Soltan Soltanlı

Əslən Ağsunun Kalva kəndindən olan və hal-hazırda Bakıda yaşayan rəssam Soltan Qalib oğlu Soltanlı incəsənətə gənc yaşlarından başlayıb. Atası onun incəsənətə sevgisini dəstəkləmədiyi üçün o, öz istedadını gizlin inkişaf etdirməli olur. Gənc vaxtında doğma kəndini tərk etdikdən sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul ola bilməyən Soltan Azərbaycan Dövlət Pedaqoji Universitetində fəlsəfə və dilçilik üzrə təhsil alır. Məhz bu, rəssamı incəsənətin və incəsənət tarixinin fəlsəfi mahiyyətinin dərinliklərinə baş vurmağa sövq edir. Təcrübəsini inkişaf etdirdikdən sonra digər rəssamların getdiyi yolun əksinə öz vizual dilini yaratmaq qərarına gəlir. Bu qərarın nəticəsində Soltan incəsənət və estetika sahəsində öz gücünə təcrübə qazanır. Soltan bu nəticəyə gəlir ki, rəsm əsəri, reallığın əksi olaraq, rəssamın intellektini və fəlsəfəsini əks etdirməlidir – həddən artıq konseptual yox, “düşüncə incəsənəti” adlandırdığı ideya və ya intellektual incəsənət. Beləliklə, onun yaradıcılığı ümumi mövzuların fövqəlzaman ifadəsidir – rəssam yaratdığı obrazları sayəsində öz niyyətini auditoriya qarşısında təqdim edir. Bununla Soltan əsərinin bünövrəsində dayanan ismarıcın daha aydın şəkildə başa düşülməsini və həzz verməsini istəyir. “İrrealizm” adlandırdığı üslubu tamaşaçı prizmasından ruhlandırıcı, nikbin və dürüst olmalıdır. Yeri gəlmişkən, Soltan Soltanlı ad qazanmış qrafik rəssam və karikaturçudur, müxtəlif beynəlxalq konkurs və festivallarda iştirak edir: ən son qatıldığı 9-cu Beynəlxalq Turistik Cizgi Filmi festivalında rəssam 3-cü yeri tutub. Hazırda 2019-cu ilin Yanvarında Bakıda baş tutacaq sərgisi üçün hazırlaşır.

 

Kənddə böyüyən Soltan təbiətlə güclü əlaqə qurur və bu onun əsərlərinin subyektlərində və rəng palitrasında aydın sezilir. 2018-ci ildə keçirilən “İrrealizm” sərgisində insanları, kənd mənzərələrini, dünyəvi və mifik obrazlarda heyvanları əks etdirmək üçün zəngin qırmızı, mavi, yaşıl və sarı boyaları istifadə etməklə reallığın mahiyyətinin genişləyən izahını təqdim etməyə çalışır. Bu təşəbbüs öz qrafik, hardasa halüsinogen keyfiyyəti və primitiv estetikaya istinadları ilə valeh edir. Onun çəkdiyi insan portretləri, yaratdığı subyektlərin simalarına fərdlilik və emosiyalar əlavə edən bir karikaturaçı kimi illüstrativ üslubunu kəşf edir. Onun mənzərə kompozisiyalarında istifadə edilən həm səthi, həm də digər baxımlardan ekspressiv yaxıqlar əsərdəki hərəkəti və dərinliyi vurğulayır. Öz əl işlərində Soltan sevgi, əmək, ölüm və insan münasibətləri kimi universal varoluş mövzularına istinad edir, niyyətləri barəsində təsəvvür yaratmaq üçün əsərlərinə ad verməklə öz həyat qavramını tamaşaçıya təqdim edir. Yumor hissinə və dərin düşüncəyə malik Soltan dərin simvolizm və əlçatan obrazlar barədə öz ifadə çərçivələrindən agah etməklə tamaşaçıları həyatın çətinliyi haqda düşünməyə dəvət edir.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir