Süpürgəçinin həyatını dəyişən fotolayihə
Rusiyanın Ufa şəhərindən olan fotoqraf Roman Fillipov bu yaxınlarda layihə təqdim etdi. Deyə bilərsiniz ki, okay, burada qeyri-adi nə var? Haqlısınız da. Amma fotoları adilikdən çıxaran fondakı hekayə – süpürgəçi Yuranın həyatıdır. Bu fotolar sadəcə “balaca insanın” qeyri-adi hekayəsini göstərmir. Həm də göstərir ki, onun biraz şansı olsaydı, həyatı necə dəyişə bilərdi. Fotolar qısa zamanda internetə yayılır və bir neçə gün sonra Yurinin taleyində gözlənilməz xoş dəyişiklik baş verir.
Roman Fillippov: Yuri ilə uşaq vaxtı fiziki məhdudiyyətlilər üçün nəzərdə tutulmuş düşərgədə tanış olmuşduq. Anam orada işləyirdi və biz qardaşımla oradakı uşaqlarla dostlaşmışdıq. İllər keçdi, Yuri bizim həyətdə süpürgəçi işləməyə başladı. Bir dəfə təsadüfən anamla qarşılaşdı. Görüşdülər, anam onu çaya dəvət etdi. Mənim qohumlarım Babanya və Lena xala ona kömək etdilər.
Babanya ona xaç anası oldu. Aylarla onunla birgə bütün instansiyaları keçdi və nəhayət, onun üçün fiziki məhdudiyyətinə və valideyn himayəsindən məhrumluğuna görə dövlətdən bir otaq ala bildi. Yura uşaq evinə körpəliyində atılmışdı. Orada böyümüşdü. Mental pozuntuları olduğuna görə 3-cü qrup məhdudiyyətli hesab olunurdu. Müstəqil həyata öyrəşməmişdi. Babanya onu himayəsinə götürənə qədər evi də yox idi.
Sizə danışmaq istədiyim hekayə onun sadəlöhvlüyü və sadiqliyi haqdadır. Tək və köməksiz insanların ətrafında həmişə müqəddəs heç nəyi olmayan adamlar olur. Elə Yura da 3 dəfə öz evini “yaxşı insanlara” açmışdı. Lena son anda məhkəmələrin köməyi ilə onları evdən uzaqlaşdıra bildi.
Bu dələduzlar başqa variant olmadığını başa düşəndə strategiyalarını dəyişdilər. Yuranı bütün banklardan borc götürməyə və kənddə onlara ev kirayə verməyə inandırdı. Banklar ona 500 min dollara qədər pul verdi. Növbəti ili Yura fırıldaqçıların köləsi kimi keçirdi. Onların bütün məişət işlərini görürdü və qarşılığında onu yeməklə təmin edirdilər. Buna baxmayaraq, 15 kq arıqlamışdı. Sonra Yura oradan qaçdı. Ufaya qədər minlərlə km piyada Babanyanın yanına gəldi.
İndi də süpürgəçi kimi işləyir, amma evində çiçəklər böyüdür, şeirlər yazır və dadlı yeməklər bişirir. İnsanların çoxu onun kim olduğunun fərqinə varmır, Yura onlar üçün sadəcə tozdur. Belə həyatının olması Yuranın günahı deyil. Bizim hamımız eyni şərtlərlə, eyni imkanlarla doğulmuruq. Biraz şansı olsaydı, hansısa albomun üz qabığında fotosu ola bilərdi. Sonra isə hamı onun mehribanlığına və ağlına həsəd aparacaqdı.
Yuranın həyatına diqqət çəkmək üçün Fillip Romanov onu dəvət edib başqa obrazda təqdim etməyi təklif etdi. Nətisə isə belə alındı.
Fotoları dərc olunduqdan sonra ona borclarını ödəməsi üçün günlük 900 min rubl qonarar verildi. Bununla yanaşı, eynək reklamı üçün də çəkilişə dəvət edildi.