Gənc Yazarlar üçün Qrant Proqramı

 Gənc Yazarlar üçün Qrant Proqramı

Nə vaxtsa hansısa sərgi, film, musiqi tədbiri, incəsənət əsəri, maraqlı dizayn, onlayn layihə və ya yaradıcı fəalliyyətlə bağlı yazmaq və onu dərc etmək istəmisiniz? Sizdən gözləyirik!

 

Platformamız və incəsənət üzrə araşdırmaçı yazar Lesley Qrey yaradıcı mühitdə olan gənc yazarlar üçün qrant proqramı elan edir. Pitçinq – məqalə təqdimatı mərhələsindən keçən 12-yə qədər iştirakçı nəzərdə tutulmuş 150 Azn qrantı qazanmaqla yanaşı, məqalənin tam versiyası da platformamızda dərc olunacaq.

Məqalə təqdimatı 150 və ya daha az, tam məqalə isə 650 sözdən çox olmamalıdır. Materiallar redaktə komandamız tərəfindən 4 punkta əsasən seçiləcək:

  1. Mövzunun Azərbaycan mədəniyyət və incəsənətində aktuallığı
  2. Mövzunun orijinallığı
  3. Fikirlərin aydınlığı
  4. Yazının keyfiyyəti

Yazılar həm azərbaycan, həm də ingilis dillərində qəbul olunur. Təqdimatla birgə ad, soyad, e-mail ünvanı və telefon nömrəniz qeyd olunmalıdır.

Məqalə təqdimatlarınızı 15 fevral 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərsiniz. Qaliblər 22 fevralda elan ediləcək. Mart ayından başlayaraq məqalələr həftədə 1 dəfə olmaqla saytımızda dərc olunacaq.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

2 Comments

  • Salam. Mənim xx esr fransiz poeziya ve ressamlığina dair məqaləm AZMIU da çap olunub, elmi konfransda. Online deyildi. Onu yeniden size göndere bilerem?

    • Salam. Rəyiniz üçün təşəkkür edirik. Təəssüf ki, qrant proqramımızın yazıları üçün mövzular Azərbaycan incəsəntinə dair olmalıdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir