Tərlan Qorçu

 Tərlan Qorçu

Bakıda doğulub böyümüş rejissor, müasir və teatr sənətçisi Tərlan Qorçunun peşəkar karyerası muzey, qalereya və səhnə fəaliyyətini əhatə edir. Tərlanın incəsənət sevigisi uşaqlıqdan rəsmə olan marağı ilə başlayıb və  Azərbaycan Dövlət İncəsənət Universitetində təhsili ilə davam edib. Universitet sonrası fəaliyyəti qrafik incəsənətlə işləmə qabiliyyətinin şaxələnməsi istiqamətində davam edib. Azərbaycan Sənətçilər Birliyinin üzvü kimi O, işlərini qrafik dizayner və müasir sənətçi olaraq sərgiləməyə başlayıb, öz qrafika emalatxanasını yaradıb və fəaliyyətini ənənəvi incəsənət formaları ilə müasir mediumların kəsişməsində cəmləşdirib. Tərlan həm də teatr vurğunu olub və Bakı İncəsənət İnstitutunda teatr dizaynında vizual detallara olan intensiv marağına görə onu ruhlandıran avanqard rejissor Tofiq Kazımovun tələbəsi olub. Bu iki fokus mərkəzi onun müasir incəsənət fəaliyyətində saysız – hesabsız yollarla bir araya gələrək, teatrın emosional təbiətini və vizual incəsənətdə təsvirin mahiyyətini araşdırması üçün ideal platformada – Bakı Marionet Teatrında bədii rəhbər kimi hazırkı fəaliyyətində sintez olunur. Estetik kəsərliliyi onu Azərbaycanda və beynəlxalq icmada dizayn etdiyi valehedici işlərinə görə məşhurlaşdırıb. Tərlan öz sənət fəaliyyətində müasir kalliqrafiya, tekstil, heykəltaraşlıq, foto və installyasiya da daxil olmaqla fərqli formaları araşdırır.  O, dünyanın dörd bir yanında işlərini sərgiləyib. Bunlara 53-cü Venesiya Bienalı, Polşa, Litva, Fransa, Gürcüstan, İtaliya, İsveçrə və Rusiyadakı mühüm sərgilər daxildir. Azərbaycan sənət dünyasına verdiyi önəmli tövhələrə görə 2018-ci ildə Tərlan “Əməkdar İncəsənət Xadimi” adına layiq görülüb.

 

Tərlanın teatr dizaynı Bakı Marionet Teatrında göründüyü halda, vizual incəsənəti dünya muzeylərində və qalereyalarında sərgilənib. Onun 53-cü Bienala olan töhfəsi ənənəvi Azərbaycan xalçasından istifadə edərək “Çıraxlı” xalça tərzi vasitəsilə qrafik dizayn prinsiplərini öyrənir, xalçanın naxışlarının mahiyyətini çıxararaq yeni və müasir üslub ortaya qoyur. Azərbaycan üzərində cəmlənən başqa işlərində O, Qobustan qaya cızmalarını işıq qutularında işıqlandıraraq ritual, miqrasiya və sağqalma mövzularında olan dastanları nəql etməklə öz bədii və teatrik fəaliyyətlərini bir-biri ilə bağlamışdır. Onun dekonstruksiya və yenidənqurma istəyi başqa işlərində də ortaya çıxır, buna “Səbail” adlı işini aid etmək olar. Burada O, Səbail daşlarının üzərindəki kalliqrafik və bitki cızmalarını qarışdıraraq onları minlərlə mümkün kombinasiya toplusuna yığıb, belə işlərin arxasında sonsuz sayda mənaların gizləndiyinə işarə edib.

 

Azərbaycanın mədəniyyət və tarixi  erkən incəsənət işləri üçün ilham mənbəyi olduğu halda, qrafika və ənənəvi mövzuların yenidən interpretasiyasına olan sevgisi kalliqrafiya sənətini tədqiq edən işlərində əksini tapır. Onun xəttatlıqda həm əl, həm də rəqəmsal vasitələrlə olan yüksək sənətkarlığı işlərinin genişliyində özünü biruzə verir. Xüsusən iki seriyabu haqda fəaliyyətini ortaya qoyur. 2018-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində qarışıq üsullu kalliqrafiyası BƏƏ-nin Şərca əmirliyində fəaliyyət göstərən Barjil İncəsənət Fondunun təşkil etdiyi “Hürufilik: Sənət və Kimlik” adlı qrup sərgisinə daxil edilmişdir. Nəsimidən ilhamlanan bu işlər kollaj üsullu kompozisiyalara daxil edilmiş eleqant və müfəssəl kalliqrafiya vasitəsilə kalliqrafik formanı dekonstruksiya edərək, ənənəvi üsula arxalanan, tamamilə yeni görüntü yaratmışdır. İstifadə etdiyi rəng paleti və stilistik bəzəklər kalliqrafiyanın mahiyyətinin müasir interpretasiyasında və onun ruhani mənasının açılması üçün düşüncə və öyrənmə ehtiyacında həm Yapon ağac kəsimi çap üsulunu, həm də Venesiyanın ebru (maye üzərində rəsm) üsulunu xatırladır. 2019-cu ilin “Allahın 99 Adı” işində Tərlan Allahın 99 adını göstərən 16-17-ci əsrlərə aid Kufi tərzli sənət işindən ilhamlanmışdır, amma buraya öz müasir interaktiv əlavəsini etmişdir. Kufi kalliqrafiyasını QR kodlarından ibarət Tərlana məxsus daha bir iş müşayiət edir, hansı ki, ilk baxışdan yazıya bənzəyir, amma əvəzində izləyicidən telefonu ilə kodu oxumağı tələb edir və kod vasitəsilə onu yenidən Allahın 99 Adına bağlayır. Bu işlər kalliqrafiyanın sürəkli təbiətinin spektrinin fərqli uclarını təqdim edir. Belə heyranedici işlər şəxsi interpretasiya yolu ilə kəşflər üçün imkanlar təklif edir və özümüz üçün gözəllikdə məna tapmağa dəvət edir.

Tərlan Qorçu

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir