Teymur Rüstəmov

 Teymur Rüstəmov

Sənətçi və heykəltaraş Teymur Rüstəmov Bakıda görkəmli sənətçi ailəsində doğularaq boya- başa çatıb. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra O, təhsilinə Tiflis İncəsənət Akademiyasının heykəltəraşlıq fakultəsində davam edib və SSRİ Dövlət İncəsənət Akademiyasının Bakıdakı Şöbəsindən magistr dərəcəsi ilə məzun olub. 1982-ci ildən bəri işlərini sərgiləyir və 1991-ci ildən etibarən Azərbaycan Sənətçilər Birliyinin üzvüdür. O, bir çox Azərbaycan tarixi şəxsiyyətlərinin və hadisələrinin ictimai heykəllərinin müəllifidir. Bunlardan ən mühümləri Heydər Əliyev parkındakı Heydər Əliyev heykəli ilə atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birgə işləri olan  Bakıdakı Xocalı Soyqırımı Xatirə abidəsidir (2008).  Ailənin  Bakıda öz qalereyası da var. Teymurun uzun və dəyişkən karyerası olub – onun işləri 2-ci mükafatı qazandığı 1989-cu il Xəzər Bölgəsi Respublikalarının Bienalında, 53-cü Venesiya Bienalındakı Azərbaycan Pavilyonunda və 2009-cu ildə Bakıda keçirilən 5-ci Aluminium Beynəlxalq Müasir İncəsənət Bienalında sərgilənib. 2010-cu ildə Bakıda solo sərgi baş tutub, 2012-ci ildə isə Bakı Müasir İncəsənət Muzeyində Mahmudla birgə sərgi keçirib. Onun işləri Azərbaycanda dövlət muzeylərinin kolleksiyalarında və Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində, habelə Azərbaycan, Almaniya, Rusiya, Avstriya və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır.

 

Teymurun işləri fondakı emosional konseptləri çatdırmaq məqsədilə materiyanı istifadə şəkliylə səciyyələndirilə bilər. Sənət işlərində oynaq formalardan istifadə edərək metal, daş, şüşə və plastik kimi vasitələrin manipulyasiyası ilə sosial və mədəni məsələlərə istinad edir. Onun zərgər kimi əlavə hazırlığı metal işlərində istifadə etdiyi detallardan aydın olur, metal və başqa materialların birləşimindən təkrarsız teksturalı səthlər hazırlayır. O, 2009-cu ildə Venesiya Bienalı üçün  multimedia işi təqdim edərək  öz yaradıcılığının daha konseptual hissəsini nümayiş etdirmişdir. Bakıdakı Azərbaycan Dövlət İncəsənət Muzeyində görə biləcəyiniz “MƏN GÜVƏNİRƏM” adlı installyasiya üzərində dayandığı podiumdan otağın digər tərəfindəki güzgülü topa tərəf atılma halında dayanan güzgü örtüklü, real ölçülü insan fiquru təqdim edir. Bəlkə də şüuraltı istəkləri təsvir edən installyasiyada dəyişikliyin baş verməsindən bir an öncə, qərar verilib reallığa çevrilən məqamda hərəkətin gözləntisi ana həkk olunur.

 

2010-cu ildə Bakı MOMAsındakı solo sərgisində Teymur öz virtuoz qabiliyyətini nümayiş etdirərək, fərqli materiallar və konseptlərdən ortaya çıxan işlərini təqdim edir. Nümayişdə onun klassik hazırlığı, heykəl və abidələr üzərində paralel çalışmalarına istinad edən fiqurativ işləri, incə detallarla işlənmiş intim işləri və fəzada müxtəlif həcmlərlə işləyən daha irimiqyaslı işləri var idi. Bununla yanaşı onun ictimai düşüncəsi narkotiklərdən istifadə ilə bağlı işlərinin triosunda aydın görünür – Narkotiklərə Yox № 1 (2010), burada hamilə qadının bətninə iynələr vurulduğu nümayiş olunur, içinə iynələrlə maddələr yeridilən və vitrində sərgilənən kiflənmiş beyinin təqdim olunduğu Narkotiklərə Yox № 2 (2010) və üzəri dərmanlarla örtülmüş insan kəlləsini təsvir edən  Narkotiklərə Yox № 3. Bu işlər müasir tibbin insan əzablarını humanistik müdaxilələr yerinə dərmanlarla aradan qaldırma cəhdini şərh edir. Bürünc işi olan Bir İşin Hekayəsi (2008), sənət prosesinin araşdırması ilə müşayiət olunurdu, bu əsər insan fiqurunun, insan başının İçərişəhərə xas öküz motivini xatırladan öküz başı ilə əvəz olunduğu paqan fiquruna çevrilməsində bir sənətçi kimi Teymur Rüstəmovun bacarıqlarının xırdalıqlarını nümayiş etdirir. Onun işləri həm Azərbaycanda, həm də dünyada sosial və mədəni yaddaşı araşdıraraq həyatı əks etdirir.

Teymur Rüstəmov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir