Vüsal Rəhim

 Vüsal Rəhim

Vüsal Rəhim öz yaradıcılıq praktikasında, müxtəlif sahələri istifadə edərək fərdi mübarizə, gender bərabərliyi və sosial problemləri araşdırmaqla, konseptual və müasir incəsənəti birləşdirir. Gəncədən olan, hazırda isə Bakıda fəaliyyət göstərən Vüsal Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Teatr və dekorativ dizayn fakultəsində təhsil alıb və maraq dairəsi əsərlərində əks olunub; bütün layihələri – istər rəsmlər, videosənət və heykəltəraşlıq – insanlar və onların həyat hekayələri ətrafında cəmləşib; onları emosional və cəlbedici qılır. Professional şəkildə səhnə və geyim dizayneri işləyərkən rəssam sənət əsərlərini dünya miqyasında, o cümlədən Rusiya və ABŞ kimi ölkələrdə nümayiş etdirib.

 

Vüsalın yaradıcılığında kişiliyin və qadınlığın sosial konstruksiyaları, həmçinin insan ruhunun yaşadığı bədənin qoyduğu çərçivələrdən kənara çıxmaq cəhdinin təcrübəsi araşdırılır. Onun teatral təcrübəsini yaratdığı əsərlərin və videosənətin içində gizlənmiş simvolizm və estetika vasitəsi ilə sezmək olur. Qədim Azərbaycan mifologiyasından ilhamlanan rəssamın rəsmlərində, heykəllərində və videoəsərlərində tez-tez güclü qadın obraızını görmək olar.

 

Bu yaxınlarda Bakıda ARTIM-da həyata keçirilən Vüsalın “Nurcan” adlı bədii performansı qanunsuz olan, lakin hələ də davam edən erkən nigahlar problemini – qadın amilini və özünüifadəsini rədd etməyi işıqlandıran layihələrdən biridir. Bu əsərdə o, toy təəsüratını bağışlayan, lakin matəm obrazına malik,  gənc qızın bakirəliyini itirməsini və reallaşdırılmamış potensialını yuğ edən “qara toyu” nümayiş etdirir. Klassik pyesdə olduğu kimi, layihə ardıcıl gələn üç səhnədən ibarətdir: toyun elanı və ona hazırlıq, toy-bayram və bu hadisənin nəticələri. ARTIM-da reallaşan səhnə zamanı, qalereyeya qohumlarının arasında evliliyə, toya hazırlaşan gəlin obrazını oynayan aktrisanı görmək üçün bəy rolunu canlandıran aktyor daxil olur.

 

Gəlinin özü isə, sakit və təmkinli durmasına baxmayaraq, çox güclü simvolik bir ismarıc ötürür: çünki bu rolu məcburi erkən nigahlara qarşı kampaniya aparan və qalereyanın divarlarında şeirləri həkk olunmuş aktivist Aynur Cavidin qızı oynayır. Bu səhnə reallaşdırılan zamanı videoyazıya alınır və tədbirin sabahı izləyicilər üçün qalereyada nümayiş etdirilmək üçün hazır hala gətirilir. Tamaşa çox stilizə edilmiş və dramatik olması ilə yanaşı, bu yaxınlarda KİV-lərdə işıqlandırılmış 16 yaşlı gəlinin ölümü haqda real hadisədən ilhamlanaraq, əsərə şəxsi məcra da qatmağa nail olmuşdur. Bu işi ilə Vüsal bizi cəmiyyətdəki yerimiz və ətrafımızdakı insanların gizli mübarizəsi haqda düşünməyə dəvət edir.

 

Əsərləri sayəsində Vüsal Rəhim rəssam kimi öz platformasının marginal insanlar haqda hekayələr danışmaq və adətən eşidilməyən və məhəl qoyulmayan şəxsi münaqişələrdə səs haqqı vermək üçün istifadə edərək ictimai münasibətləri riqqət və qayğı ilə araşdırır. Öz bədənini istifadə edərək – performans, musiqi və hərəkət vasitəsi ilə rəssam bizi təqdim etdiyi ssenarilərdə təssəvür etməyə dəvət edir və eyni anda ətraf mühitdəki rolumuzu bir daha gözdən keçirməyi xahiş edir.

Vüsal Rəhim

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir