Zamir Süleymanov

 Zamir Süleymanov

Zamir Süleymanov fotoqrafiya və video sənəti vasitəsilə öz lensini şəhər mənzərələrini ictimai və mədəni dəyərlərin təzahürü kimi qiymətləndirmək üçün istifadə edir. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alan Zamir insanları, onların ətraf mühit və şəraitlə münasibətlərini təhlil etməkdə ustalaşıb. Öz yaradıcılığını 2009-ci ildə nümayiş etdirməyə başlayan rəssam 2010-cu ildə Sitarə İbrahimovanın kuratorluğunu etdiyi “Art Bazar”-da iştirak edir. Bundan əlavə, onun işləri 2013-cü ildə Yay qalereyasında, Suad Qarayevanın kurasiya etdiyi “İntrospeksiya” və Faiq Əhmədin kurasiya etdiyi “Zavod” sərgilərində nümayiş etdirilir, bu isə öz növbəsində onun rəssam kimi professional karyerasının başlanğıcı olur.

 

Bundan sonra Zamir həm yerli, həm də beynəlxalq arenada geniş şəkildə çıxış edir. 2014-2015-ci illərdə İslam İncəsənəti Festivalında (BƏƏ) iştirak edir, işlərini Avropa miqyasında nümayiş etdirir. 2014-cü ildə Amsterdamda GRİD Fotobienalında, Moskva Gənc İncəsənət Bienalında və Tiflis Fotofestivalında iştirak edir, 2015-ci ildə Bakıda, eləcə də Rumıniya və Rusiyada öz yaradıcılığını nümayiş etdirir. 2015-2017-ci illərdə İtaliyanın Qibellina şəhərində yaşadığı dönəmdə ərsəyə gətirdiyi “Eynilik cərəyanları” layihəsi İspaniya, Yunanıstan və digər ölkələrdə nümayiş etdirilir. Zamirin 2016-cı ildə Yarat Studiyasındakı rezidentliyi, onun Yarat Müasir İncəsənət Məkanı çərçivəsində Byorn Geldhofun və Suad Qarayeva-Malekinin kurasiya etdiyi “Qarşıdurmanın 300 sözü”,  2017-ci ildə isə Yay Qalereyasında Fərəh Əkbərlinin kurasiya etdiyi “2017 – Dəniz və dağlar arasında” sərgilərində iştirakına gətirib çıxarır. Cari ildə isə Zamirin Hollandiyanın paytaxtı Amsterdam şəhərində yerləşən nüfuzlu Rijksakademie qurumunda 2 illik rezindetliyi start götürüb. Bu fəaliyyət çərçivəsində o, yeni layihələr üzərində işləyir və vizual sənətçi kimi öz təcrübəsini genişləndirir. Rezidentlik çərçivəsində rəssam öz unikal perspektivini yeni mühitə daşıyacaq olan müxtəlif sərgi və proqramlarda iştirak edəcək.

 

Zamirin fotoqrafiyası sənədli film tərzində estetikaya sahibdir. Lakin o, kadrlaşdırma, süjet və rənglərdən ustalıqla istifadə edərək fotoşəkillərinin və videolarının sərhədləri daxilindəki gizli hekayələrə işarə edən teksturalı təsvirlər formalaşdırır. Onun rəngli fotoqrafiyada zəngin palitra və hamar perspektivdən istifadə etməsi, əsərlərin subyektləri tərəfindən formalaşan zamansızlığı və sabitliyi təcəssüm edir. Buna misal kimi, 2014-cü ildə işıq üzü görən “1996” fotoserialını qeyd etmək olar. Burada Zamirin müəyyən filtrdən istifadə etməsi şəkillərin 2014-cü ildə çəkilməsinə baxmayaraq üzərində tarixin 1996-cı ili göstərməsi ilə nəticələnir. Bu perspektiv onu göstərir ki, zaman heç də inkişaf mənasına gəlmir; onun subyektlərinin həmin dəyişilməz mənzərədə ilişib qaldığı aydın görünür. Onun  “Real Market” (2017) foto layihəsi kimi ağ-qara işlərində nostalji indiki zamanı nəzərdən keçirmək üçün bir vasitə kimi istifadə olunur; Bakının müxtəlif nöqtələrində mövcud olan “Real Market” adını daşıyan marketləri lentə almaqla, Zamir bir növ həqiqətin təbiətini və insan subyektivliyini sorğulayır.

 

Onun yaradıcılığı  ruminativ olsa da, keçmiş və bu gün arasındakı paralelləri vurğulayır, “Ağır söz”(2017) adlı əsərində jarqonlardan və ədəbi dildən istifadə edərək müasir mədəniyyəti və ictimai modelləri sarkastik tərzdə tənqid edir. Burada ictimai mesaj daşıyan sözlər yük maşınlarının arxasına yığılmış daşların müxtəlif düzülüşü nəticəsində yaranıb. Bu əsər Zamirin 2017-ci ildə Yay Qalereyası çərçivəsində nümayiş etdirdiyi “ALL_AND” adlı solo sərgisinin bir hissəsi idi. Həmin əsərdə Zamir Bakı əhalisinin və məkanlarının şəhər danışığını araşdırmağa davam edir. Sərgi onun rəssam kimi bədii təsvir bacarığının genişliyini və Amsterdamdakı rezidentliyi dönəmində yeni ictimai və mədəni reallıqları araşdırdıqca daha da dərinləşəcək olan yaradıcılığının humanistik nyüansını əks etdirdi.

Zamir Süleymanov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir