Müasir Azərbaycanın ilk kitab mağazaları şəbəkəsi - Ali Ninonun təsisçisi və direktoru, iş adamlarından biri Nigar Köçərli ilə söhbət elədik. Onun Azərbaycan qadını, kitab yazarları və oxucuları, təhsil və dil kimi gələcəyimizi maraqlandıran bir sıra mövzular haqqında düşüncələrini izləməyə dəvət edirik.Ətraflı bax
Tags : Ağır söhbət
Tora Ağabəyova Berlində yaşayan Azərbaycan Müasir İncəsənətinin nümayəndəsidir. Avqust ayında Bakıya səfəri zamanı onunla atası, Xalq Rəssamı Mayis Ağabəyovun emalatxanasında səmimi söhbət etdik.Ətraflı bax
Sənan Ələskərov son onilliklərdə dəyişən Bakı atmosferini, tarixini, yerli müasir incəsənət nümayəndələrinin yaradıcılığını özünəməxsus estetikası ilə arxivləşdirən önəmli fotoqraflardan biridir. Analoq üslubda təqdim etdiyi yaradıcılığı isə onu müasir fotoqrafiya sferasında yeganə edir. Sənanla söhbət bizim üçün həm şans, həm də zövq oldu. Siz də dəyərləndirin! Ətraflı bax
Azərbaycan mədəniyyət və tarixinə aid əşyaları öz hesabına toplayan iki gənc kolleksiyaçı ölkənin incəsənət mühitində nədən şikayətlənir? Müraciətləri kimədir? Kolleksiyasının davamlı olması üçün onlara dəstək olmağa ehtiyac var. Yalnız incəsənət nümayəndələri yox, hamımız. "Söhbət elə"də FR Collection! Ətraflı bax
Hazırda Kukla Teatrının binasında yerləşən Yuğ Dövlət Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatr mədəniyyəti, mədəni geriləmə, Azərbaycanda teatrların vəziyyəti və necə inkişaf etdirmək barədə danışır. Maraqlı və iddialı fikirlər var, izləyin! Qeyd: Bu video İkinci Qarabağ Müharibəsindən öncə çəkilib.Ətraflı bax
Son zamanlar, xüsusilə “Zəhər tuluğu” və “Ortastatistik Rasim” vebserialları ilə populyarlıq qazanmış aktyor, videobloqqer Taleh Yüzbəyovla söhbət etdik. O, filmlərində tamaşaçılar tərəfindən iradla qarşılanan məqamlara da fikir bildirdi. Qeyd edək ki, çəkiliş məkanında yeni il dekorasiyaları olsa da, videomüsahibə daha erkən müddətdə çəkilib.Ətraflı bax
Bu dəfəki “Söhbət elə” rubrikasında qonaq post-Sovet məkanında ən çox oxunan, “Forbes” siyahısında adı olan yeganə azərbaycanlı gənc yazıçı Elçin Səfərlidir. O, bizimlə səmimi söhbətin sonunda gənc yazarlara tövsiyələrini də verdi. Ətraflı bax
İllərdir xaricdə yaşamağına və rus dilində özünü daha yaxşı ifadə edə bilməsinə baxmayaraq, filmlərinin əksəriyyətini Azərbaycanda və azərbaycanca çəkən rejissor İsmayıl Səfərəli ilə söhbət etdik. O, düşünür ki, Azərbaycanla bağlı hekayələri daha dəqiqliqlə çatdıra bilir. Gəlin, Azərbaycanda kino sahəsinin zəif inkişaf etməsi səbəblərinə İsmayıl Səfərəlidən aldığımız müsahibədə nəzər salaq.Ətraflı bax
Artıq 4 ildən çoxdur ki, Mədəni Niyyət olaraq dəstək olduğumuz İmran Məcidov haqqında daha ətraflı tanış olmaq üçün videoya baxın! Ətraflı bax
3 il əvvəl yaradılmış geyim brendi "Act n°1"in əsas aspektlərindən biri müştərilərinə öz işləri ilə hekayə danışmaqdır. Onların mövcudluğu və obrazı yaradıcılarının çoxmədəniyyətli mənşəyi ilə bağlıdır və o uşaqlıqları, evləri, antik Çin incəsənəti və Azərbaycan sənətkarlığında cəmlənib.Ətraflı bax