Qarabağ müharibəsi zamanı Gəncədəki erməni terrorundan sonra komandamızın üzvləri hadisələri vizuallaşdırmaq üçün ora getmişdi. Gördüyünüz ilk kadrlar həmin müddətdə çəkilib. O hadisələri yada salmaq bizim üçün ağır olsa da, istədik ki, müharibə və terror zamanı həyatını itirən insanların ruhunu bu layihə ilə yenidən anaq.
İstifadə olunan vizuallar Sitarə İbrahimbəyli, Mələk Bayramlı, Famil Mahmudbəyli, Ümid Bektaş (Reuters), İvor Priket (New York Times) və Bulent Kılıc (AFP və Getty Images) və Report İnformasiya Agentliyinə aiddir.
Musiqi və söz: Aisel
Muğam: Orxan Hüseynli
Qəzəl: Vaqif Kəhrizli
Kamança: Xəyyam Məmmədov
Aranjman və səs rejissoru: Emin Kərim (STKHA)
İstehsalçı: VarYox