Ghost – Infestissumam (2013)

 Ghost – Infestissumam (2013)

“Beatles və ABBA repertuarından ifa edən bir qrup” ifadəsi necə də məsum səslənir deyilmi? Bəlkə də azının ağlına gələr ki, söhbət İsveçli metal qrupundan gedir.

Ghost əsası 2006-2008-ci illərdə qurulmuş, ənənəvi meyarlardan uzaq bir layihədir. Əslində özündən əvvəlki Skandinav metal səhnəsinin əsas meyarlarından biri – albomda və konsertlərdə ifa edən musiqiçilərin eyni olmaması – üzərində qurulmuş bu qrup, bu unikallığa başqa bir çalar da əlavə edib – anonimlik. Hərçənd 2017-ci ilin aprelində bir məhkəmə işi nəticəsində üzə çıxsa da, bu dövrəcən qrupun üzvləri bilinmirdi. Təsəvvür edin, xoş musiqi dinləyirsiniz, hər yeni albomu gözləyirsiniz amma ifaçını bilmirsiniz. Bax bu artıq əsl musiqi zövqüdür!

Ghost 2016-cı ildə dünyada ilk dəfə Amerikan və İngilis qruplarının əlində olan “Ən yaxşı metal performansı” rubrikasında Qremmi mükafatını İsveçə gətirib.

Mənim şəxsi favoritim isə 2013-cü ildə çıxmış “Infestissumam” albomudur. Qeyri-ənənəvi dini mövzulardan kökünü alan musiqidə insan ən yaxşı halda blek metal ifası gözləyir. Amma “Infestissumam” bizə sörf rok, saykodelik rok və pop rokun qarışığı kimi təqdim olunur – latın dili fərqi ilə təbii ki.

“Infestissumam” metal ilə tanış olmamış amma hərəkətli ritmləri sevən, ağır rifflərdən həzz almağa hazırlayan albomdur. Əsas albom qapağının dizaynı Enslaved və Mayhem kimi Norveç blek metalının ulduzları ilə işləmiş polyak rəssam Zbiqniev Byelak tərəfindən hazırlanıb. Kabaret ritmləri, latınca sözlər və skandinav riffləri – mövcud olduğunuz əhvalı kökündən dəyişməyə hazır bir albom sizi gözləyir.

fb / instagram / twitter / youtube / iTunes

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir