SEASON CLOSING w/ ABELLE – 29 iyun

Abelle – Rusiyalı DJ, Arma17 klubunun və Outline festivalının təsisçisidir.

 

O, hal-hazırda Moskvanın ən görkəmli artistlərindən biridir.

 

Abelle, yalnız Rusiyanın əsas underground klubu olan Arma17-in yaradılması və orijinal konsepsiyası ilə əlaqəli deyil, bununla yanaşı miqyaslı tədbirlər və festivallardan da məsuldur.

 

Bu, Arma17-in dünya səviyyəsində mükəmməl nüfuz qazanmasına səbəb olub.

 

Bir artist olaraq Abelle, technonun qaranlıq tərəfi və ona uyğun musiqi istiqamətlərində araşdırmalar aparır.

 

O, Arma17 record leyblına da başçılıq edir.

 

Abelle, eyni zamanda yeni fəaliyyətə başlamış Mutabor incəsənət mərkəzinin həmtəsisçilərindən biridir.

 

Onun yenilikçi setləri maraqlı incəliklərlə dolu techno, acid və electro musiqisindən ibarətdir.

 

● ABELLE
https://soundcloud.com/dj-abelle
https://www.residentadvisor.net/dj/abelle

 

● MOZZY
https://soundcloud.com/deejay_mozzy
https://www.residentadvisor.net/dj/djmozzy

 

● CESTLEK
https://soundcloud.com/cestlek
https://www.residentadvisor.net/dj/cestlek

 

● SOULVIBES
https://soundcloud.com/djsoulvibes

 

Biletlər: 15 AZN (Yalnız qapıda)

 

Səs Sistemləri: TECHNOLOGY GROUP

Abelle

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.