JIVA – Cəmilə Həşimova

 JIVA – Cəmilə Həşimova

80-90-ci illərdə Azərbaycan pop-estradası müxtəlif ideyalarla, müğənnilərlə, komandalarla və prodüserlərlə zəngin idi. RAST-ın Avropa harmoniyası ilə milli musiqi ruhunu özündə birləşdirən mahnıları, Aygün Kazımovanın əsl Azərbaycan romantik pop musiqisi pop-estradamızın ən parlaq nümunələrindəndir. Lakin  sonra nə isə baş verdi və Azərbaycanın pop mədəniyyəti onilliklər sürən durğunluq dönəminə qədəm qoydu. Getdikcə yaxşı və keyfiyyətli treklər azalmağa başladı. Təəssüf ki, bu süstlük prodüserlik, aranjeman, mahnı sözlərində də müşahidə olunurdu.

 

Minilliyin ilk dekadasının sonunda pop-mədəniyyət yavaş-yavaş yenidən qanadlanmağa başladı. Daha çox gənc, həmçinin bu sahənin, musiqi və musiqiçilərin inkişafında maraqlı olan insanlar üzə çıxmağa başladı.

 

Cəmilə Həşimova səsə və təcrübəyə malik sənətçidir. O, artıq uzun müddətdir ki, səhnədədir, hətta bir neçə konkursda iştirak edib. Fikrimcə, izləyicilər onu 2003-cü il “Bakı payızı” müsabiqəsindən xatırlayırlar. Cəmilə öz səmimiyyəti, sadəliyi və “sümüyə işləyən” xoş ifası ilə insanı valeh edir.

 

Müğənnilərə məqsədlərinə çatmaq, uğurlu kariyera qurmaq üçün yaxşı komanda lazımdır. Yaradıcılıq yolu müxtəlif cəhdlərdən keçən Cəmilə “RAST” qrupunun heyətində də çıxış edib. Bu yaxınlarda onun yolu gənc musiqi prodüseri Fidan Əliyeva ilə kəsişir. Avstriyada təhsil alan Fidan doğma vətəninə öz bacarığına tam əminliklə, nə isə yaratmaq və musiqinin texniki tərəflərini tədris etmək üçün qayıdıb.

 

Beləliklə, JIVA layihəsi işıq üzü görür. Layihə olduqca yenidir və Azərbaycan pop-musiqisinin parlaq təmsilçisidir. Rəsmi olaraq iki sinql yayımlanıb və hələ ki, mahnılar rus dilində yazılır. Mahnıların rus dilində olması auditoriyanın genişləndirilməsi və MDB məkanında keçirilən festivallarda iştirak etmək üçün ən doğru qərardır. Komanda Fidanın sahib olduğu Shahsab Sound Record leyblinə çox etimad edir.

 

Həmin treklər kiminsə xoşuna gələ və ya gəlməyə bilər, lakin düşünürəm ki, ölkəmizdə fərqli layihələrə, musiqilərə ehtiyac var.

 

Xoş dinləmələr!

 

Sosial media linkləri:

[no_social_icons type=”circle_social” icon_pack=”font_awesome” fa_icon=”fa-facebook” size=”tiny” link=”facebook.com/jivajamila” target=”_self” icon_color=”#1e73be”][no_social_icons type=”circle_social” icon_pack=”font_awesome” fa_icon=”fa-instagram” size=”tiny” link=”instagram.com/jivajamilа” target=”_self” icon_color=”#dd9933″]

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir