Reef – BitBire

 Reef – BitBire

Musiqiyə və ümumiyyətlə incəsənətə həmişə marağım olub. Elektron musiqiyə ən böyük marağım isə Amerika və Avropa səfərlərimdən sonra artıb. Oynadığım musiqi janrı müxtəlifdi və ən çox bəyəndiyim janrlar techno və electro janrlarıdır. Bəyəndiyim və konkret olaraq ilham aldığım musiqiçi isə çoxdur.Misal olaraq techno janrda: Blawan, Surgeon, electro janrda isə Umwelt, Objekt. Başqa dinlədiyim janrlar isə çoxdur. Mən musiqidə ən çox janra yox, trekin özünə qiymət verirəm. Və müxtəlif janrları qarışdırmağı xoşlayıram. Hal-hazırda prodüsserliklə məşğul oluram və bu yaxınlarda üzərində işlədiyim ilk albomu hazırlayıb yayımlamaq istəyirəm. Hazırladığım set electro breaks janrındadır.

TREKLİST

 

1.Benedikt Frey – Private Crimes (DJ Normal 4 Remix)

2.Piezo – Cala

3.Partisan Midi – Phono Abduction

4.M.S.L. – Overclock

5.Tyraell – Paleocontact

6.Glyn Hendry – Escape Club 99

7.Kris Baha – Twisting Numbers

8.Setaoc Mass – Jenagan Sivakuma

9.Mall Grab – Looking For Trouble

10.Volruptus – Alien Transmisisons

11.Andrea – Future Atmo

12.B. Lhasa – Sexxor 1644

13.SW – Untitled D3

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir