Con Mellenkampın artıq 66 yaşı olsa da yaradıcılığına dayanmadan davam edib. 2 iyunda onun “Həyat, Ölüm, Sevgi və Azadlıq” sərgisi ACA qalereyalarında göstərilməyə başlayıb. Sərginin açılışında aktrisa Lorren Brakko, Rolling Stone jurnalının tənqidçisi Alan Layt, “Bungalow 8” gecə klubunun təsisçi Eymi Sakko və Universal Music şirkətinin rəhbəri Brüs Resnikov da iştirak edib.
Onsuz da “Hartlend rok” janrının ən məşhur nümayəndələrindən olmağına baxmayaraq o rəsm işləri ilə də seçilir. Kölgəli qara, tünd narıncı çalarlar portletlərlə birləşib və alman rəssam Markus Şinvaldın işlərini xatırladır.
Rəsmlərini “Ceyms Din”, “Marlboro adam”, “Babydoll filmindən obraz” kimi adlandıran müəllif pop kulturaya da istinad edir. Amma görünür Mellenkamp özü bu halı bəyənmir:
Qalereyalar rəsmlərə adlar istəyir. İstərdim ki, heç bir işimi adlandırmayım. Ordan-burdan adlar seçməyimin səbəbi sadəcə yadda qalmağı üçündür.
Sizə roker Con Mellenkampın sərgisindən bəzi əsərləri təqdim edirik.