Blue Hour təxəllüsü altında çıxış edən britaniyalı prodüser və DJ Lük Stendinq öz unikal üslubunu və özünəməxsus səsini nəinki Birləşmiş Krallığın texno səhnəsinə, həmçinin dünya müstəvisində bütövlüklə rəqs icmasına bəxş edib. Onun davamedici relizlər seriyası, 90-cı illərin ruhu və enerjisi, Millsvari futurizmi və zamansız elektronikaya sıx şəkildə bağlı olan, təravətli və əfsunedici xəlitə təqdim edir.
Relizlərinin qısa müddətdə uğur qazanması nəticəsində, Blue Hour bu üslubda aparıcı peşəkarların və qurumların diqqətini çəkir. Berqxaynda yerləşən Ostgut Ton səsyazma leybli ona musiqiçi “Tobias.”nın “for A Series of Shocks Remixes” trek seriyasını remiks etmək sifarişi verir. Stendinq həmçinin Deyv Samnerin (həmçinin Function kimi tanınır) Berghain 07 adlı rəsmi miksi üçün “Parallels” treki ilə tövhə verir, bundan başqa miksə Ostgut Ton tərəfindən “Common Ground” trekinin 12 inç versiyası da əlavə edilir.
Samnerlə Stendinqin münasibətləri Factcity toplusuna daxil edilmiş “Averting” treki ilə davam edib. Qeyd etmək lazımdır ki, (Deyv Samner) Function tərəfindən kurasiya edilən Factcity toplusu onun şəxsi Infrastructure New York leybli vasitəsi ilə buraxılıb. Function həmçinin Blue Hour-u Berqxayn və Boiler Room üçün leybllərində çıxış etməyə dəvət edir. Buna baxmayaraq, Stendinqin orijinal musiqisi məhz öz leybli altında geniş şəkildə dəstəklənməkdədir.
Eyni zamanda həm təcrübəli DJ, həm də prodüser olan Blue Hours-un yaradıcılığı, incəsənət prizması və realizasiya arasında vəhdət təmin edən əminliyi ifadə edir. Coğrafiya və səhnə arasında sərhədləri şəffaflaşdıran rəqs meydanının praqmatizminə yansımış işıq və zülmət, eyni zamanda həqiqətən də introspektivdir – özünükəşfə səsləyir. O, əvvəlki kimi diqqətini yaradıcılığa və inkişafa cəmləşdirərək araşdırıla biləcək və ya yenidən gözdən keçirilməsi tələb olunan yeni zəminlər axtarışındadır.
Bu yaxınlarda treklərini yeniləmək üçün Steffi, Answer Code Request və Mark Brum kimi ifaçıların dəvət olunduğu remikslər seriyası işıq üzü görüb. Daha bir layihə kimi, Blue Hour-a aid olmayan yeni bir relizə işarə edən Tracing Xircles adlı kollaborativ, yəni birgə layihəni qeyd etmək olar. Əslində bu debüt leyblin faəliyyət sahəsi genişləndikcə kurasiya ediləcək yeni musiqi layihələri üçün üçün yol açır.
Onun texno janrına dərin bağlılığını, sevgisini və anlayışını DJ kimi fəaliyyətində aydın şəkildə görmək olar. Həyatını anderqraund musiqisinə həsr etməsi və bu janra sadiq qalması Blue Hour-a ilbəil dünyanın eyni tərzləri paylaşan və ən nüfuzlu, uzunömürlü səhnələrinə yol açmaqla birlikdə unikal yanaşmasını dünya müstəvisində genişləndirməsinə imkan yaradıb.
Yeni relizlər və remiks layihələriylə birlikdə gərgin qastrol qrafiki olan Blue Hour texno və elektron musiqi dünyasında çoxdan gözlənilən bir qığılcımdır.