Bu il, 58-cisi keçirilən Venesiya Beynəlxalq İncəsənət sərgisi çərçivəsində Azərbaycan Pavilyonu 2019-cu ilin mayın 11-dən noyabrın 24-dək, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan bu nüfuzlu tədbirdə, 4-cü iştirakını təcəssüm edən “Virtual Reallıq” adlı əsəri nümayiş olunacaq. Müasir azərbaycanlı rəssamların əsərlərinin bu sərgisi demokratiyanın, azad müzakirələrin və tərəqqinin önündə duran ən böyük təhlükələrdən biri olan saxta xəbərlər fenomeninə əsaslanır. Kuratorlar Canni Merkurio və Emin Məmmədov Kənan Əliyevin, Ülviyyə Əliyevanın, Zeyqəm Əzizovun, Orxan Məmmədovun və Zərnişan Yusifovanın, “Doğrudan Sonrakı” dövrdə yaşamanın problemlərini və fəsadlarını, həmçinin ictimai medianın qılınc kimi iti qələmini araşdıran əl işlərindən ibarət qrup sərgisini təqdim edirlər. Hər gün biz dəhşətli xəbərlər dalğasının altında qalırıq. Bütün dünyada insanlar gündə 150 dəfə telefonlarını yoxlayır, təxminən 2 milyard insan isə sosial şəbəkələrdən istifadə edir.
Günümüzdə məlumat və xəbərlər almağımız əhəmiyyətli dərəcədə dəyişməkdədir. Biz “saxta xəbər balonunun” içində yaşayırıq, hadisələr rəsmi xəbərlərdən çox, internet KİV-ləri vasitəsi ilə paylaşılır və saxta xəbərlər ətrafında yaranan mübahisələrin çoxu, onların doğru olub-olmadığı ilə bağlı deyil. Biz hamımız gərək təsdiqin qərəzliliyinin hüdudlarını aşaq və şüuraltı aludələrimizə işıq saçaq. Biz digərlərinin fikirlərini nəzərə almalıyıq və əlaqələrimiz zamanı digər tərəfi qəbul etməliyik. Debatlar təşkil etməli, onlarda iştirak etməli və yaddan çıxarmamalıyıq ki, sosial media platformaları sadəcə eyni şeyi bizə böyük həcmlərdə təqdim edir. Beynəlxalq müstəvidə qeyri-sabitlik dövrlərində, dünyanın daha mühüm dəyişikliklərlə qarşılaşdığı zaman qeyd olunan sərgi bundan daha təsiredici ola bilməzdi. “Virtual reallıq” günümüzdəki siyasətin kökündə duran problemi həll etməklə birgə bizim gündəlik reallığımızı sual altına qoyur.
Bu layihə üçün rəssamlar bir sıra interaktiv müxtəlif sahələri birləşdirən əsərlər, instalyasiyalar və skulpturlar hazırlamışdır.
Kənan Əliyev və Ülivyyə Əliyeva sərgi üçün iki əsər təqdim edib. Qlobus hərəkətsiz görünür, lakin azacıq müdaxilə nəticəsində öz istiqamətini dəyişir. Skulpturun həssaslığa qarşı olan həssaslığı sayəsində rəssamlar göstərmək istəyirlər ki, beynəlxalq şahmat taxtasındakı piyada belə Qlobusu, bununla da dünyanı istənilən və yeni istiqamətlərə yönəldə bilər. Onların “Slinki effekti” adlı ikinci əsərlərində Slinki insanların başı üzərindən hoppanır. Slinki hər saniyə sosial şəbəkələrdən qəbul etdiyimiz xəbərlər cərəyanını təcəssüm edir. İnsanlar, demək olar ki, yalnız bu cərəyanların vasitəsi ilə təmas edir, yaxın olduqlarında belə bir-birinə baxmır; onlar mərhəmətsiz varlığa çevriliblər, boz eyniləşmiş görünüşə malikdirlər.
Kənan 1983-cü ildə, Ülivyyə isə 1986-ci ildə Bakıda doğulublar. İkisidə hal-hazırda Bakıda yaşayır.
Zeyqəm Əzizovun “Başlıqları” diqqətini başlıqlarda yazılanların təsir istiqamətlərinə cəmləşdirərək, KİV-lərin dominasiyasını araşdırır. Esse (mətn və vizual) formasına hazırlanan “Başlıqlar” və s… qismən də olsa KİV-lərin dominasiyasına, həmçinin zaman və təsvir arasındakı mürəkkəb əlaqəyə bir cavabdır. Müasir dünyanın təsvirlər cərəyanı vasitəsi ilə şairanə və fəlsəfi alqılanması kimi bu layihə, başlıqların necə insanların multikultural dünyamiqyaslı hərəkatlarının dilinə çevrilməsini və ümumilikdə dünyanın yeni obrazını yaradan ideyaların nəqlini nümayiş etdirir.
Zərnişan Yusifova isə, öz növbəsində, kiber-instalyasiya vasitəsi ilə sosial şəbəkələrlə insan münasibətləri arasındakı bağlılığı şübhə altına alır.
Onun “Balon İnikası” sosial şəbəkələr və insan münasibətləri arasındakı bağlılıq ilə birgə media vasitələrinin insanlara, onların şüurlarına təsirini əks etdirir.
İnsanabənzər fiqurlar ideal şəkildə hərbi düzülüş formasında yerləşdirilib, telematik kabellər isə onların orqanizminə calanaraq bu fiqurların şüuraltısını və intimliyinin idarə edir.
Onlar hipnoza uğramış bəşəriyyəti, boş başları ilə passiv şəkildə virtual reallığı alqışlayan planetar miqyaslı bir şəhərin sakinlərini əks etdirir.
1985-ci ildə Bakıda anadan olan Zərnişən, elə burada da yaşayır.
Orxan Məmmədovun təqdim etdiyi iki instalyasiya fiziki və rəqəmsal məkanlar arasında sərhədləri silən valehedici audiovizual təəsüratlardan ibarətdir. “Circular Repetition” adlı instalyasiyada ənənəvi naxış elementlərindən ibarət məlumatlar istifadə edilib. Ən müasir kompüter alqoritmlərinə yiyələnən Orxan və onun komandası ənənəvi şablonlara süni zəkanın unikal yanaşma yolunu kəşf edib.
“Mürəkkə”də isə rəssam orijinal miniatür rəsmləri xətti rəqəmsal süjet formasında təqdim edir. Əsl ənənəvi “Mürəkkə” alternativ virtual kopiyanın yaradılması üçün bir mənbəyə çevrilir. Orxan Məmmədov 1990-cu ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Hal-hazırda Nyu-York, Praqa və Bakı da yaşayır və işləyir.
Kuratorlar
Canni Merkurio, Romada yaşayan müstəqil italiyalı kuratordur.
Artıq 30 ildir ki o, bir kurator və yazıçı kimi müasir incəsənət daxilində fəaliyyət göstərir. Amerika incəsənəti üzrə mütəxəssis olan Canni 2013-cü ildə Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Endi Uorholl. Həyat, ölüm və gözəllik” sərgisinin kuratorluğunu edib. Həmçinin o, Kölnün Lüdviq muzeyində, Lyonda yerləşən MOCa-da, MACRO Rome-də, ROmadakı MAXXI muzeyində, Moskvadakı Dövlət Tretyakovka qalereyasında, Bakıdakı Heydər Əliyev Mərkəzində, Milanın Trienale muzeyində, həmçinin İtaliyanın, Avstriyanın, İspaniyanın, Belçikanın, Fİnlandiyanın və digər ölkələrin muzeylərində kuratorluq edib.
Heydər Əliyev Fondunun incəsənət üzrə müşaviri Emin Məmmədov isə Bakıda yaşayır.
2012-ci ildə o, Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb. Qısa zamanda beynəlxalq müstəvidə tanınan E.Məmmədov Azərbaycanda və Avropada bir çox sərgiyə kuratorluq edib. Emin Məmmədov Biennale Arte 2017-də Azərbaycan pavilyonunda nümayiş etdirilən “BİR GÜNƏŞ ALTINDA. Birgə yaşamanın incəsənəti” sərgini, həmçinin Biennale Arte 2015-də Azərbaycan pavilyonunda təqdim olunan “Hüdudları aşaraq” və Vita Vitale sərgilərinin kurasiyasını aparıb. 2016-2018-ci illərdə isə Londonda, Parisdə, Berlində, Tiflisdə və Moskvada Live Life adlı Beynəlxalq turistik sərginin kurasiyasını həyata keçirib.
Orjinal mətndən çıxarışlarla.