Bu il, 58-cisi keçirilən Venesiya Beynəlxalq İncəsənət sərgisi çərçivəsində Azərbaycan Pavilyonu 2019-cu ilin mayın 11-dən noyabrın 24-dək, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan bu nüfuzlu tədbirdə, 4-cü iştirakını təcəssüm edən “Virtual Reallıq” adlı əsəri nümayiş olunacaq. Müasir azərbaycanlı rəssamların əsərlərinin bu sərgisi demokratiyanın, azad müzakirələrin və tərəqqinin önündə duran ən böyük təhlükələrdən biri olan saxta xəbərlər fenomeninə əsaslanır. Kuratorlar Canni MerkurioEmin Məmmədov Kənan Əliyevin, Ülviyyə Əliyevanın, Zeyqəm Əzizovun, Orxan MəmmədovunZərnişan Yusifovanın, “Doğrudan Sonrakı” dövrdə yaşamanın problemlərini və fəsadlarını, həmçinin ictimai medianın qılınc kimi iti qələmini araşdıran əl işlərindən ibarət qrup sərgisini təqdim edirlər. Hər gün biz dəhşətli xəbərlər dalğasının altında qalırıq. Bütün dünyada insanlar gündə 150 dəfə telefonlarını yoxlayır, təxminən 2 milyard insan isə sosial şəbəkələrdən istifadə edir.

 

Günümüzdə  məlumat və xəbərlər almağımız əhəmiyyətli dərəcədə dəyişməkdədir. Biz “saxta xəbər balonunun” içində yaşayırıq, hadisələr rəsmi xəbərlərdən çox, internet KİV-ləri vasitəsi ilə paylaşılır və saxta xəbərlər ətrafında yaranan mübahisələrin çoxu, onların doğru olub-olmadığı ilə bağlı deyil. Biz hamımız gərək təsdiqin qərəzliliyinin hüdudlarını aşaq və şüuraltı aludələrimizə işıq saçaq. Biz digərlərinin fikirlərini nəzərə almalıyıq və əlaqələrimiz zamanı digər tərəfi qəbul etməliyik. Debatlar təşkil etməli, onlarda iştirak etməli və yaddan çıxarmamalıyıq ki, sosial media platformaları sadəcə eyni şeyi bizə böyük həcmlərdə təqdim edir. Beynəlxalq müstəvidə qeyri-sabitlik dövrlərində, dünyanın daha mühüm dəyişikliklərlə qarşılaşdığı zaman qeyd olunan sərgi bundan daha təsiredici ola bilməzdi. “Virtual reallıq” günümüzdəki siyasətin kökündə duran problemi həll etməklə birgə bizim gündəlik reallığımızı sual altına qoyur.

 

Bu layihə üçün rəssamlar bir sıra interaktiv müxtəlif sahələri birləşdirən əsərlər, instalyasiyalar və skulpturlar hazırlamışdır.

 

Kənan ƏliyevÜlivyyə Əliyeva sərgi üçün iki əsər təqdim edib. Qlobus hərəkətsiz görünür, lakin azacıq müdaxilə nəticəsində öz istiqamətini dəyişir. Skulpturun həssaslığa qarşı olan həssaslığı sayəsində rəssamlar göstərmək istəyirlər ki, beynəlxalq şahmat taxtasındakı piyada belə Qlobusu, bununla da dünyanı istənilən və yeni istiqamətlərə yönəldə bilər. Onların “Slinki effekti” adlı ikinci əsərlərində Slinki insanların başı üzərindən hoppanır. Slinki hər saniyə sosial şəbəkələrdən qəbul etdiyimiz xəbərlər cərəyanını təcəssüm edir. İnsanlar, demək olar ki, yalnız bu cərəyanların vasitəsi ilə təmas edir, yaxın olduqlarında belə bir-birinə baxmır; onlar mərhəmətsiz varlığa çevriliblər, boz eyniləşmiş görünüşə malikdirlər.

 

 

Kənan 1983-cü ildə, Ülivyyə isə 1986-ci ildə Bakıda doğulublar. İkisidə hal-hazırda Bakıda yaşayır.

 

Zeyqəm Əzizovun “Başlıqları” diqqətini başlıqlarda yazılanların təsir istiqamətlərinə cəmləşdirərək, KİV-lərin dominasiyasını araşdırır. Esse (mətn və vizual) formasına hazırlanan “Başlıqlar” və s… qismən də olsa KİV-lərin dominasiyasına, həmçinin zaman və təsvir arasındakı mürəkkəb əlaqəyə bir cavabdır. Müasir dünyanın təsvirlər cərəyanı vasitəsi ilə şairanə və fəlsəfi alqılanması kimi bu layihə, başlıqların necə insanların multikultural dünyamiqyaslı hərəkatlarının dilinə çevrilməsini və ümumilikdə dünyanın yeni obrazını yaradan ideyaların nəqlini nümayiş etdirir.

 

 

Zərnişan Yusifova isə, öz növbəsində, kiber-instalyasiya vasitəsi ilə sosial şəbəkələrlə insan münasibətləri arasındakı bağlılığı şübhə altına alır.

 

Onun “Balon İnikası” sosial şəbəkələr və insan münasibətləri arasındakı bağlılıq ilə birgə media vasitələrinin insanlara, onların şüurlarına təsirini əks etdirir.

 

 

İnsanabənzər fiqurlar ideal şəkildə hərbi düzülüş formasında yerləşdirilib, telematik kabellər isə onların orqanizminə calanaraq bu fiqurların şüuraltısını və intimliyinin idarə edir.

 

Onlar hipnoza uğramış bəşəriyyəti, boş başları ilə passiv şəkildə virtual reallığı alqışlayan planetar miqyaslı bir şəhərin sakinlərini əks etdirir.

 

1985-ci ildə Bakıda anadan olan Zərnişən, elə burada da yaşayır.

 

Orxan Məmmədovun təqdim etdiyi iki instalyasiya fiziki və rəqəmsal məkanlar arasında sərhədləri silən valehedici audiovizual  təəsüratlardan ibarətdir. “Circular Repetition” adlı instalyasiyada ənənəvi naxış elementlərindən ibarət məlumatlar istifadə edilib. Ən müasir kompüter alqoritmlərinə yiyələnən Orxan və onun komandası ənənəvi şablonlara süni zəkanın unikal yanaşma yolunu kəşf edib.

 

 

 

 

 

“Mürəkkə”də isə rəssam orijinal miniatür rəsmləri xətti rəqəmsal süjet formasında təqdim edir. Əsl ənənəvi “Mürəkkə” alternativ virtual kopiyanın yaradılması üçün bir mənbəyə çevrilir. Orxan Məmmədov 1990-cu ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Hal-hazırda Nyu-York, Praqa və Bakı da yaşayır və işləyir.

 

Kuratorlar

 

Canni Merkurio, Romada yaşayan müstəqil italiyalı kuratordur.

 

Artıq 30 ildir ki o, bir kurator və yazıçı kimi müasir incəsənət daxilində fəaliyyət göstərir. Amerika incəsənəti üzrə mütəxəssis olan Canni 2013-cü ildə Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Endi Uorholl. Həyat, ölüm və gözəllik” sərgisinin kuratorluğunu edib. Həmçinin o, Kölnün Lüdviq muzeyində, Lyonda yerləşən MOCa-da, MACRO Rome-də, ROmadakı MAXXI muzeyində, Moskvadakı Dövlət Tretyakovka qalereyasında, Bakıdakı Heydər Əliyev Mərkəzində, Milanın Trienale muzeyində, həmçinin İtaliyanın, Avstriyanın, İspaniyanın, Belçikanın, Fİnlandiyanın və digər ölkələrin muzeylərində kuratorluq edib.

 

Heydər Əliyev Fondunun incəsənət üzrə müşaviri Emin Məmmədov isə Bakıda yaşayır.

 

2012-ci ildə o, Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb. Qısa zamanda beynəlxalq müstəvidə tanınan E.Məmmədov Azərbaycanda və Avropada bir çox sərgiyə kuratorluq edib. Emin Məmmədov Biennale Arte 2017-də Azərbaycan pavilyonunda nümayiş etdirilən “BİR GÜNƏŞ ALTINDA. Birgə yaşamanın incəsənəti” sərgini, həmçinin Biennale Arte 2015-də Azərbaycan pavilyonunda təqdim olunan “Hüdudları aşaraq” və Vita Vitale sərgilərinin kurasiyasını aparıb. 2016-2018-ci illərdə isə Londonda, Parisdə, Berlində, Tiflisdə və Moskvada Live Life  adlı Beynəlxalq turistik sərginin kurasiyasını həyata keçirib.

This year, for the 58th International Art Exhibition of La Biennale di Venezia, the Azerbaijan Pavilion is proud to present Virtual Reality from May 11 to November 24, 2019, that marks Azerbaijan’s fourth participation in the International Art Exhibition of La Biennale di Venezia, realized by the Heydar Aliyev Foundation.
This exhibition of works by contemporary Azerbaijani artists draws on the phenomenon of fake news, one of the greatest threats to democracy, free debate, and progress. Curators Gianni Mercurio and Emin Mammadov introduce a group exhibition of works by Kanan Aliyev, Ulviyya Aliyeva, Zeigam Azizov, Orkhan Mammadov, and Zarnishan Yusifova that explores the challenges and implications of living in a ‘post-truth’ era and social media’s double-edged sword.
Each day, we are susceptible to a mind-boggling tsunami of news. Individuals check their telephones around 150 times each day around the world, and over 2 billion individuals use social networks.

 

There is a significant change in the manner in which we receive data and news today. We are living in a “fake news bubble”, stories are more often shared via web-based networking media than official news stories, and a significant part of the contention around false news is about something other than whether its content is valid or not. We all need to escape the confines of confirmation bias and shine a light on our unconscious leanings. We should embrace the views of others and acknowledge the other side in our communications. We should stimulate and participate in debate and remember that social media platforms only give us more of the same. It is up to us as individuals to change that pattern.
In a time of international instability, where the world is facing more significant change than ever before, this exhibition could not be more affecting. Virtual Reality addresses an issue that is at the heart of today’s politics and questions our everyday reality.

 

For Virtual Reality, the artists have produced interactive multimedia works, installations, and sculptures.

 

Kanan Aliyev and Ulviyya Aliyeva present two works. Globe seems motionless, but the slightest interference changes its direction. Through the sculpture’s sensitivity to movement, the artists share their belief that even a pawn on the international chessboard can propel Globe, and, thus, the world in new or desired directions. In their second project The Slinky Effect, a Slinky jumps over people’s heads. The Slinky Effect, a Slinky jump over people’s heads. The Slinky represents the flow of news that we receive from social networks every second of the day. People communicate almost only through these flows, without gazing each other’s even if they are close; they became beings without empathy and have therefore a gray and uniform appearance.
Kanan Aliyev, born in Baku, in 1983 and Ulviyya Aliyeva, born in Baku in 1986, live in Baku.

 

 

Zeigam Azizov in his Headlines considers media domination by focusing on the sway that headlines command. Made in the form of essay (textual and visual) Headlines etc… is partly a response to the media domination and a complex relation between images and time. As a poetic-philosophical perception of the contemporary world through the stream of images it will demonstrate how headlines became a language of addressing multicultural global movements of people and the transportation of ideas, which creates a new image of the world altogether.

 

 

Zarnishan Yusifova questions the connection between social media and human relationships in a sort of cyber-installation.

 

 

Her Bubble Reflection conveys connection with the social networks and human relations, as well as the impact of the media devices on the human beings, on their mind.

 

The anthropomorphic figures are perfectly aligned, in military order, while telematic circuits at this point have integrated in their organisms and are masters of their unconscious and their intimacy. They represent a hypnotized humanity, inhabitants of a planetary Metropolis whose empty heads passively welcome a virtual reality.

 

Zarnishan Yusifova, born in Baku, in 1985, lives in Baku.

 

Orkhan Mammadov presents two installations, consisting on immersive audiovisual experiences blurring boundaries between physical and digital spaces.

 

 

 

 

The installation Circular Repetition employs data consisting of elements of traditional ornaments. Using the latest state-of-the-art machine learning algorithms, Orkhan and his team designed a unique Artificial Intelligence approach to traditional patterns. In Muraqqa artist has reproduced original miniature paintings and represented it as digital linear story. The authentic traditional Muraqqa becomes a source for the construction of an alternative virtual replica.Orkhan Mammadov, born in Ganja, Azerbaijan in 1990. Currently lives and works betweenNew York, Prague and Baku.

 

Curators

Gianni Mercurio, Italian independent curator, lives in Rome.
Gianni Mercurio has been involved with modern and contemporary art for nearly thirty years as curator and writer. Specialist in American art, he collaborated with the Heydar Aliyev Center in Baku in 2013, when he curated the exhibition “Andy Warhol, Life, Death and Beauty”. He has been guest curator at the Ludwig Museum Cologne, MOCA Lyon, MACRO Rome, MAXXI Museum Rome, Tretyakov State Gallery in Moscow, Heydar Aliyev Center in Baku, Trienale Museum in Milano and museums in Italy, Austria, Spain, Belgium, Finland among others.

 

Emin Mammadov Artistic Advisor of the Heydar Aliyev Foundation, lives in Baku.
In 2012 he was appointed Honored Worker of Art of the Azerbaijan Republic. Mammadov has gained international recognition quickly and has curated numerous exhibitions in Azerbaijan and Europe. Mammadov curated “UNDER ONE SUN. The Art of Living Together” Azerbaijan Pavilion at the Biennale Arte 2017, and also curated the exhibitions “Beyond the Line” and Vita Vitale that were shown at the Azerbaijani Pavilion at the Biennale Arte 2015. Within 2016–2018 he was curating the international travelling exhibition Live Life in London, Paris, Berlin, Tbilisi and Moscow.

Orjinal mətndən çıxarışlarla.

Tags: