Altay Sadıqzadə

Azərbaycanın aparıcı sənətçisi, kurator, dizayner və incəsənət təbliğatçısı kimi Altay Sadıqzadənin Azərbaycan müasir incəsənət səhnəsinə əsaslı təsiri olub. Öz peşəsinə Sovet Birliyində gənc rəssam kimi başlayaraq, həm Moskvadakı Surikov Dövlət Akademik İncəsənət İnstitutunun rəssamlıq fakültəsində, həm də Əzimzadə adına Dövlət Rəssamlıq Kollecində təhsil alıb. Azərbaycan Sənətçilər Birliyinin və Bakı İncəsənət Mərkəzinin üzvü olan Sadıqzadə Fransa, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Böyük Britaniya, Avstriya və Rusiyada çoxsaylı qrup sərgilərində iştirak edib, İstanbul və Pekindəki solo sərgiləri ilə yanaşı, həm də ABŞ, Fransa, və Azərbaycan da daxil olmaqla dünyanın dörd bir yanında solo sərgilər keçirib. Onun işləri Azərbaycan, Belçika, Almaniya, Fransa, İran, İsrail, Norveç, Rusiya, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və ABŞ-da institusional və şəxsi kolleksiyalarda saxlanılır. 2007-ci ildə o, Parisin Pompidou Mərkəzindəki Flammarion Kitab Mağazası Mərkəzində öz işlərindən ibarət “Rəsm və Eskiz” adlı monoqrafiyasını təqdim edib. Bakıda o, 2008-2009-cu illərdə hələ başlanğıcı qoyularkən dizayn etdiyi Müasir İncəsənət Muzeyinin (MİM) direktorudur. 2011-ci ildə onun işi Venesiya Bienalında Azərbaycan Milli Pavilyonuna daxil edilmişdir. O, MİM-dəki kurator fəaliyyəti ilə yanaşı, geniş şəkildə işlərini sərgiləməyə davam edir.

 

Fərqli yönlərdə çalışmağına baxmayaraq, Altay xüsusən konseptual və özünəməxsus estetikası ilə qovuşdurduğu rəssamlıq və heykəltəraşlığına görə tanınır. Onun işləri abstrakt və canlıdır, karikatura və qrafik incəsənətdən də təsirlənir və bu təsirlər onun rəsmlərinin əyilmiş və şişirdilmiş subyektləri üzərində hiss olunur. Öz işlərində o, gündəlik həyatın sürreal təsvirlərini yaradır, şkaladan yumorunu vurğulamaq üçün istifadə edir. Onun işləri optimizmlə doludur, heykəlləri və instalyasiyaları isə, izləyiciləri onun daxili dünyasına dəvət edir. Altay çoxsaylı səyahətlərindən ilhamlanır və onun işləri müxtəlif coğrafiyaları, habelə fərqli incəsənət hərəkatlarından olan təsirlənmələrini ehtiva edir, hansı ki, bütün bunlar ona öz yeni vizual dilini formalaşdırmağa kömək edir. Heykəltəraşlıq işlərində o, öz abstrakt fiqurlarını 3 ölçülü etmək üçün metal kimi materiallardan istifadə edir, konseptual işinə dərinlik qatır. 2011-ci ildə Azərbaycan Milli Pavilyonuna etdiyi qatqısı daha sakit rəsmlərin kolleksiyasından ibarət idi. Burada o, sürreal mənzərələrin axtarışına davam edir, amma bu dəfə onları mavi, qara və bozun boğuq və pərişan çalarlarında axtararaq, işlərin yuxuyabənzər tərəfini vurğulayır. Dünyanın dörd bir yerində işlərini sərgiləmiş Sadıqzadənin işlərini seyr etmək üçün Azərbaycanda ən yaxşı yer MİM-dir, burada onun işi Azərbaycanın müasir incəsənət tarixi hekayəsini birləşdirən ip rolunu oynayır.  Onun, həmçinin İçərişəhərdə “Mayak 13” adlı kafesi mövcuddur, burada onun heykəltəraşlıq işləri və dəniz kənarından ilhamlanmış şıltaq rəsmləri yer alır. Kurator olaraq o, Bakı MİM-inin kolleksiyasını formalaşdıraraq 20-ci əsr Azərbaycan incəsənətinin ən önəmli nümunələrini burada nümayiş etdirir, həmçinin kolleksiyaya yeni işlər əlavə edərək onu ən müasir dövrlə ayaqlaşabilən vəziyyətdə saxlayır və Azərbaycan incəsənət icmasının geniş istedadını şöhrətləndirir.

Altay Sadıqzadə
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir