“Təxminən 3 il əvvəl rəngləmə prosesi mənə maraqlı gəldi. Ən azından fotolara yeni perspektivdən baxmaq istəyirdim. Bir də əmin idim ki, rəngli fotolar insanlarda tamam baışqa təəssüratlar oyada bilər. Bu zənnimdə yanılmadım, hər bir foto insanlar tərəfindən maraqla qarşılanırdı. Həm də uzun illərdir ağ-qara gördüyümüz bu fotolara rəngli baxmaq, orada yeni detalları kəşf etmək tamam ayrı hissləri ötürürdü. Qrafik dizayner kimi hər zaman müxtəlif eksperimentlər aparmağa çalışıram. Rəngləmələr də bu eksperimentin bir parçasıdır. Hazırda rəngləmə prosesidə süni-intellekt və insan əməyinin qarşılıqlı işləmə prinisipi üzərində çalışıram. Bu barədə yeni alqoritmləri öyrənib işlərimə tətbiq etmək, daha yaxşı nəticələr əldə etmək üçün işlər görürəm.”
Azərbaycanın dahi şəxsiyyətlərini əks etdirən fotoları bir araya toplayan və onlara yeni həyat verən insanları görmək sevindiricidir. Bu dəfə sizə qrafik dizayner Rəsul Həsənin yaradıcılığında xüsusi yerə malik olan rənglənmiş fotolardan ibarət silsiləni təqdim edirik.