AÇIQ ÇAĞIRIŞ: Her Art in Action 2027
“Her Art in Action” festivalının dördüncü buraxılışı sülhü dəyişməz bir vəziyyət kimi deyil, gündəlik jestlər, sözlər və bir süfrə arxasında qurulan münasibətlər vasitəsilə formalaşan bir proses kimi təqdim edir. Sülh fərqli baxışların, keçmişlərin, kimliklərin və təcrübələrin bir araya gəldiyi üçüncü məkan kimi təqdim olunur. Bu ortaq məkan fərqləri ayırıcı amil kimi görmək əvəzinə, yaxınlaşma, əlaqə qurma, barışma və güclənmə imkanları yaradır.
Bu prosesdə qadınlar aparıcı rol oynayır. Qadınlar həm ictimai fəaliyyətləri, həm də şəxsi münasibətləri vasitəsilə müdafiə və maarifləndirmə işləri aparır, həmçinin qayğı göstərirlər. Bununla da mədəni kimliyin və kollektiv yaddaşın formalaşmasına və qorunmasına, eləcə də ortaq gələcəyin qurulmasına töhfə verirlər.
Sülhü mümkün edən nədir? Onu həm öz daxilimizdə, həm də başqaları ilə münasibətlərimizdə necə yarada bilərik? Qadınların nəzərində sülh nə deməkdir və bu üçüncü məkanı qoruyub saxlamağın yolları hansılardır?
Bu açıq çağırış vasitəsilə rəssamları sülh yaratmağın nə demək olduğuna dair öz baxışlarını təqdim etməyə dəvət edirik.
Qiymətləndirmə meyarları
- İncəsənət konsepsiyasının gücü və yaradıcılığı;
- Təqdim olunan işin kurator mövzusu ilə uyğunluğu;
- Layihənin iddialılığı, həmçinin əsərin vaxtında, sərgi keyfiyyətinə uyğun şəkildə hazırlanması;
- Əvvəlki təcrübə və sərgi fəaliyyəti;
- Seçilmiş rəssamlar layihənin həyata keçirmək üçün məhdud maliyyə vəsaiti ilə təmin olunacaq. Yüksək büdcəli layihələr üçün əlavə dəstək imkanı mümkün olmaya bilər.
Zaman cədvəli
- Müraciət üçün son tarix: 1 Dekabr 2026
"Her Art in Action" - "Üçüncü Məkan" 2027
Müraciət şərtləri:
- Vizual incəsənət sahəsində (rəssamlıq, fotoqrafiya, video, heykəltəraşlıq, instalyasiya, performans və s.) fəaliyyət göstərən həm yeni başlayan, həm də təcrübəli rəssamlar müraciət edə bilərlər.
- Müraciət edən şəxslərin yaşı 18-dən yuxarı olmalıdır.
- Fərdi və kollektiv müraciətlər qəbul olunur.
- Vətəndaşlıq məhdudiyyəti yoxdur, lakin Azərbaycan və ya ingilis dilində ünsiyyət qurmaq bacarığı tələb olunur.
- Seçilmiş rəssamların əsərlərin quraşdırılması prosesində və sərgi müddətində fiziki iştirakı tələb olunur.
- Təqdim olunan əsərlərin müəlliflik hüququ və mülkiyyəti rəssamlara məxsus olmalıdır.
- Əsərlər sərgi məkanına gətirildikdə quraşdırılmağa tam hazır vəziyyətdə olmalıdır.
- Layihənin hazırlanması və ya sərgi prosesi zamanı nəzərdə tutulan əsas konseptual və struktur dəyişiklikləri əvvəlcədən kuratorlarla razılaşdırılmalıdır.
- Seçilmiş rəssamların rəsmi ödənişləri, istehsal büdcəsini və ya digər maliyyə dəstəyini ala bilməsi üçün etibarlı VÖEN-ə (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) malik olmaları tələb olunur.
- Təşkilatçı tərəfindən ayrılan istehsal büdcəsi yalnız seçilmiş layihənin yaradılması, inkişaf etdirilməsi və ya təqdimatı ilə bağlı xərclərə sərf oluna bilər.
- Rəssamlar təqdim etdikləri istehsal büdcəsinin düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıyırlar. Büdcə təsdiqləndikdən sonra onun artırılması mümkün deyil.

