1918-ci il Mart soyqırımından fotolar

Photomaterials and documents of pogroms in Azerbaijan albomu 1918-ci il iyulda Azərbaycan Respublikası Hökuməti tərəfindən Birinci Dünya müharibəsindən bəri bütün Zaqafqaziya boyunca yaşayan müsəlman əhaliyə və onların əmlakına qarşı törədilmiş şiddət və zorakılıq faktlarını araşdırmaq üçün yaradılan Fövqəladə Hallar İstintaq Komissiyasının hazırladığı materialların bir hissəsidir. Nəşrdə 1918-ci ilin mart-iyul ayları arasında Bakı və Şamaxı şəhərlərində, habelə Şamaxı, Göyçay və Cavad bölgələrinin kəndlərində baş vermiş faciəli hadisələri sübut edən və Fövqəladə Hallar İstintaq Komissiyası tərəfindən çəkilən və toplanan nadir fotolar yer alır. Erməni bolşeviklərinin qaniçən və silahlı dəstələri minlərlə günahsız azərbaycanlını öldürmüş, eyni zamanda bir çox memarlıq abidələrini, məscidləri, müsəlman əhaliyə məxsus yaşayış binalarını, mülki və ticarət obyektlərini, məktəbləri və xəstəxanaları dağıtmışdır. Fövqəladə Hallar İstintaq Komissiyası bu fotoşəkillərin təxminən 100 ədədini Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti ilə Fransaya göndərmişdir. Fotoşəkillər orada müxtəlif millətlərin liderlərinə təqdim edilib. Bu fotolar bir müddət sonra aradan çıxarılmış və 90 ildən çox müddətdə itmiş hesab edilmişdir. Bu yaxınlarda xarici arxivlərdə tapılan fotolardan 103 ədədi albomu ərsəyə gətirən Tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi tərəfindən auditoriyaya təqdim olunur. Nəşri Bakıda yerləşən kitab mağazalarından əldə edə bilərsiniz.

Dərc olunmuş fotolar həmin albomdan götürülmüşdür.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir