İncəsənətə qarşı mədəniyyət – Apofatika

Adətən “mədəniyyət” sözü “incəsənət” sözü ilə qarışdırılır. Bizə uşaqlıqdan deyirlər ki, mədəniyyət insanın sahib olduğu ən ali, ən əsas mənəvi əmlakdır. O özünə dini, elmi, incəsənəti, fəlsəfəni, insanın ən parlaq intellektual, texnoloji, və məişət sahələrində ən böyük nailiyyətlərini tərənnüm edir. İnsanı heyvandan fərqli edən də elə odur. Sənətçi isə, müvafiq olaraq, mədəniyyət işçisidir. Muzeylər mədəniyyət məbədləridir və s.

 

Bəs belədirmi?

 

Heç bir halda. Bəli, mədəniyyət müəyyən dərəcədə insanı təbii aləmdən fərqləndirən cəhət ola bilər. Amma bu ayrım insanın özünə onun beyninin əsassız antroposentrik məqsədlər uğrunda gecə-gündüz işləməsindən başqa nə verir? Yəni guya ki, insanın seçilmiş olması və yüksək imtiyazları ona təbiətlə ürəyindən necə keçirsə, elə davranmaq səlahiyyəti verir. Halbuki hazırki ekoloji böhranı izləyərək, belə özündən razı yanaşmanın hansı nəticələrə gətirdiyini görə bilərik. Amma mən başqa bir şey haqqında danışmaq istərdim.

Əslində mədəniyyət sevmədiyi dini, fəlsəfəni, və incəsənəti çətinliklə qəbul edir. Və onun insan fəaliyyətinin sakral, intellektual və sənət məhsullarını dərhal öz içinə daxil etməsi yalnız bir şey haqqında xəbər verir – bu yolla mədəniyyət insanın bu ehtiras dolu məşğuliyyətini neytrallaşdırmaq, zərərsizləşdirmək və axtalamaq məqsədi daşıyır. Beləliklə, mədəniyyətin məqsədi bu növ fəaliyyətləri dişsiz, zərərsiz bir hala gətirməkdir.

Niyə?

Çünki bu sahələr transqressivdir, onlar özünə insanın başlıca partlayıcı istəyini daxil edir – uşaqlıqdan onun boynuna qoyulan bütün məhdudiyyətlərdən, cəmiyyətin bütün boğucu qəliblərindən yaxa qurtarmaq, ruhun ağlasığmaz azadlığına qovuşmaq. Mədəniyyətin isə məqsədi bunun tam əksidir – Filosofun, Rəssamın, və Peyğəmbərin nailiyyətlərinin qorunub saxlanılması, bu alovlu impulsların harasa gözdən kənara, muzeylərin bər-bəzəkli qablarına və mədəniyyət arxivlərinə doldurulub guya gələcək nəsillər üçün saxlanılmasıdır. Ancaq gələcək nəsillər onsuz da bu dondurulmuş və meyidəbənzər əsərlərdən  heç bir şey anlamayacaqlar, belə ki həqiqi olan həmişə “burada və indi” yaradılır, və heç bir dondurulmaya və arxivləşdirməyə sığmır. Alovlu sənət impulsunun istənilən dondurulması bu impulsun öldürülməsi deməkdir. Həyat təcrübəsi və əsaslı araşdırmalar göstərir ki, sonrakı nəsillər bu cür dondurulmuş və statik əsərlərdə əvvəlki nəsillərin çatdırmaq istədiklərini anlamaq iqtidarında deyillər. Qədim dövrlərin bütün mədəniyyətləri – Paleolit, Babil, Misir, Antik və bu kimi mədəniyyətlər – bizim üçün əlçatmazdır, özlərini sadəcə zahiri ekzotik dekorasiyalar kimi təzahür etdirirlər. Belə ki, açarlar, yəni dil itirilmişdir. Biz orta əsrlərin və qədim dünyanın abidələrinə öz müasir dünyamızın baxış bucağından baxır, və o dövrün insanının necə düşündüyünü nəzərə almırıq. Keçmiş bizim üçün sadəcə üzərinə öz təxəyyülümüzü yüklədiyimiz anlaşılmaz bir dildir. Bir sözlə, mədəniyyət qlobal zehni qəbiristanlıqdır, reallığın əvəzedicisidir, zahidin üsyankar ruhunun sözlə ifadə edilə bilməyən, və kiminsə nə vaxtsa düşündüyü bütün şeylərdən daha yüksəkdə olan nöqtəyə aparan yolunda dayanan pudralanmış maneədir.

 

Beləliklə burada biz, dini incəsənətlə, daha doğrusu peyğəmbəri (müqəddəsi, guşənişini) rəssamla birləşdirən həmin mövzuya – apofatika mövzusuna gəlirik.

 

Peyğəmbər də, rəssam da intuitiv olaraq heç bir adı olmayan, izah edilməz şeyə çatmağa can atırlar. Bu canatmada, hansı ki bütpərəstlik ənənəsinə həkk edilib, onlar “qeyri – mədəni” işlərə imza atır, o fəaliyyətlər ki, mədəniyyət tərəfindən qəbul edilmir, mühakimə olunur, dağıdıcı, radikal, və hətta ekstremist adlandırılır. Dünyəvi dediyimiz mədəniyyət belə fəaliyyətlərdən alovdan qorxan kimi qorxur. Gəlin monoteist ənənəsinə nəzər yetirək, hansında ki, bütlərin dağıdılması nəinki əsas xüsusiyyətlərdən idi, həm də prinsipial xarakteristikalardan biri idi. Qədim Babildə İbrahim tanrıların bütlərini yıxırdı, hətta öz atasının düzəltdiklərini belə. Musa isə öz millətinin düzəltdiyi qızıl buğanı sındırıb. 20-ci əsrin avanqard incəsənətində Pablo Pikasso deyirdi: “Muzeyləri yandırın!”. Antonin Arto israr edirdi ki, “şedevrləri rədd etmək lazımdır!” Futuristlər də keçmişdəki hər şeyi proqressə maneəçilik törətdiyi üçün aşmaq lazım olduğunu bildirirdi. Avanqard sənətin radikalları insan mədəniyyətinə ruhun şərtsiz azadlığa, həmin adsız hədəfə qovuşmasına mane olan qlobal bütpərəstlik sistemi kimi qarşı çıxırdılar. Bunun ən bariz nümunələri Kazemir Maleviçin “Qara Kvadrat” əsəri və Kəbənin Qara Kubudur.

 

Maleviç ”Qara Kvadratı” ŞƏKLİN özlüyündə olan mahiyyətinin kollektiv təsviri kimi yaradıb, bununla da bu “heç” obrazında əvvəlki təsviri incəsənət tarixindəki, dünyadanın bütün rəsmlərindəki vizual fərqliliyin tamamını yox edib. Onun yaratdığı bu istiqamət – “suprematizm” – incəsənətin sonuncu və ən yüksək mərhələsi olmalı idi. Kəbəyə gəldikdə isə, tarix bunu deyir ki, müsəlmanlar Məhəmməd peyğəmbərin başçılığı ilə Məkkəni ələ keçirdikdən sonra, peyğəmbər insanları aktiv şəkildə təsvir olunmaz və ifadə olunmaz Reallıq kimi vahid Tanrıya yönləndirir.  Bu isə öncəki tanrı və tanrıçaların bütlərinin məhv edilməsi ilə nəticələnir. Beləliklə Kəbənin ərazisinə daxil olan Məhəmməd, “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” ayəsini (Əl İsra 17/81) oxuyaraq, Kəbədə Qüreyş tayfasının qoyduğu 360 bütü məhv edir. Bundan sonra müsəlmanlar Mənat tanrıçasının bütü də daxil olmaqla Kəbədən kənarda yerləşən digər bütləri də məhv edir.

 

Beləliklə, dini xadimlərin və avanqard, radikal sənətçilərin izlədiyi apofatik, bütlərə qarşı ənənə şüurda və ya düşüncədə olan tıxac və səs-küyün aradan qaldırılması və “həqiqətin aydınlığına” qovuşmaq üçün istifadə olunan “koqnitiv alətlər” dəsti kimi insan tarixinin ən erkən dövrlərinə gedib çıxır.

Обычно слово “культура” сопрягается со словом “искусство”. Нам с детства говорят, что культура – это самое высокое, самое главное духовное достояние человечества. Она включает в себя религию, науку, искусство, философию, самые яркие интеллектуальные, технические, хозяйственные… достижения человеческого рода. Это то, что отличает человека от животного. А художник, соответственно, это работник культуры. Музеи – это храмы культуры. И т. д.

 

Так ли это?

Уверен – абсолютно не так. Да, культура, в определённой степени может явиться знаком отличия человека от природного мира. Но, что это даёт самому человеку, кроме прокачки его мозга неоправданными антропо-расистскими амбициями, мол, что он отмечен высшей прерогативой и избранностью, а значит вправе распоряжаться природным миром по собственному желанию? Наблюдая жуткий экологический кризис, мы видим к чему привёл такой высокомерный подход. Но я хотел бы указать на следующее.

 

На самом деле культура с трудом терпит ненавистные ей религию, философию и искусство. И то, что она сразу же включает в себя сакральные, интеллектуальные и художественные продукты человеческой активности говорит только об одном – таким путём она пытается обезвредить, кастрировать, нейтрализовать эту пассионарную человеческую активность. Таким образом цель культуры – превратить эту активность в нечто беззубое, безобидное.

Почему?

Потому что эти области трансгрессивны, в них проявлено основное взрывное желание человека – вырываться из всех навязанных ему с детства ограничений, из всех заданных ему социумом удушающих форматов, прорываясь к немыслимой свободе духа. Цель же культуры прямо противоположная – консервация очевидных достижений Философа, Святого и Художника, закупоривание этих огненных импульсов прорыва в запредельность в гламурные сосуды музеев и культурных архивов, якобы для последующих поколений. Но эти поколения всё равно ничего не поймут в этих замороженных и трупных артефактах, ибо подлинное всегда свершается “здесь и сейчас” и не подлежит никакой фиксации и архивированию. Любая фиксация огненного творческого импульса – это умерщвление этого импульса. Как показывает жизненная практика и фундаментальные исследования, последующие поколения не в состоянии адекватно понять зафиксированные в статичных артефактах послания предыдущих поколений. Все “культуры” древности – палеолитическая, вавилонская, египетская, античная и т. д. – закрыты от нас, предъявляя себя как внешние экзотические декорации. Ибо потеряны ключи, язык. Мы смотрим на памятники средневековья и древности сквозь призму современности, совершено не учитывая, как тогда мыслили люди. Всё предшествующее для нас – это незнакомый язык, на который мы проецируем собственные, высосанные из пальца измышления. Одним словом, культура – это глобальное ментальное кладбище, суррогат реальности, припудренное препятствие на пути мятежного духа подвижника к тому, что не имеет названий и выше любого уже помысленного нечто.

 

И вот здесь мы подошли к той теме, которая объединяет религию и искусству, точнее пророков (святых, подвижников) и художников – теме апофатики.

И пророк и художник интуитивно стремятся выйти на то, что не имеет названия, что неописуемо. В этом стремлении, которая вписана в традицию иконоборчества, они совершают “контркультурные” действия, т. е. действия, которая культурой не принимаются, осуждаются, нарекаются разрушительными, радикальными и даже – экстремистскими. Светская по-определению культура как огня боится таких действий. Взглянем на монотеистическую традицию, в которой уничтожение идолов было не просто важной чертой, но и принципиальной характеристикой. В древнем Вавилоне Авраам уничтожал идолов богов и богинь, даже тех, что были изготовлены его собственным отцом. Моисей разбил золотого тельца, которого сотворили его соплеменники… В авангардном искусстве 20-го века Пабло Пикассо восклицал: “Сжечь музеи!”. Антонен Арто настаивал, что нужно “покончить с шедеврами!”. Футуристы также говорили о преодолении всего прошлого как того, что мешает прогрессу. Художники не шутили и сказано всё это было не для красного словца. Радикалы художественного авангарда выступали против человеческой культуры как глобальной системы идолопоклонничества, которая служила преградой для движения духа к необусловленной свободе, к тому, что не имеет названий. И вот самый красноречивый пример, не только по содержанию, но и с визуальной точки зрения – “Чёрный квадрат” Каземира Малевича и Чёрный куб Каабы.

Малевич создал “Черный квадрат” как собирательный образ КАРТИНЫ как таковой, “утопив”, аннигилировав в этом нулевом образе всё визуальное разнообразие предыдущей истории изобразительного искусства, все картины мира. Направление, созданное им – “супрематизм” – должен был явиться последней и самой высшей стадии искусства.
Что касается Каабы, то история говорит о том, что после того, как мусульмане во главе с пророком Мухаммедом заняли Мекку, пророк стал активно устанавливать в единого Бога, как абсолютно неописуемой и невыразимой Реальности. А это значит – уничтожение идолов прежних богов и богинь. Так, войдя на территорию Каабы, Мухаммед, читая аят «Явилась истина, и сгинула ложь. Воистину, ложь обречена на погибель» (аль-Исра 17/81), уничтожил 360 идолов, прежде установленных курайшитами в Каабе. После этого мусульмане разрушили и другие идолы, которые находились вне Каабы, среди которых был идол богини Маната…
Таким образом, апофатическая, идолоборческая традиция, которой следовали религиозные деятели и авангардные, радикальные художники, восходит к самым ранним временам истории человечества, как набор “когнитивных инструментов” для устранения помех и шумов в сознании/мышлении и обретения “ясности в истине”.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir