Cari ilin 19-23 mart tarixlərində Madinat Jumeirah-da hər il keçirilən Dubayın müasir və çağdaş incəsənət yarmarkasında dünyanın müxtəlif yerlərini təmsil edən 500-dən çox rəssam və 100-ə yaxın qalereyaya yer verilib. Bu tədbir həm ticarət mərkəzi, həm də yeni sənətkarlar, eksperimental sahələr və müxtəlif vizual dillərlə tanışlıq meydançası rolunu oynayır. Yarmarkanın əsas zallarına əlavə olaraq, Art Dubai-ə bu il ərəbcə “keçid” mənasını verən “Bawwaba” adlı kapsul kolleksiyası daxil edilmişdir. Burada xüsusi ilə bu tədbir üçün hazırlanmış fərdi layihələrdən ibarət Latın və Cənubi Amerikanı, Afrikanı və Yaxın Şərqi təmsil edən 10 qalereya nümayiş edilmişdi. Yarmarkada həmçinin, BƏƏ-nin rezidenturasında 4-8 həftə iştirak edən Latın Amerikalı rəssamların yaratdığı yeni incəsənət əsərlərinə həsr edilmiş Rezidentlər bölməsi mövcud idi. Yarmarka daxilində yaradılmış məkanın bir hissəsində “Bait 15” adlı performativ və vizual incəsənətlə məşğul olan gənc rəssamların incəsənət kollektivi öz tədbirlər proqramı, instalyasiyaları və kollektiv layihələri sayəsində Campus Art Dubai proqramı çərçivəsində ortaya Əmirlik identikliyi, gənclər mədəniyyəti və nostalgiya ilə bağlı uğurlu iş qoymuşdular. Tədbirin “Modern” bölümündə isə Avropa, Cənubi Asiya və Yaxın Şərq rəssamlarının muzey keyfiyyətinə malik kolleksiyları ilə birgə incəsənət, urbanizm və Qlobal Cənubdakı müasirlik haqqında mövzulara toxunan “Modern İncəsənət” adlı simpozium təqdim edilmişdi. Lakin, tədbir ilk növbədə bütün görkəmi ilə müasir incəsənətə həsr edilmişdi.
Art Dubai, öz bölgədaxili kolleksiya bazasını genişləndirdikcə, Yaxın Şərq, Avropa və Asiya ilə birgə, son vaxtlar Afrikanın, Cənubi və Şimali Amerikanın bir çox qalereyasını özünə cəlb edir. Dubayın “Slavyanlar və tatarlar” kollektivini və Rəna Bequmu təmsil edən “Üçüncü xətt”, həmçinin Həsən Şərifi və Məhəmməd Kazemi təmsil edən İzabel van den Ende kimi qalereyaları müasir incəsənətin dinamik kolleksiyasını, o cümlədən müxtəlif skulpturları, instalyasiyaları, videoartı, qarışıq incəsənət sahələrini və rəsm əsərlərini nümayiş etdirirlər. Sürətlə böyüyən Səudiyyə incəsənətinin, krallıq daxilində genişlənən təşkilati dəstək nəticəsində səmərənin əldə edilmiş nəticəsində, Səudiyyə Ərəbistanının qalereyaları tədbir çərçivəsində öz populyarlığını qoruyub-saxlaya bilmişdir. Ciddənin Athr və Hafez qalereyalarının müasir incəsənət kolleksiyaları, parlayan incəsənət ulduzlarını işıqlandırmağa davam etməklə birgə, öz sıralarına Raşed Al-Şaşainin tapılan əşyalardan ibarət instalyasiyalarını və Əli Çabanın kağızdan təyyarə formasında düzəldilən xalçasını daxil ediblər. Gürcü rəssamlar burada 2 qalereyanı təmsil edir – İrakli Buqianinin əl işlərini nümayiş etdirən ArtBeat layihəsi, həçminin Tato Axalkaçişvilinin və Luka Lazarın əsərlərini nümayiş etdirən Avto Mesxi və ERTİ qalereyası. Nursultan şəhərinin (Qazaxstan) “Aspan” qalereyası isə multimedia rəssamı Səid Atabekovun, bundan əlavə Yelena və Viktor Vorobyovlar art-duetinin parlaq əl işlərini nümayiş etdirmişdir. Azərbaycanı isə bu il iki fərqli qalereya – Bakı və Londona yerləşən Gazelli Art House və İstanbulda yerləşən SANATORİUM təmsil edir. Gazelli Art House Fərhad Fərzəliyevin yeni qravürlərini, həmçinin Orxan Hüseynovun pleksiqlasdan hazırladığı keçmiş və yeni əl işləri seriyalarını nümayiş etdirir. SANATORIUM-un stendində isə Fərid Rəsulovun iki fotoinstalyasiyasını görmək olar.
Qeyd etmək lazımdır ki, Art Dubai-nin proqramına OPAVIVARA adlı braziliyalı kollektivin interaktiv performativ layihə axşamı daxil edilmişdir. Bu layihə, Art Dubai After Dark DJ gecə sessiyalarının da baş tutduğu Fort Island-da keçirilmişdir. Latın və Cənubi Amerkianın afrosentrik bitlərindən ilhamlanan musiqi proqramında Londonlu Zakia Syüell və Aleksander Nat, Nyu-Yorklu Marko Veybel – Darker Than Wax, həmçinin yerli Dubaylı DJ-lər və Dubayda yerləşən isveçrəli Satwa 3000 incəsənət kollektivi çıxış edib.
Cari ilin 18 Mart tarixindən başlayaraq Dubayın yerli qalereyaları Dubayın Beynəxalq Maliyyə Mərkəzində və Alserkal prospektinin qalereya rayonlarında yeni sərgilər və proqramlar seriyalarını nümayiş etdirməklə həmçinin İncəsənət Həftəsində (Art Dubai mövsümü bu cür adlanır) iştirak ediblər. Alserkal prospekti üçün yaz proqramının açılışı zamanı OMA (Rem Kolxaus) tərəfindən dizayn edilən Concrete (Beton) adlı çoxməqsədli incəsənət məkanında Samdani İncəsənət Fondunun Cənub-Şərqi Asiyadakı ictimai və siyasi problemlərə həsr olunmuş Fabric(ated) Fractures adlı sərgisi keçirilir. Bu sərgiyə həmçinin martın 18-də rəssam Ritu Sattarın təqdim etdiyi “Harano Sur” (İtirilmiş nəğmə) performansı daxil edilmişdir. Burada, Banqladeşdəki ictimai qeyri-sabitliyi əks etdirən ahəngsiz tərzdə orqanda ifa edən musiqiçilərdən ibarət canlı instalyasiya nümayiş etdirilir. Yeri gəlmişkən, martın 18-də Cənub-Şərqi Asiyanın İşara İncəsənət Fondu Alserkal prospektində özünə yeni məkan açaraq orada, 2018-ci ildə Bakıda Yarat Müasir İncəsənət Məkanında fərdi sərgi ilə çıxış etmiş, rəssamlar Zarina və Şilpa Quptanın geniş sərgisini keçirir. Ümumi olaraq, Dubayın İncəsənət Həftəsindəki sərgilərin məqsədi coğrafi, ideoloji, mədəni və ictimai sərhədlərə baxmayaraq insanlar arasında əlaqə yaratmaq və dəstəkləməkdir. Bu da öz növbəsində, Avropanın və Şimali Amerikanın hüdudları xaricində yerləşən, nüfuzunu parlaq incəsənət və bu sahədə təqaüdlə bağlı yeni platformalar irəli sürməklə qazanan incəsənət yarmarkası üçün münasib şüardır.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.