Bakı bölgənin incəsənət mərkəzinə çevrilmək iddiasındadır

 Bakı bölgənin incəsənət mərkəzinə çevrilmək iddiasındadır

Bir zamanlar Azərbaycanın paytaxtı Bakı şəhəri öz kosmopolitizmi, həmçinin müxtəlif incəsənət və mədəniyyət inciləri ilə məşhur idi. SSRİ-nin dağılması müvəqqəti olaraq prioritetləri Azərbaycanın artan iqtisadiyyatının bərpa edilməsinə yönəltdiyi üçün, dövlətdən müasir, eksperimental incəsənətə dəstək verməsini gözləmək əbəs idi. Bundan əlavə, Bakıda hələ də davam edən daşınılmaz əmlak bumu gənc rəssamları əlçatan art-studiyaları tərk etməyə məcbur etdi. Əlbəttə ki, bu vəziyyət unikal deyil və San-Fransiskodan tutmuş Sinqapuradək bir çox rəssam analoji təzyiqə məruz qalır, lakin Azərbaycan höküməti gənc və istedadlı insanları dəstəkləməyə söz verib.

İstifadə olunmamış, yaradıcı potensialı olduğunu başa düşən Azərbaycan özünəməxsus mədəni oyanış yaşayır, çünki onun incəsənəti və musiqisi genişlənməyə və müasirləşməyə başlayır.  Bu birbaşa yüksək fərqindəliyin və dövlətin dayanmadan artan turistlər üçün təşkil edilən qalereyalara, art-studiyalar və incəsənətə əsaslanan suvenir dükanlarına yatırdığı investisiyaların nəticəsidir.

Bu dəyişikliklər ölkədəki yaradıcı istehsala yeni baxış tələb edir. Bu yeni məkanda səmtinizi itirməmək üçün sizə Bakının ən novator, əsas, incəsənətin və dizaynın anderqraund yaradıcılıq məntəqələrini vurğulayan bələdçi hazırlamışıq.

Qonaqlar artıq Bakıdakı Heydər Əliyev Hava Limanına düşər-düşməz valehedici incəsənət və memarlıq əsərləri ilə tanış olmaq imkanı əldə edirlər. Yeni beynəlxalq terminalın interyerində səyahətçiləri “barama” kimi təsvir edilən nəhəng taxta asqılar salamlayır. Bu dəbli, eyni zamanda müasir və ənənəvi interyerdə kafe, barlar və ticarət köşkləri mövcuddur.

Şəhərdə maşınla gəzərkən memar Zaha Hədid tərəfindən yaradılan möhtəşəm Heydər Əliyev mərkəzini gözdən qaçırmaq demək olar ki, mümkün deyil. Bu valehedici struktur öz fərqli arxitekturası və iti bucaqsız axıcı kəc tərzi ilə məşhurdur. Həm xaricdən, həm də daxildən inanılmaz dərəcədə fotogenik olan bu mərkəz fotoqraflar üçün cənnətdir. Bir sıra hərəkətli sərgilər geniş pilləkənlərlə yuxarı və aşağı gəzişib binanın interyerinə tamaşa edən ziyarətçiləri yerli və beynəlxalq incəsənətə qərq olmağa imkan yaradır.

Şəhərin digər memarlıq incisi “Alov qüllələri”dir. Başqa hündür tikililərin arasında gözəçarpan 3 parlayan qüllə ölkədəki qədim Zərdüştlük inanclarından ilhamlanıb, Azərbaycanın keçmiş tarixinin və gələcək gücünün rəmzidir. Bu kompleksdə yerləşən Fairmont Baku mehmanxanası ziyarətçilərə müasir memarlığın, gözqamaşdırıcı şəhər mənzərələrinin və dəbdəbəli rahatlığın imtizacını təqdim edir.

Faiq Əhməd 2007-ci ildə Venesiya Bienalında iştirak edib

Fairmont-un muzey miqyaslı kolleksiyasına yerli və əcnəbi rəssamların heykəlləri və rəsmləri daxildir. Kolleksiya binanın eleqant interyerini tamamlayıb zənginləşdirərək, əcnəbi qonaqlara və ziyarətçilərə dolğun və cəlbedici təcrübə yaşamaq imkanı verir. Burada diqqətimi cəlb edən əsər Faiq Əhmədin yaratdığı “Təmkinlik” adlı xalça oldu. Bu əsər xalça kimi başlayır, lakin getdikcə strukturunu itirərək mavi fonda əriyir. Müasir incəsənət dünyasının azərbaycanlı yüksələn ulduzu F.Əhməd ənənəvi Azərbaycan xalçalarının naxışlarının vizual keyfiyyətini araşdırır. Onun mücərrəd əsərləri ənənəvi materiallar və texnologiya baxımından xalçaların istehsal edildiyi bölgələrlə bağ qurur, lakin zamanın da təsir edə bilmədiyi gözəlliyi ilə məşhur olan Azərbaycan xalçalarına yeni yanaşma təklif edir.

Ümumiyyətlə şəhər qonaqların gözlərini tarixlə, həmçinin dini müxtəlifliklə dolu olan mədəniyyət ilə oxşayır. Bakının rəsm və musiqi araşdırmasını aparmazdan öncə İçərişəhəri gəzdik. Bu XII əsrdə ucaldılmış müdafiə divarları ilə əhatələnmiş dar küçə və döngələrin dolanbacıdır. UNESCO tərəfindən Ümumdünya İrsi kimi təsnif olunan şəhər qədim ənənəvi məscidlərlə, kübar tacir iqamətgahları və qeyri-adi rəsm qalereyalarının və incəsənət dükanlarının yerləşdiyi valehedici əyribulamac küçələrlə doludur.

Sovet dövründəki incəsənət və musiqi ilə dövrümüzün müasir səhnəsi arasında körpü salmaq istəyən musiqiçilərlə görüşmək üçün mən Bakıdakı məşhur Asəf Zeynallı adına Musiqi Kollecinə gəldim. Tar sənətinin danılmaz mütəxəssisi olan Nazim Kazımovun rəhbərlik etdiyi kollec ənənəvi Azərbaycan musiqisini vurğulayır. Buradan, dünya miqyasında məşhur muğam ifaçısı olan və New York Times jurnalına görə “Ən möhtəşəm ifaçılardan biri” sayılan Alim Qasımov kimi, çox sayda istedadlı sənətkar məzun olub. Qonaqlar hazırki tələbələrin ifalarına şəhərin müxtəlif nöqtələrində keçirilən fərqli-fərqli festival, ziyafətlər və musiqi tədbirlərində qulaq asa bilərlər. Piano və skripkadan tutmuş, tar, kamança və dəf kimi klassik və ənənəvi musiqi alətlərində mütəxəssisləşmiş bu gənclər yerli Niyazi və Üzeyir Hacıbəyli ilə birgə, Astor Pyaçolla, Şarl-Kamil Sen-Sans, Çaykovski və digər əcnəbi bəstəkarların əsərlərini ustalıqla ifa edirlər.

Hal-hazırda isə YARAT-dayam – yerli və əcnəbi rəssamlar üçün studiyalardan və yaşayış məkanlarından ibarət tikilidəyəm. Burada mən gələcəyin hüdudlarını silkələyən və çoxlu sayda rəsm təcrübəsi aparan, eyni anda fərdi və birgə layihələrdə iştirak edən gənc rəssamlara rast gəldim. Qapılardan birini döydükdən sonra mən 2015-ci ildən bu yana musiqi və incəsənət layihələrində birgə çalışan Əli Həsənovun və Fərhad Fərzəliyevin “Naschkatze” dueti ilə tanış oldum. Onlar Azərbaycan və bütün dünya üzrə elektron və eksperimental musiqi festivallarında iştirak edib və bu yaxınlarda öz elektron musiqi leybllərini – Azərbaycanda ilk yeni vinil yazı leyblını ortaya qoyublar.

Azərbaycan neo-folklorunu araşdıran və onu müasir incəsənət kontekstində ifadə edən Fərzəliyevin dediyinə görə bu bütün Qafqazı əhatə edən, milli musiqi istehsalını dəstəkləyəcək və Azərbaycan milli irsini təşviq edəcək bir leybldır. Fərzəliyev üçün də bu bir növ yeni layihədir.

Lakin incəsənət sahəsindəki şəriki Əli Həsənov üçün bu belə deyil. Rəssam, musiqiçi və kino rejissoru Ə.Həsənov ötən onilliklər ərzində saysız-hesabsız unikal incəsənət layihələrinin üzərində çalışıb və hal-hazırda da vizual və ifaçılıq incəsənətindən tutmuş video və audioinstalyasiya kimi müxtəlif janrlarda fəaldır.

Bu duet mənimlə ölkədə müasir incəsənət və musiqinin inkişafı ilə bağlı fikirləri ilə bölüşdü:

“Sovet çökəndən və onunla bağlı məhdudiyyətlərin aradan qalxmasından sonra anderqraund 90-cı illərdə güclənməkdə idi. Lakin 2000-ci illərin əvvələrində iqtisadiyyat sürətlə inkişaf etməyə başladıqda rəssam və musiqiçilər reklam dalınca qaçmağa başladılar. Lakin iqtisadi krizisdən və 2015-ci ildə yerli valyutanın devalvasiyasından sonra icarə ucuzlaşdı. Bununla da həm gənc, həm də oturuşmuş rəssamlar üçün bir çox məkan əlçatan oldu. Bu isə müasir incəsənətin və musiqinin güclənməsinə təkan verdi”.

Orxan Hüseynov

Vaxtım bitdiyindən mən başqa studiyaya keçdim və burada posterə bənzər monoxromatik pleksiqlasdan olan layihələrinin birinin üzərində işləyən YARAT-ın digər rezidenti olan Orxan Hüseynovla qarşılaşdım. Keramik dizayn üzrə mütəxəssis olan O.Hüseynov diqqətini Azərbaycanın milli ənənələrinə və tarixinə, həmçinin gündəlik həyat oyunlarda cəmləşdirən instalyasiya, rəsm və videolar üzərində işləyir.

O, Dubayda, Şərqi və Qərbi Avropada keçirilən sərgilərdə, həmçinin 2013-2014-cü illərdə Venesiyada müasir incəsənət biennalında iştirak edib. Orxan deyir ki, onun fəaliyyəti incəsənətdə “ictimai rəyin formalaşmasına” yardım edir, və o artan ictimai marağı görür.

Fərid Rəsulov

YARAT-ın digər təsisçiləri olan Aidə Mahmudova və Fərid Rəsulov ilə birgə O.Hüseynov eyni dərəcədə yerli və əcnəbi ziyarətçilər üçün cəlbedici olan Azərbaycan mədəniyyətinindən bəhs edən müasir toxunuşlu keramika,  tekstil və aksessuar istehsalı ilə məşğul olan “Çələbi” brendinə start veriblər.

Rəssamlarla apardığım müzakirələrdən ilhamlanaraq YARAT haqda daha çox öyrənmək istədim. Bu məkanın baş kuratoru olan Suad Qarayeva-Maleki məni YARAT-ın incəsənət mərkəzinin – təşkilatın əsas sərgi məkanına çevrilən Sovet dövrünün hərbi-dəniz binası ətrafında gəzdirdi, təşkilatın missiyaları və layihələri haqda danışdı:

YARAT 2011-ci ildə, bir qrup bakılı rəssamın ətrafda gənclərin müasir incəsənət əsərlərinə tamaşa edəcəyi bir yer olmadığını başa düşəndən sonra yarandı. Onlar yarıdağılmış binalarda və fabriklərdə sərgilər keçirir, həftənin hər cümə günü şəhərin müxtəlif nöqtələrində reallaşan ictimai incəsənət festivalına start verirlər. Burada hər istedadlı insan yeni əsərini təqdim edilir və ya spektakl canlandırılırdı. Bu layihələr olduqca populyar oldu. Sanki şəhərin özü ilə birgə gənc və daha böyük nəsillər də dəyişikliyə hazır idi.

Sonra isə Bakı Şəhər İcra Hakimiyyəti Dənizkənarı bulvarın sənayə hissəsini, oranı mədəni promenada çevirmək məqsədi ilə inkişaf etdirməyə başladı və gəmiqayırma binasından imtina etdi. Beləliklə, YARAT Müasir incəsənət məkanı və qeyri-kommersial mərkəzi özünə sığınacaq əldə etdi. Məhz o dönəmdə Qarayeva-Maleki Londondan bura sərgiləri kurasiya etmək və təşkilat üçün işləməyə gəldi.

Hər şey sürətlə dəyişdi. Mərkəz fəaliyyətə başlayan kimi daha mütəşəkkil, proqramlaşdırılmış və institusional oldu”, – deyə Suad xanım qeyd edir.

Rəssamları qəbul edərkən və sərgiləri birləşdirərkən YARAT adətən həm yerli, həm də beynəlxalq və bölgəni təmsil edən rəssamları seçir. Buna baxmayaraq, hər şey nəticədə hansısa obrazla bağlı olur. Məsələn, cari sərgilərdəki Mikelancelo Pistolettonun “DO IT” və Aidə Mahmudovanın “Olmazın perspektivlər” adlı solo əsərləri bütöv əsəri təşkil edən material hissələr ilə bağlıdır.

YARAT-ın təşkil etdiyi “İş, asudə vaxt və arzular: 1960-1980-ci illər azərbaycanlı rəssamların gözləri ilə” adlı sərgi XX-XXI əsr Azərbaycan Rəsm muzeyində azərbaycanlı müasir rəssamların əsərlərini nümayiş etdirir.  Bu sərgi Azərbaycan Sovet incəsənətinin yönünü təyin etmiş 20-ci əsrin aparıcı azərbaycanlı rəssamların işlərini birləşdirir. 60-cı illərdə başlayan siyasi azadlıq cücərtiləri bərqərar olduqda onlar sosialistik realizmdən uzaqlaşaraq özünəməxsus tərzlər yaradırlar. Çoxları rəngarəng palitranı və daha vurğulu xəttləri qəbul edərək folklor elementləri və başqa şeylərlə təcrübə aparmağa başladılar. Təsvir olunduğundan asılı olmayaraq bu əsərlər keçmiş Sovet Azərbaycanının reallıqları, həmçinin rəssamları ruhlandıran ideya və arzularla bağlıdır.

Bu fərqli rəssamları və onların yaradıcılığını birləşdirən ümumi mövzular, “yeni” Azərbaycanda yeni müasir incəsənətin və musiqinin formalaşmasında mühüm və unikal rol oynayır. Gələcəklə təcrübə apararaq keçmişlə məşğul olan bakılı rəssamlar öz yurdları və bütün dünya üçün yeni yaradıcılıq irsini ortaya qoyurlar.


Mətn orijinal məqalədən tərcümə edilib.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir