Delfinlər və insanlar, yaxud gözəllik sirrinin axtarışına necə çıxdığım haqqında

Nə vaxtsa güzgünün qarşısında özünə heyranlıqla tamaşa edən delfini görmüsüz? Təbii ki, sizin hamam otağınızda deyil, internetdə. Güzgüdə özünə diqqətlə baxan, qarnındakı ləkəni izləyən, dolanan və sevinclə özünü göstərən delfin balası – bu, həqiqətən çox xoş mənzərədir. Bu cür eksperiment zamanı növbəti dəfə yüksək intellektini sübut etməklə yanaşı (eksperimentdə iştirak edən biryaşlı uşaqlardan kiçik olan delfin balası onlardan daha yüksək nəticələr göstərmişdir: bir yaşına çatmamış uşaqlar güzgüdə öz əksini tanımırlar), delfinlər mənim fikrimi bəzi maraqlı assosiasiyalara yönəltdilər. Axı güzgünün qarşısında fırlanaraq və şən exolokasiya siqnalları ötürərək, onlar, sanki gələcəkdə gözəl dişinin qarşısında nümayiş etdirəcəyi cütləşmə rəqsini məşq edirlər. Bir də “maço delfinlər” öz sevgililərinə hədiyyələr bağışlayırlar – dənizin dibindən nə desən yığırlar – istər dəniz ulduzlarını, istər süngərləri, istərsə də yosunları, axı hədiyyənin özü deyil, daha çox diqqət göstərmək vacibdir. Və birdən mənim ağlıma gəldi: insan tərəfindən həyata keçirilən arası kəsilməyən kosmetoloji və cərrahi manipulyasiyaların sirri bax burdadır! Bu, sadəcə uzadılmış cütləşmə oyunudur və bu oyuna peşəkar səviyyədə çox sayda istehsalatlar və hətta tibb cəlb olunub. Bizim dünyamızda artıq uzun zamandır ki, istilaçılar və qənimətlər yerlərini dəyişiblər: bəzən qənimət əldə edilmək naminə çox güc sərf etməli və digər qənimətlə qızğın döyüşə çıxmalı olur.  Yəni, ovçular xeyli tənbəlləşib və qurbanlar nəinki artıqlaması ilə bəzənməli olurlar, hətta əldən düşmüş yırtıcı ətrafında fırlanaraq, onu aktiv hərəkətlərə sövq edirlər. Şəxsi yuvası və azacıq fiziki göstəriciləri olan layiqli yırtıcı ətrafında bəzən “Borodino döyüşü”nü arxada qoya biləcək əsl qanlı çaxnaşmalar baş verir.

 

Bu gün Azərbaycanda cərrahiyyə və gözəllik kosmetologiyası rekord miqyaslara çatıb. Bir anlıq düşünün, bizim analarımız, ən çox da nənələrimiz öz zahiri görünüşündə heç bir şey dəyişmədən, təbiətin onlara verdikləri ilə yaşayırdılar. Onların ağlına gəlməzdi ki, almacıqların kontur plastikası və yanaqlarda piy toxumalarının liposaksiyası onların üzlərinə misli görünməmiş seksuallıq əlavə edəcək, dodaqların hilauron turşusu ilə yaxşı bişmiş düşbərələr səviyyəsində şişirdilməsi isə onları ehtiraslı və cəlbedici edəcəkdir. Sosial şəbəkələr və zorla qəbul etdirilmiş stereotiplərin qaçılmaz təsirində olan nəsil olaraq, biz psevdogözəllik standartları uğrunda gedən müharibənin ilk qurbanlarıyıq. Instagramdakı ideal gözəlçə obrazları ilə bihuş olunmuş kişilər artıq təbii görünüşlü xanımlara fikir vermirlər və həmin xanımlar da özlərini parlaq jurnal şəkillərindəki saxta ideallara yaxınlaşdırmağa və vahid görünüşə salmağa başlamışlar. Gülməlisi odur ki, həmin parlaq şəkillər bolluca fotoşopla (Photoshop) işləniblər və əslində həmin lökdodaq sirenaların burnunda sızanaq, yanlarında isə sellülit var. Ancaq orta statistik Azərbaycan kişisi Los Ancelesdən olan meqa-super-inflüenseri heç vaxt yüngül ev paltarında və makiyajsız görməyəcək və məhz bu səbəbdən göyərənə qədər şəkillərə baxaraq “meditasiya” edəcək. Və nəticədə nə qazanırıq? Sadəcə ətrafa baxın, nə görürsüz? Silikonlu yanı və sinəsi, hialuron turşusu ilə doldurulmuş yanaq və çənələri, yuxarı dartılmış bir qarış burnu və şişirdilmiş dodaqları, çini çanaq rəngində təbəssümü, nüvə partlayışının belə tərpədə bilməyəcəyi alnı (sağ olsun botoks!), rəngi mövsümi trenddən asılı olaraq dəyişən qaynaq edilmiş ideal düz saçları, yelpiyə bənzər kirpikləri, mülayimlik dövründən sonra “Brejnevin qaşları”, vəhşi pişiyə bənzərliyin şübhə doğurmadığı qaynaq dırnaqlar və boş şüşə gözləri (çünki öz üzərində aparılan bu qədər işdən başqa heç bir şeyə vaxt qalmır) olan qaralmış, qamətli ahular. Bu gün cərrah bıçağı altına uzanmaq qərarı çox asan, rəfiqələrlə əyləncə masasında oturarkən verilir. Daha çox psixoloji, nəinki fiziki səbəblərdən rinoplastikadan keçmiş insan kimi, mən başa düşmürəm ki, bu əməliyyata təkrar, hətta üçüncü və iyirmi beşinci dəfə neçə cəsarət etmək olar? Mən şəxsən burun formasını və sinə ölçüsünü 3 dəfə dəyişən insanları tanıyıram.

 

Plastik cərrahlardan və kosmetoloqlardan ən populyar prosedura və əməliyyatların statistikası ilə maraqlanmışam. Cərrahların öz hit-paradı var: birinci yerdə, əlbəttə, hamı tərəfindən sevilən rinoplastikadır – burun baxımından təbiət bizi mükafatlandırmayıb, hər iki cinsin nümayəndələrinin əksəriyyətinə “Böyük Qafqaz silsiləsinə bənzər” bolluca donqarlıq verib və bu da, təbii ki, gözəllik vəd edən Hippokrat davamçılarının işinə gəlir. İkinci yerdə mammoplastika – silikon implantlarla sinənin böyüdülməsi qərarlaşıb. Burada üçüncü ölçü heç kimə öz yerini verməyə tələsmir və kişilərin sifarişi açıq-aşkar sezilir. Üçüncü yeri iftixarla yumşaq toxumalarda həyata keçirilən əməliyyatlar (blefaroplastika və abdominoplastika) və liposaksiya tutur. Yeri gəlmişkən, araşdırma zamanı hit-paradın gizli liderini aşkarladım – intim plastikası, həm də nəzərə almaq lazımdır ki, bu əməliyyat,  adətən, tibbi göstərişlərə görə deyil, daha çox estetik düşüncələrlə həyata keçirilir (cütləşmə oyunları inanılmaz şəkil alıb və rəqabət qabiliyyətini qorumaq real qurbanlar tələb edir).

 

Kosmetoloqlara gəldikdə isə, burada vəziyyət fərqlidir. Hit-paradın əsasını dərinin cavanlığının qorunmasına və hamı tərəfindən sevilən xarici görünüşün modifikasiyasına yönəlmiş qulluq proseduraları təşkil edir. Artıq uzun illərdir ki, ikinci kateqoriyanın lideri bəzən absurd dərəcəyə çatan dodaqların şişirdilməsi, digər boşluqların hialuron turşusu ilə doldurulması manipulyasiyaları, almacıq xəttinin dəyişdirilməsi,  burun donqarlığının hamarlanması, kirpik qaynağı və qaşların müxtəlif üsullarla korreksiyasıdır.

 

Cütləşmə oyunları stomatologiyadan da yan keçməyib – qeyri-təbii bəyazlıqda vinirlərin qoyulması tədricən bazarın yeni trendinə çevrilir.

 

Hərdənbir kafedə oturarkən, mənim nəzərim qeyri-ixtiyari olaraq ətirsaçan gözəl qızlar dəstəsinə sataşır və bu vaxt öz-özümə təbəssümlə düşünürəm – əgər onlara eyni libası geyindirsən, ilk baxışdan kimin Aylin, kimin isə Aydan olduğunu seçmək çətin olacaq. Hətta özləri belə güzgüdə kimin kim olduğunu ilk baxışdan anlamaqda çətinlik çəkəcəklər.

 

Əslində isə, gözəllik sirri bəsitdir və dünya yaranandan dəyişmir: iç görünüşü gözəldirsə, zahiri  görünüş də gözəldir. Manipulyasiyalara hər zaman daxili səsinizdən başlamaq daha yaxşıdır. Fərdiyyətdən və başgicəlləndirici sevimli xırda qüsurlardan gözəl heç nə ola bilməz! Özünüzü sevin və zahiri görünüşünüz daxili tarazlığınızı tamamlayacaq. Və delfinləri unutmayın, onlar əsrarəngizdirlər və biz fikrimizi mənasız şeylərə ayırdığımız zaman onlar mütləq dünyanı zəbt edəcəklər.

Вы когда-нибудь видели дельфина, красующегося перед зеркалом? Ну, не в смысле, в вашей собственной ванной комнате, а в интернете. Менее интригующе, но очень мило – дельфиненок внимательно разглядывает себя в зеркале, приглядывается к пятнышку на брюшке, вертится и радостно демонстрирует себя. Помимо того факта, что в ходе подобного эксперимента дельфины в очередной раз подтвердили свой высокий интеллект (дельфиненок, участвовавший в эксперименте был моложе годовалых детей, участвовавших в подобном опыте, и показал гораздо более высокие результаты: дети до года себя в отражении не узнают), они еще и навели меня на некоторые забавные ассоциации. Ведь вертясь перед зеркалом и издавая свои радостные эхолокационные сигналы, он фактически репетирует брачный танец, который в будущем ему предстоит продемонстрировать перед симпатичной гладенькой самочкой. То же самое, кстати, делают и “невесты”: извиваются и игриво щелкают перед зеркалом. А еще дельфиньи мачо дарят своим пассиям подарки – собирают со дна морского всякую всячину, куски морских звезд, губок или водоросли, мотивируя это тем, что важен не подарок, а внимание. И тут меня осенило: вот ведь где кроется секрет постоянных косметологических и хирургических манипуляций, которые человеческие самцы и самки с собой производят! Все это всего лишь затянувшаяся брачная игра, в которую на профессиональном уже уровне вовлечены множество индустрий и даже медицина. В нашем человеческом мире давно уже перепутались местами завоеватели и трофеи: порой трофею приходится очень сильно напрягаться и вступать в дикую схватку с другими трофеями для того, чтобы быть наконец-то завоеванным! Грубо говоря, охотники сильно обленились и добыче мало того, что становится необходимым наносить боевой раскрас, так еще и приходится крутиться вокруг вялого предатора, всячески его провоцируя на активные действия. Вокруг достойного хищника с собственной норой и мало-мальски достойными физическими данными, порой разворачиваются настоящие баталии похлеще Бородинского сражения и ведутся они на вполне себе кровавом фронте.

 

Хирургия и косметология красоты сегодня достигла в Азербайджане абсолютно рекордных масштабов. Задумайтесь на мгновение, наши матери, а тем более бабушки, ничего в себе не меняли, они жили с теми данными, с которыми их задумала матушка-природа. Да им и в голову бы не пришло, что очерчивание линии скул и удаление комков Биша придаст их лицу невиданную прежде сексуальность, а накачивание губ гиалуроновой кислотой до состояния хорошо отваренных дющпяряшек, сделает их чувственными и притягательными! Мы, поколение социальных сетей и неминуемого влияния навязываемых ими стереотипов, стали первыми жертвами, павшими в войне за единые стандарты псевдокрасоты. Мужчины, одурманенные образами идеальных красоток с просторов Инстаграма, перестали реагировать на натурпродукт и натурпродукт бросился себя унифицировать, подгоняя под ложные идеалы глянцевых картинок. Причем, смех в том, что глянцевая картинка щедро сдобрена фильтрами и прочими цифровыми изощрениями, а на деле у губастых сирен имеется и прыщ на носу и целлюлит на попе. Но среднестатистический азербайджанский мужичок никогда не увидит мега-супер-инфлюэнсера из Лос-Анджелеса в неглиже и без макияжа наяву, а поэтому и будет медитировать на картинки из интернета до посинения. И что мы получаем в сухом остатке? Все просто: оглянитесь вокруг, что вы видите? Загорелые, стройные газели с силиконом в пятой точке и груди, с гиалуроной кислотой в налитых словно райские яблочки щеках и подбородках, с вздернутыми надменно крохотными носиками и надутыми губами, с улыбками в оттенках фарфоровой раковины, со лбами, что не колыхнет даже волна после ядерного взрыва (спасибо, ботокс!), с нарощенными идеально-прямыми волосами, цвет которых будет варьироваться в зависимости от трендов сезона, с ресницами-опахалами и бровями, как у Брежнева после оттепели, с нарощенными ногтями, чтоб сравнение с дикой кошечкой было еще очевиднее, и пустыми стеклянными глазами, потому что вся эта работа над собой отнимает столько времени, что ни на что другое в целом его не остается. Сегодня решение лечь под нож хирурга стало приниматься легко и просто во время посиделки с подружками. Как человек, который прошел через ринопластику скорее по причинам психологическим, нежели физическим, я не понимаю, как можно решиться на это повторно, а то и в третий и в двадцать пятый раз. Я знакома с людьми, которые меняли форму носа и размер груди трижды!

 

 

Я тут поспрашивала пластических хирургов и косметологов о том, какова их личная статистика самых популярных процедур и операций. У хирургов свой хитпарад: на первом месте, конечно же, всеми любимая ринопластика – носами нас природа не обделила, щедро раздала большинству представителей обоего пола горбинки, подобные хребтам Большого Кавказа, что, естественно, на руку сердобольным Гиппократам от мира красоты. На втором месте маммопластика, увеличение груди силиконовыми имплантатами, причем лидирует твердая троечка – тут уже ярко прослеживаются вкусы заказчиков мужского пола. Третье место гордо поделили операции на мягких тканях (блефаропластика и абдоминопластика) и липосакция жира. Кстати, в ходе своего расследования я обнаружила и скрытого лидера хитпарада – это интимная пластика, причем производится она, в большинстве случаев, не по медицинским показаниям, а по эстетическим – брачные игры набирают немыслимые обороты и конкурентоспособность требует реальных жертв.

 

У косметологов ситуация иная – хитпарад строится на уходовых процедурах, направленных на сохранение и поддержание молодости кожи, и наших любимых вмешательствах, направленных на модификацию внешнего вида. Лидерами второй категории уже много лет являются манипуляции по увеличению губ, порой доходящие до абсурда, а также заполнение гиалуроновой кислотой всех прочих полостей, изменение линии скул, сглаживание горбинки носа, наращивание ресниц и различные способы коррекции бровей.

 

Не обошли брачные игры стороной и стоматологов – процедура установки виниров в неестественно белых оттенках постепенно становится хитом продаж.

 

Иногда, сидя в кафе, я невольно впиваюсь взглядом в компанию каких-нибудь благоухающих красоток и с улыбкой понимаю, что если их всех нарядить в одно и то же платье и перетасовать, то вряд ли удастся с первого раза разобраться, кто из них Айлин, а кто Айдан. Да и сами, взглянув в зеркало, они поначалу слегка замешкаются, пока не догадаются рассчитаться на первый-второй.

 

А на деле, секрет красоты прост и не меняется со дня сотворения мира: что красиво внутри, красиво и снаружи. И манипуляции всегда лучше начинать оттуда, откуда исходит ваш внутренний голос. Нет ничего прекраснее индивидуальности и славных крохотных недостатков, от которых можно потерять голову. Любите себя и внешняя красота будет прекрасным дополнением ко внутреннему равновесию. И помните о дельфинах, дельфины они особенные и если мы слегка только отвлечемся на всякие глупости, они моментально захватят мир.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir