Karantin zamanı düşüncələr
İnsanın bütün fəaliyyəti xaosu nizamlamaq, təsadüfləri qaydaya salmaq, təbiətin fərqinə varmaq və qeyri-müəyyənləri aşkara çıxarmaqdan ibarətdir. Bu fəaliyyətə həm də öyrənilmə, nəzarət və ya idarəetmə vasitəsi ilə xoşbəxtliyə can atmaq da daxildir. Bütün axtarışların son mənzili xoşbəxtlikdir. İdealda xoşbəxtlik əbədi gənclik, sağlamlıq, ölümsüzlük, fövqəlqüdrət – transhumanizmdir. Reallıqda isə xoşbəxtlik bədən üçün yuxu, qida, seks, sağlamlıq, ruh üçün dostluq, sevgi, ünsiyyət, mənəviyyat üçün yaradıcılıq, intellekt üçün dərketmə və təhlildir.
Elmə əsasən, insan tanrı olmaq üçün tanrını uydurub. Ola bilsin ki, insan fikrinə, təsəvvürünə gətirdiyi hər şeyi həyata keçirə bilər. Keçmişinin əfsanəvi elementləri texnika vasitəsi ilə reallığa çevrilir. Biz əfsanədə nə isə uydurur, dində buna inanır, fəlsəfədə dərk edir və nəhayət, elmdə reallaşdırırıq.
Başqasına tələbat o qədər güclü olur ki, onun yoxluğu hallüsinasiya ilə dola bilər. Bəşər səhnəarxası olmasa da, mən bunun yoxluğuna əminəm. (Dünyəvi proseslərin aşırı mürəkkəbliyi ierarxik yox, şəbəkələşmiş idarəetmə tələb edir. Bununla yanaşı, “Okkama ülgücü” prinsipinə əsasən, həmişə ən qısa izah seçilməlidir). Hadisələrin səthiliyindən qane olmayan insan şüuru həmişə pərdəarxasındakıları aramağa meyillidir. Başqa sözlə desək, biz prinsipial bilik çatışmazlığı şəraitində gümanlara, fərziyyələrə və ehtimallara baş vururuq.
Bütün kəşflərimizi və uğursuzluqlarımızı dərinlik axtarma tendesiyamıza borcluyuq. Əslində, faktların necə olduğunundan xəbərsizik. Biz sadəcə müxtəlif təfsirlər təklif edirik. Günümüzdə isə onların izahını. (Fridrix Nitsşe)
Məsələ ondadır ki, postmodernlik məğlub olmayıb. Xalq hər şeyə inanır, fəlsəfəçilər heç nəyə inanmır, hökmdarlar isə vəziyyətdən istifadə edir.
“Bəşər pərdəarxası” ifadəsi yerinə reptiloidləri, şeytanı, yadplanetliləri, matrisanı istifadə etmək olar.
Psixoloji cəhətdən sağlam insana “istək”, relyativizm fəlsəfəsi xasdır.
Qeyri-müəyyənliyi qəbul etməyi, “həyatı həyatın mənasından daha çox sevməyi” öyrənmək lazımdır. (Fyodor Dostoyevski)
Hər bir canlı iztirablardan qaçaraq xoşbəxtliyə can atır. Adətən birinin xoşbəxtliyi, başqasının iztirabına çevrilir. Lakin sadə, “görünməz” bir virus növbəti dəfə sübut etdi ki, “ada kimi tək-tənha bir bəşər övladı yoxdur, hər bir insan individual olaraq materikin, qurunun bir hissəsidir” (Con Donn).
İttihamlarla dolu sonsuz qüsur halqasından qurtulmaq üçün ilk növbədə özümüzdən, xəbərsiziliyimizdən, şüurumuzun əzəli qaralmasından başlamalıyıq. Təkəbbür və qəzəblə yanaşı, xəbərsizlik də fəsadın – pisliyin üç kökünü təşkil edir. Hal-hazırda özünüdərketmə, affektlərin ram edilməsi, desturktiv affektasiyanı konsturktiv ekspressiyadan ayırmaq bacarığı həmişəkindən daha çox vacibdir.
“Özümü tanıyan oğlanam” ifadəsini istifadə edənlərin əksəriyyəti olmayan əhəmiyyətlərindən partlamağa hazırdırlar ki, bu da özünütanıma anlayışına ziddir. İnsan özünü araşdırmalıdır. Əlbəttə ki, zibildən başqa bir şey çətin tapasan, amma ən azından seçilmiş olmadığını dərk edəcək, “başındakı tacı” yerə qoyacaqsan. Bundan əlavə, gözünə səndən daha özündənrazı görünənlərə yaltaqlanmayacaqsan. Nəticədə, “özünü tanıyan oğlan” dərk etməlidir ki, “insan özünü tapmır, yaradır” (Tomas Sas). Bu özünüyaratma isə yalnız bədənlə – müasir azərbaycanlıların sevdiyi bodibildinqlə məhdudlaşmamalıdır. Əsl ləyaqətə nail olmaq üçün daxilimizdə də iş gömrəliyik.
Məhz bundan sonra biz allahdan, bilikdən, kişilikdən, vətənpərvərlikdən, puldan, sevgidən büt yaratmağa son qoyacağıq, çünki istənilən bütpərəstlik günahdır. Dayanmadan yaxınlaşdığımız azad insan obrazını tapmaqdan başqa..
Вся деятельность человека – это космизация хаоса, упорядочивание случайности, постижение природы, превращение неизвестного в известное. И эта деятельность – стремление к счастью посредством познания и контроля / власти. Счастье – конечная цель всех исканий. В идеале счастье – это вечная молодость, здоровье, бессмертие, всесилие (трансгуманизм). Но в реальности счастье – это для тела сон, еда, секс, здоровье; для души – дружба, любовь, общение; для духа – творчество; для интеллекта – познание, анализ.
С научной точки зрения, прогрессистской точки зрения, человек выдумал Бога, чтобы самому стать Богом. Наверное, человек способен осуществить всё, что может помыслить, представить, нафантазировать. Мифические элементы прошлого реализуются посредством техники. Мы фантазируем нечто в мифе, верим в это в религии, осмысляем в философии и, наконец, воплощаем в науке.
Потребность в другом настолько сильна, что его отсутствие может быть заполнено галлюцинациями.
Даже если мирового закулисья нет, а я почти уверен, что нет (чрезмерная сложность мировых процессов предполагает сетевой тип управления, а не иерархический; к тому же согласно принципу «бритва Оккама» надо выбирать кратчайшее объяснение), человеческому сознанию присуще стремление вечно выискивать второе дно, не довольствуясь поверхностью событий, то есть в условиях принципиальной нехватки знаний, мы заняты домыслами, гипотезами и предположениями.
Всеми своими открытиями и провалами мы обязаны тенденции искать глубину.
Каковы факты на самом деле, мы не знаем. Мы предлагаем различные интерпретации. А уже в наше время интерпретации интерпретаций (Ницше).
Постмодерн не побежден, вот в чем дело.
Народ во все верит, философы не верят ничему, а правители пользуются моментом.
Вместо мирового закулисья можно с тем же успехом поставить рептилоидов, Сатану, инопланетян, матрицу.
Для психологически здорового человека характерна философия релятивизма, «пожелания».
Надо научиться принять неопределённость, надо научиться «любить жизнь больше, чем смысл жизни» (Достоевский).
Все живое избегает страданий и стремится к счастью. Зачастую счастье одного оборачивается на деле страданием другого. Однако простейший «невидимый» вирус в очередной раз доказал, что «Нет человека, который был бы как Остров, сам по себе, каждый человек есть часть Материка, часть Суши» (Джон Донн). Чтобы разорвать порочный круг обвинений надо начать с себя, с неведения, исходной омраченности своего сознания. Вместе с гордыней и гневом неведение составляет три корня зла. Сейчас познание самого себя, усмирение своих аффектов, умение отличать деструктивную аффектацию от конструктивной экспрессии важно как никогда раньше.
Хотя большинство тех, кто пользуется выражением “Özümü tanıyan oğlanam”, готовы лопнуть от дутой важности, что никак не сочетается с самопознанием. Копаться в себе необходимо. Да, кроме дерьма мало что найдешь, но хотя бы будешь знать, что ты не избранный, снимешь корону с головы. И в качестве бонуса не будешь подмазываться к тем, кого мнишь с еще большей короной на голове. “Özünü tanıyan oğlan” в итоге должен понять, что «найти себя невозможно, себя можно только создать» (Томас Сас). И это самосозидание не должно ограничиваться одним телом – бодибилдингом – столь излюбленным современными азербайджанцами; необходимо совершать и внутреннюю работу, обретая подлинное достоинство.
И вот тогда мы перестанем творить идола из Бога, из знания, из kişilik, патриотизма, денег, любви, ибо любое идолопоклонство – грех. Кроме поклонения свободного человека, к которому мы бесконечно приближаемся.
Nicat Məmmədov – şair, tərcüməçi, nasir. 1982-ci ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib (2004). “Струение. Axın. Streaming” (2010) və “Dilin Xəritəsi” (rusca) (2010) kitablarının müəllifidir. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı tərcüməsi” nominasiyasında mükafatın laureatı (2004), Milli Kulturoloji mükafatın laureatı (2007) və Yeltsin Fondunun “Молодое перо” nominasiyasında mükafatın laureatı (2007). II Beynəlxalq Rus-Gürcü Poeziya Festivalının (2008) və VI Daşkənd Açıq Poeziya Festivalının iştirakçısı (2008).
1 Comment
Mənim fikrimcə o insanları qınamaq olmaz. Ola bilsin ki, uşaqlığından onu bizim düzgün bildiyimiz yola çəkməyiblər, böyük nəsil ona həyatı anlatmaq əvəzinə əksinə onun üzərində ağalıq ediblər. Ona görə o da düzgün yolu “qaqaş” olmaqda görüb o da anlayışlı olmaq əvəzinə ağalıq etmək istəyib. Hər şeyin yolu elmdən keçir amma o elmə də kimsə yönəltməlidir ki, biz də onu kəşf etməyə başlayaq. Bu cür kimsələr də əfsuslar olsun ki, hər insanın həyatında olmur.