Təsəvvür edin: mənfi hisslər motivasiyamıza müsbət hisslərdən 3 dəfə daha güclü təsir edir. Həm təbii özünüqoruma mexanizmi məhz belə işləyir – hər an təhlükə gözləyərək ov edən əcdadlarımızdan bizə qalıb. Həm də, həyatın çətinlikləri haqda mütəmadi fikirlər mənfi düşüncə obrazını gücləndirir və kreativliyimizi məhv edir. Lakin psixoloqlar əmindirlər: beynimizi şüurlu müsbət düşünməyə məşq etdirmək olar. Bunun üçün əfsanəvi “tetrisi” xatırlamaq olar.
Bəli, müxtəlif fiqurları bir cərgəyə düzmək “boz maddəmizi” daha fəal işləməyə vadar edir. Bunun daha inandırıcı sübutu Harvard universitetinin psixiatriya professoru Robert Stikqold gətirib. O bir tələbə qrupuna tetris paylayıb, oyandıqdan sonra elə laboratoriyada yatıb gecələməyi xahiş edib. Səhər eksperimentin iştirakçılarının üçdə ikisi (həmçinin amneziyadan əziyyət çəkənlər) şikayət edirlər ki, beyinləri gecə də yuxarıdan düşən fiqurların döndərib bir cərgəyə düzməyin ən yaxşı vasitəsini axtarmağa davam edib. 2009-cu ildə isə ABŞ və Meksikanın bir neçə iri universiteti bu nəticəyə gəlirlər ki, həftədə saat yarım tetris oynamaq beynin üst qatının inkişafına təsir edir. Nəticədə, biz avtomatik olaraq müəyyən məsələlərin həllinə yönəlmiş enerji və zaman israfını optimallaşdırmağı öyrənirik.
Pozitiv psixologiyanın dünyada ən uğurlu mütəxəssisi Şon Açor öz “Xoşbəxtliyin üstünlüyü” kitabında sadə nəticəyə gəlir: “Tetris” oyunu vasitəsi ilə beynimizin plastikliyini dəyişə biliriksə, adət etdiyimiz təhlükə və maneələrin araşdırılması yerinə ona həyatımızın müsbət aspektlərini axtarmağı öyrətmək kifayətdir. Beynin yenidən köklənməsi üçün 4 sadə addım təklif edən Şon Açor hər ehtimala qarşı xəbərdarlıq edir: metodikanın əsası – vərdiş və mütəmadi məşqdir.
Yazın
Hər axşam, sizi məhz nəyin sevindiriyini qeyd edərək, gün ərzində başınıza gələn üç yaxşı şeyin siyahısını tutun. Bu hər şey ola bilər: köhnə dost ilə görüş, həmkarınız tərəfindən kompliment ya da möhtəşəm gün batışı. Kiçik qalibiyyətləri bayram etməyə unutmayın – motivasiyanın qaldırılmasının və yaşam sevgisinin yüksəldilməsinin isbat olunmuş yoludur. Müsbət şeylər haqda düşünməyə nə qədər çox zaman ayırsanız, özünüzü o qədər yaxşı hiss edəcəksiniz.
Hər gün kiməsə minnətdarlıq bildirin
Bunun mahiyyəti ətrafınızdakı insanlara onların sərgilədiyi cəhdləri gördüyünüzü bildirməkdir. Bunu etməyin ən yaxşı yolu – hər gün bir təşəkkür etməkdir. Məsələn, məktəb müəlliminizə yazın ki, həyatınızda onun məsləhətlərini istifadə edirsiniz. Amerikalı Uolter Qrin onun üçün vacib olan insanları ziyarət edərək onlara minnətdarlığını bildirmək üçün tam 1 il sərf edib. Bu səyahət onun həyatını dəyişdirməklə birgə, “Həmin o an” kitabını yazmağa təşviq edir.
Özünüdərk
Harvard universitetinin alimləri sübut ediblər ki, mütəmadi meditasiya ilə məşğul olmaq beynin plastikliyinə təsir edir. Nəticədə, hippokampda – beynin öyrənmə, yaddaş və hisslərə cavabdeh olan hissəsində boz maddənin sıxlığı artır. Stress və narahatlığa cavabdeh olan hissədə isə əksinə boz maddənin sıxlığının azalması müşahidə edilir. İstənilən mənfi fikir həyatı anlamağımızı bir problem çərçivəsində darlaşdırır. İndiki zamana qayıdıb baş verənlərə qınaqsız baxmağa başladığımız an biz daha yaradıcı düşünməyə başlayıb mürəkkəb məsələlərin həllini tapırıq.
Başqalarını xoşbəxt edin
Ən çox verilən məsləhətlərdən biridir. Bununla belə, xoşbəxtlik üzrə professor və mütəxəssis Sonya Lyubomirski iddia edir ki, başqalarına qarşı edilən istənilən yaxşılıq bizim öz xoşbəxtlik hissimizi yüksəldir. Sübut kimi də bir ispan firmasında əldə olunmuş eksperimentin nəticələrini gətirir. Depressiyadan əziyyət çəkən əməkdaşlar qrupuna “məxfi Santa” olmağı təklif edirlər: həmkarları üçün anonim olaraq hədiyyə verməli və xoş sürprizlər hazırlamalı idilər. Nəticədə, eksperimentin melanxolik iştirakçılarının motivasiyası və həyatdan həzz almaq hissi olduqca artmışdır. Hədiyyə etmək vacib deyil: kimisə sadəcə güldürmək və ya bir fincan kofe təklif etmək. Bu da xoşbəxtlik hormonunun ifrazına yaxşı təsir edir.