Rəşid Məmmədov – Mədəni Soyqırım
18 aprel Dünya Mədəni İrs Günüdür. Xüsusi gün kimi qeyd olunmasında məqsəd mədəniyyət abidələrinin müxtəlifliyinə diqqət çəkmək və milliyyətindən asılı olmadan hər kəsi onları qorumağa çağırmaqdır. Həm təhsili, həm də iş təcrübəsi ilə incəsənət və humanitar hüquq üzrə ixtisaslaşmış hüquqşünas Rəşid Məmmədov videoda mədəniyyət abidələrinin müdafiəsi üçün qəbul edilmiş və Qarabağda Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüquqi sənədlər barədə danışır.