Azərbaycan qadınları arasında depressiya bir orijinallıq böhranı kimi

və ya

Müstəqillik bahasına depressiya

Salam! Mənim adım Fidan Məmmədovadır, psixiatr-həkim, psixoterapevt və psixiki sağlamlıq sahəsində araşdırmaçıyam.


Həm stasionar, həm də xəstəxana işi ilə bağlı 17 illik praktiki təcrübəyə malik bir mütəxəssis kimi mənim üçün gün ərzində pasientlərimdə müəyyən etdiyim depressiya diaqnozu bir qurtuluş, ümid, pasientə kömək üçün bir imkan və sağlam həyata, ailəsinə, uşaqlarına, işinə, dostlarına, həvəslərinə və gündəlik işlərinə qayıtmaqla bağlı təminat kimi səslənir. Lakin müsbət şəkildə refleksləndirmək imkanı ilə paralel olaraq, öz peşəmdə depressiya diaqnozunun köməyi ilə bu xəstəliyin doğulduğum və boya-başa çatdığım şəhərin, ölkənin epidemiyasına çevrildiyini anlamağa başladım.

Bu məndə elmi maraq oyatdı və ölkəmizdə depressiya problemlərini araşdırmağı qərara aldım.
Ən təəccüblüsü isə məsələnin bu vaxtadək heç kimi maraqlandırmadığını öyrənmək oldu. Bundan əlavə, dünyada qüsurlu bir praktika mövcuddur – hansısa ölkədə müəyyən bir məsələ ilə bağlı məlumat olmadıqda, alimlər yaxında yerləşən bölgədəki ölkənin təcrübəsini istifadə edirlər. Şübhəsiz ki, bu, mövcud olan problemi əks etdirmir və təbii olaraq, digər ölkənin mədəni aspektlərini nəzərə almır.
Məsələn: biz Gürcüstanın təcrübəsindən istifadə edə bilərdik, çünki oradakı məlumatlar dünyada yayılmış rəqəmləri göstərir. Ya da, bizim dünyəvi, mülayim müsəlman dövlətimizdən fərqli olaraq, bağlı müsəlman cəmiyyətini təşkil edən İran təcrübəsini istifadə edə bilərdik.

Beləliklə, mənim elmi işimin mövzusu Epidemiologiya, yəni Azərbaycanın qadın əhalisində depressiyanın mövcudluğu; Azərbaycandakı depressiyanın mədəni aspektləri; Azərbaycan və rus dillərində danışan qadınlar fenomeninin araşdırılması və bu fenomenin Azərbaycan qadını genotipində depressiyanın yayılmasına təsiri oldu.

Bu araşdırmanın hazırlıq və aparılma prosesinə toxunmuram. Sadəcə deyə bilərəm ki, 80 qramlıq 50 dənə A formatlı kağızdan istifadə edilib və bu da 25 000 vərəq edir. Sual verilən 2150 respondentdən 1500-ü araşdırmaya daxil edilmişdir; bu araşdırmanın elmi supervayzerləri olmağa razılaşan Humboldt universiteti (dünyaya, 10-u tibb sahəsində olmaqla, 50 Nobel laureatı bəxş edib) ilə əməkdaşlıq qurulmuşdur. Həmçinin ölkədə ilk dəfə özünüqiymətləndirmə şkalalarının praktiki tətbiqi ilə bağlı qaydalar kitabçası nəşr olunub, sanballı elmi jurnallar kimi qəbul edilən Azərbaycan və Avropa jurnallarında bir sıra məqalələr dərc olunub.

Fikrimcə bu araşdırmanın ən əsas nailiyyəti  həm psixiki sağlamlıq sahəsində mütəxəssis olan, həm də fəal vətəndaş mövqeyinə malik bir sıra gənclərin ölkəmizdə qadın rifahı məsələsinin işıqlandırılmasına dair elmi maraq və yaradıcı yanaşma sərgiləməsi oldu: məsələn, mənim kreativ həmkarım Sitarə İbrahimova bölgələrdə qadınların psixi  sağlamlıq vəziyyətini üzə çıxarıb, onun modelləri – özləri, həyatları, gözləntiləri və çoxdan xatirələrdən silinmiş arzuları haqqında bəhs edirlər, şəxsi xoşbəxtliklərini və həyat perspektivlərini isə ailə üzvləri ilə bağlayırlar.

Azərbaycanda qadın obrazının tarixi inkişafının qısa icmalı ölkəmizdə qadının mövqeyini daha yaxşı anlamağa kömək edəcək.

Ümumiyyətlə, Azərbaycanda son yüzillik hər bir vətəndaşın həyatına toxunan,  möhtəşəm hadisələrlə yadda qalıb. İki dəfə müstəqilliyə nail olan Azərbaycan sovet dönəmini, yenidənqurmanı keçmiş, şəhərin xarici görünüşünü dəyişməklə bərabər, ölkə həyatının bütün sahələrinə toxunan iki neft bumunu yaşamışdır.

Bu dövrdə yadda qalan əsas hadisələrdən biri Azərbaycanda qadının müstəqil elan edilməsi oldu. Və 100 il keçdikdən sonra, Azərbaycan qadının indi kim olması maraq doğurur. O hansı maneələri aşmışdır? Azərbaycan qadını nəyə nail olmuşdur?

Bir psixiatr-həkim, araşdırmaçı və qadın olaraq, mən bütün bu suallara peşəkar mövqedən cavab verməyi qərara aldım. Və Bakı şəhərinin qadın əhalisinin ixtiyari araşdırması nəticəsində aydın oldu ki, şəhərdə yaşayan 18-65 yaş arasında olan qadınların 22%-i ailə və dini statuslarından, məşğulluqlarından və iş qabiliyyətlərindən asılı olmayaraq, özlərində hansısa depressiya əlamətlərini hiss edirlər. Adətən araşdırmalar suallara cavab vermək üçün aparılır, lakin burada yox. Məlumatların təhlili zamanı depressiyanın inkişaf etməsi riskinin amilləri tamam fərqli nəticə göstərdi. Qadınların 35,4% ali təhsilə malikdirlər; 12% – tələbədir; 37% – ən azı iki dildə danışır; 30,7% – dindardır; 22,5% – iş yeri kimi ev xanımı mövqeyini qeyd edir, hansı ki, bu da qadın üçün bir nailiyyət sayılır. Bütün bu faktlar müsbətdir və depressiyanın inkişafına işarə etmir. Bəs yaxşı, bizim qadınlarımızı depressiya keçirməyə nə vadar edir?

Sonrakı təhlillər Azərbaycan qadının Qərb ölkələri ilə müqayisədə fərqli mədəni aspektlərə, ifadəyə və təəssürata malik olmasına işarə edirdi. Depressiyanın müəyyənləşdirilməsi üçün istifadə edilən anketin tərkibində iştirakçı qadınların doldurmaq istəmədiyi şəxsi xarakterli suallar var idi. 33%-lik imtina nisbəti! Bu nədir – mədəni qapanma, qadağa, yoxsa inamsızlıq?

Və belə çıxır ki, yaxşı təhsil almış, işlə təmin olunan, bir-neçə dil bilən, inkişaf etmiş ictimai statusa malik müstəqil azərbaycanlı qadınların evli olduğu halda 23% yoldaşının valideynləri ilə yaşamaqda davam edir, evli olmadığı halda isə 34,2% ata evində qalmağa üstünlük verir.
Emansipasiya edilmiş müstəqil azərbaycanlı qadın 100 ildə bunlara nail olub:

  • Təhsilə imkan
  • Kişi sənətlərinə imkan
  • İdarəçi vəzifələrə imkan
  • İdmanda iştiraka imkan
  • Və incəsənətdə uğurlara…

Elə təəssürat yarana bilər ki, qadın üçün hər şey əladır, lakin…o bədbəxtdir, depressivdir, həyatın mənasını axtarmaqdadır və özünü yaratmaqla məşğuldur.
Görünən odur ki…
Müstəqilliyimiz depressiya bahasına başa gəlir!

  1. Müstəqillik ictimai prioritetlərin (karyera, ictimai xidmət, ailə, uşaq) dəyişməsinə gətirib çıxarır. Nəticədə insan həyatda əsas ictimai təyinatını müəyyən edə bilmir, bu da öz növbəsində özünədəyər hissinin azalması ilə nəticələnir (insan nə üçün yaşadığını müəyyən edə bilmədiyi təqdirdə depressiyaya uğrayır). Məsələn: sürətləndirilmiş urbanizasiya – son onilliklərdə Azərbaycanda da müşahidə etdiyimiz dünya trendidir. Nəticədə nə əldə edirik? Öz doğma ailəsindən qopan, öz evinə bağlılıqdan azad edilmiş insan daha həssas və özünə yönəlmiş olur.
  2. İnsan müstəqil olduğu qədər tənhadır. Depressiya tənhalıq xəstəliyidir. İnsan dostlarının və doğmalarının arasında belə tənha ola bilər. Bu ekzistensial tənhalıqdır.
    Bu belədirmi? Mən bu gün bu həyatı əhəmiyyətli suala cavab verməyə çalışacağam!
    Müstəqilliyimiz depressiya bahasına başa gəlir.

Bunun üçün biz psixologiyanın dərinliklərinə qərq olacağıq. Adətən, konkret vəziyyəti izah etmək üçün onu yalnız daxildən araşdırmamaq lazımdır. Tamamilə aydındır ki, cəmiyyət özünəməxsusluq krizisi yaşayır: sovet rejimindən müstəqilliyə keçid.

Şəxsi fikrin qadağan olunduğu, kütlənin arxasında gizlənməyin mümkün olduğu, hərəkətdən məhrum bir vaxtda kollektivin sənin yerinə qərar verdiyi, sovet materializminin şəxsiyyət autentikliyi…
Azərbaycan hazırda növbəti amilərə malik keçici cəmiyyətin xüsusiyyətlərini əks etdirir:

  • Müxtəlif submədəni icmalar (subkultura)
  • Miqyaslı ictimai islahatlar
  • İctimai hərəkat
  • Özünüidentifikasiyanın ictimai kateqoriyalarının əksəriyyətinin mənasının dəyişməsi.

Bütün sadalananlar aşağıda qeyd edilən amillərlə bağlı olaraq fərdi böhranın təzahürlərini dərinləşdirir:

  • İctimai identikliyin itirilməsi
  • Rolun yanlış yönləndrilməsi
  • Şəxsi və kollektiv identikliyin yeni əsaslarının axtarışı
  • Həyat strategiyalarının yenidən strukturlaşdrılması
  • Yeni ictimai statusların və rolların, həmçinin davranış tərzlərinin qəbul edilməsi zərurəti.

Məsələn: Ailə qurmaq, yoxsa magistraturada oxumaq; uşaq doğmaq, yoxsa karyera qurmaq; 3 illik dekretə çıxmaq, yoxsa fəlsəfə doktoru adını almağa çalışmaq, ya da şəxsi biznes qurmaq, ya minimalist həyata keçmək, yaxud uzaqdan iş və ya təhsil almaq, ya da ümumiyyətlə… nə edəcəyinin nə fərqi var?!

Cəmiyyətimizdə müşahidə etdiyimiz və onun yüksək göstəricilərini izah etməyə çalışdığımız depressiyaya aparan psixoloji krizis cəmiyyəti, insanın yeni inkişaf mərhələsinə keyfiyyətli keçidinin reallaşdırılması ilə bağlı tapşırıq qarşısında qoyur:

Yeni mənaların və insanlarla münasibətlərin, dəyərlərin, özün haqqında təəssüratların, yeni dünya mənzərəsinin yaranması, yeni həyat perspektivlərinin qurulması.

Çoxşaxəli vəziyyətin təkhecalı cavabı olmur, lakin bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda qadının inkişafının bugünkü səviyyəsi sadəcə qadının cəmiyyətdə yeni rolunun formalaşmasının bir mərhələsidir. Və dəyərli xanımlar, düşünməyin ki, bizim bugünkü depressiyamıza təhsilimiz, işimiz, avtomobil sürmək bacarığımız, statusumuz, idmandakı və incəsənətdəki nailiyyətlərimiz kömək etməyib. Bütün bunlar irəliləməyə və inkişaf etməyə, aktuallaşmağa, öz fərdiyyətimizi və mənsubiyyətimizi anlamağa imkan yaradır.

Mənim və Sitarənin, etdiyimiz araşdırmaların birləşdirilməsi, Azərbaycan qadınının dolğun şəkildə başa düşülməsi məsələsinə yaxınlaşmağa imkan yaratdı.

Son 100 il ərzində təhsil almağa, seçim azadlığına və müstəqilliyə çatan Azərbaycan qadını uğurlu şəkildə ictimai statusunu transformasiya etməyə nail olmuşdur. Eyni zamanda, biz özünüreallaşdırmadan məmnunluğun olmamasını, aramsız axtarışı və nəticə etibarı ilə depressiya halında əhvalın pozulmasını müşahidə edə bilərik. Bu bizə Azərbaycan qadını üçün karyera uğuru ilə birgə autentiklik anlayışının və özünüreallaşdırmanın, yeni şəxsi, ailə dəyərlərinin və inanclarının axtarışının, şəxsi təəssüratların, yeni dünya mənzərəsinin, yeni həyat perspektivlərinin qurulmasının vacib olduğunu fərz etməyə əsas verir.

Depression among Azerbaijani women as a result of the crisis of authenticity

or

Depression as a payment for independence

Hi! My name is Fidan Mamedova, I am a psychiatrist, psychotherapist and researcher in the field of mental health.


For me, as for a specialist, who has more than 17 years of practical experience in both stationary and extramural care, depression diagnosis, that I make on patients many times a day, sounds like salvation, hope and the opportunity to help my patient and guarantee a full recovery, return to the family, to children, to work, to friends, to one’s interests and daily affairs.

However, with all the opportunity to positively reflect in my profession through the diagnosis of Depression, I began to realize that this disease was an epidemic of my city and country, where I grew up and live. This aroused a scientific interest in me, and I decided to consider the problems of depression in our country.

The most surprising thing was that nobody was interested in this question before. Moreover, in the world, there is a vicious practice when in some country there is no data on any problem, scientists use the data of the countries of the nearby region. Such data certainly do not reflect the real picture of the existing problem and, naturally, does not take into account the cultural aspects of the other country.

For example: we could use the data of Georgia – it turned out that there are the same official prevalence figures, as in the world. Or, data of Iran, which is a closed Muslim society, in contrast to our secular, moderate Muslim state.

And so, the topic of my scientific work was: Epidemiology, i.e. the prevalence of depression in the female population of Azerbaijan. Cultural aspects of depression in Azerbaijan. The study of the phenomenon of Azerbaijani and Russian-speaking women and the impact of this phenomenon on the prevalence of depression in the population of the Azerbaijani female genotype.

I omit the details of the preparation and conduct of this study, I can only approximately tell you that only about 50 packs of 80 grams A4 format paper (25,000 sheets) were used. 1500 of 2150 interviewed respondents were included in the study; cooperation was established with Humboldt University (which gave the world 50 Nobel laureates – 10 in medicine) collaborators of which volunteered to become scientific supervisors of this study. The country’s first manual on the practical application of self-assessment scales was also published, as well as several articles were published in both Azerbaijani and European journals, which were adopted as peer review journals.

The most important achievement of this research, in my opinion, was that a number of young active professionals in the field of mental health and citizenship position, were able to show their scientific interest and creative approach in highlighting the urgent topic of women’s well-being in our country: for example, my creative colleague, researcher Sitara Ibrahimova, clarified the situation of women’s mental health in the region, where her models tell about themselves, their lives, their expectations and long-forgotten dreams. They associate their personal happiness and prospects of life with family members.

A brief review of the historical development of the female image in Azerbaijan will help to better understand the modern position of women in our country.

And so, the last century in Azerbaijan was marked by grandiose events that touched the life of every inhabitant. Having doubled its independence, Azerbaijan experienced the Soviet period, perestroika, two oil booms, which changed not only the appearance of the city, but also touched all areas of the country’s functioning.

One of the important events that marked this era was the announcement of the Independence of Women in Azerbaijan. And after 100 years, it seems interesting, what have a woman in Azerbaijan became in 100 years? What barriers did she overcome? What was achieved by the Woman of Azerbaijan?

As a psychiatrist, researcher and a woman, I decided to answer these questions from a professional position. And, as a result of a randomized study of the female population of the city of Baku, I received that 22% of the city’s female population aged 18-65 years feel signs of depression, regardless of family, religious status, employment and work ability. It would seem that research is conducted in order to answer questions, but not in this case. The risk factors for the development of depression in the analysis of the data showed an inverse result. 35.4% – women have higher education; 12% – are students; 37% – speaks at least 2 languages; 30.7% are practicing Muslim women; 22.5% of women indicated the position of the housewife as a workplace, which is also an achievement for women. All these facts are positive and in no way indicate the development of depression. So, what makes our women experience depression?

Further analysis of the data pointed to the cultural aspects and differences of the expressions and ideas of the Azerbaijani woman in comparison with the countries of the West. The research tool, used to determine depression, contained questions of a personal nature that participants preferred not to fill in. 33% drop-out rate!!! What is it – cultural closure, taboo, distrust?

And it turns out that well-educated, employed independent women of Azerbaijan, knowing several languages, with a well-developed social status, continue to live with their parents in 23%; and 34.2% of unmarried women remain living in the parental home.

Emancipated Modern Azerbaijani woman for 100 years has achieved:

  • Access to education
  • Access to male professions
  • Access to management posts
  • Achievements in sport
  • Involve in art

And it seemed that everything is fine, but… Actually no, she is unhappy, depressed, in search for the meaning of life and in the pursuit of self-realization.

It almost seems like we traded depression for our independence!

  1. Independence leads to a change in social priorities: career, service to society, family, children. As a result, a person can’t decide on the main social purpose in life, which in turn leads to a lower sense of self-worth (if a person can’t determine for what s/he lives s/he falls into depression). For example: accelerated urbanization is a trend in the world, which we are seeing in Azerbaijan in the last few decades as well. What do we get? A person separated from an indigenous family, freed from attachment to one’s own housing, becomes more vulnerable, more self-centered.
  2. The more a person is independent the more s/he is alone. Depression is a disease of loneliness. You can be lonely even among your of friends and relatives too. This is existential loneliness.

Is it so? Today I will try to answer this vital question! We pay with depression for our independence! For this, we have to dwelve into the psychology of society. Often, to interpret a specific situation, it is necessary to consider it not only from the inside. It is quite obvious that society is experiencing a crisis of authenticity: the transition from the Soviet regime to independence.

Authenticity of the personality of Soviet materialism -it was impossible to have your own opinion. You could hide behind the crowd, the collective made a decision for you when you did not have mobility.

Today Azerbaijan is an open interjacent society:

  • with different subcultural communities
  • with large-scale social transformations
  • with high social mobility
  • with change of the values of most social categories for self-identification.

All of the above mentioned deepens the manifestations of the personal identity crisis marked:

  • with loss of social identities
  • with role confusion
  • with search for new bases of personal and collective identity
  • with restructuring life strategies
  • with the need to adopt new social statuses and roles, behavioral patterns

Questions lying ahead of a woman:

  • get married or get a master’s degree
  • have a baby or build a career
  • take a maternity leave for 3 years or start a PhD study,
  • or look for a better paying job, or an interesting job, or build your own business, or become a downshifter, or organize distant work or learning.

Does it even matter?! The psychological crisis that leads to depression, which we observe in our society and try to explain its high indicators for ourselves, puts society before the choice of making a qualitative transition of a person to a new stage of development:

Emergence of new meanings and relationships with people, values, perceptions of themselves, a new picture of the world, building new life prospects.

There are no monosyllabic answers to a multifaceted situation, but today one can say for sure that the current level of development of a woman in Azerbaijan is only a stage in the formation of a new role of a woman in society. And dear women, do not think that today education, work, status, ability to drive a car, or achievements in sports or in art didn’t help to our depression. All this makes it possible to go and develop and self-actualize and realize self – authenticity and belonging further.

Combining the results of my and Sitara’s research, allowed us to come closer to a holistic understanding of the Azerbaijani Woman. A woman in Azerbaijan had not access to education, freedom of choice and independence during the last century, managed to successfully transform her social status. At the same time, we can observe a lack of satisfaction from self-realization, a constant search and, as a result, a mood disorder in the form of depression. This gives us reason to assume that, along with career success, it is important for a woman in Azerbaijan to understand authenticity and self-realization search for new personal and family values and beliefs, ideas about herself, a new picture of the world, and building new life perspectives.

Sitara İbrahimovanın portfoliosuna da baxınSitara İbrahimovanın portfoliosuna da baxın
Tags: