Hekayə
“Quyunun dibindən qorxulu və əcaib bağırtı eşidildi:
-Hera-kL!!!
Adamın ayaqları quyunun ağzında, sifəti isə yerdə, torpağın üstündə idi. Əynində, bəşər tarixində bu vaxta qədər görünməmiş rəngə malik mayka var idi. Bu adam, indi quyudan öz adının qışqırıldığını bilsə də, hesabat verməyə hazır hərbiçi kimi sima-ciddiliyini pozmurdu. Saç düzümünə fikir verən artistin məsuliyyəti ilə oturub-duran “kantırfratırlara” bənzəyən üçbucağın…”
-Herakl! Budur sizin hekayə?
-Bu başlanğıcıdır, yəni intro, yəni giriş, qapının ağzı…
-Siz bu işinizi “Dünya Hekayələr Çempionatı”na göndərmək istəyirsiz? Oradakı münsiflər heyəti adınız olan zərfi ancaq ayaqyoluna buraxmalı olacaq, əmin olun! Biz isə öz növbəmizdə, bu hekayə ilə xalqımızın 90 milyion illik tarixini ləkələməyə icazə verə bilmərik sizə! Bu tip qeyri-milli-imənfi dəyərlə…
-YaxşıSağol.
Dəhlizdəki qapılardan biri açılır. Əlində aftafa olan adam iri addımlarla otaqdan çıxır və dəhlizin sonunda olan çıxış qapısına doğru qaçmağa başlayır.O qaçdıqca aftafanın içindəki su ətrafa səpələnir. Ardınca başqa birisi açıq qapıdan təşvişlə bayıra çıxır və qışqırır:
-Misyü Herakl! Misyö Herakl!!! Qayıdın!…. Biz Sizin hekayəni götürürük… Göt…ür..ür…ük!
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.