Xeyirxah manyak
Silsilə qatil çox qorxulu və təhlükəli subyektdir. Amma onların da arasında arada istisnalar olur. İnsandır, çiy süd əmib, əsəbləşir, gedib bir-iki nəfəri doğrayır, içalatını tökür, cəsədinin başına itin oyununu gətirir və sakitləşir, olur adam balası. Hətta vicdan əzabı keçirir və pirə gedib nəzir qoyur.
Belə xeyirxah təbiətli silsilə qatillərdən biri evində uzanıb darıxırdı. Bütün oyuncaqlarla oynayıb bezmişdi. Başqa qatillər hadisə yerindən maraqlı bir şey götürəndə xatirə üçün, o heç vaxt bunu etməzdi, buna görə də oyuncağı az idi. Televizoru işləmirdi, interneti də borca görə kəsilmişdi. Telefonu alıb ağzına gələn nömrəni yığır. Cavab verirlər:
HŞ: – Alo
M: – Alo…Kimdir danışan?
HŞ: – Herakl Şalvarzadə
M: – Herakl… mən silsilə qatiləm, manyak.
HŞ: – Mənə dəxli yoxdur.
M: – Bu gün çox darıxıram. Səninlə əylənəcəm.
HŞ: -Masturbasiya etməyi sevmirəm.
M: – Herakl, sən məni məyus etmək istəyən adama oxşamırsan.
HŞ: -Mən heç kimə oxşamıram. Və ümumiyyətlə darıxırsansa dur gəl.
M: – Evinə dəvət edirsən?
HŞ: – Hə.
M: – İnternetin var?
HŞ: – Yoxdur.
M: – Onda telefonda danışaq. Xəbərləri izləyirsən?
Heraklın televizoru yox idi və təbii olaraq xəbərlər buraxılışına da baxmırdı.
HŞ: – Mənə dönərxana açmaqda kömək edə bilərsən?
M: – Əgər xəbərlərə baxsaydın məni yaxından tanımış olardın. Bilmək olmaz, bəlkə bir gün gəldim sənin evinə qonaq. Ancaq mən interneti olan adamların evinə “qonaq” gedirəm, əsasən. Başa düşürsən?
HŞ: – Sənə yazığım gəlir. Niyə dönərxana açmaq əvəzinə boş-boşuna internet sahiblərini ziyarət edirsən?
M: – Kim deyir boş-boşuna?
HŞ: – Dur gəl dəniz qırağında səninlə şahmat oynayaq. Mən Yamaykada yaşayıram, bu nömrə də mənim deyil, qonşunundu, yəni indi qonşumgilə gəlmişəm. Əslində mən qonşulara tez-tez qonaq gedənlərdən deyiləm, zəhləm gedir qonşu qonaqlıqlarından. Sadəcə bu gün onlar üçün kakos dərməyə gəlmişəm. Telefon zəng çalanda nədənsə düşündüm ki, bu zəng mənim üçündür.
M: – Qonşularının interneti var?
HŞ: – Yox eee, nə internet? Onlarınki ancaq kakosdu. Bir də marixuanna. Çəkənsən?
M: – Qətiyyən, sağlamlığım vacibdir. Darıxanda bəlkə çəkərəm.
HŞ: – Mən Azərbaycandan deportasiya olunmuşam əslində… Bəlkə durub gələsən?
M: – Herakl, mən gəlsəm sənə pis olar axı.
Herakl bir anlıq düşündü; indi danışdığı şəxs özünü “manyak” kimi təqdim edib. Beləsini niyə qonaq çağırır axı? Və ağlına daha maraqlı ideya gəldi.
HŞ: – Yoldaş manyak, onda belə edək. Sən ünvanı de, mən gəlim. Əgər sən gəldiyin təqdirdə pis olacaqsa, onda yəqin mən gəlsəm yaxşı olar. Bunu demək istəyirdin?
M: – Ünvanı deyim və polis çağırasan?
HŞ: – Polislərə hörmət etmirəm. Əgər çağırsam ancaq yanğınsöndürənləri çağıraram, o da sənin evində yanğın olsa. Heç həkimlərə də etibarım yoxdu. Məncə İrandakı mollalar daha etibarlıdı.
M: – Sənin intelektual səviyyən məni sevindirir. Heyf olar səni öldürsəm (bic-bic gülümsündü).
HŞ: – Qulaq as, manyak qardaş. Həqiqi sözümdü, getməliyəm. Ev yiyəsi pis baxar. Getdim
Son sözləri deyib Herakl dəstəyi asır. Manyak anlaşılmaz durumda qalır. Bilmir nə etsin, o da məcbur olub özünü asır. Beləcə dünyada yaşayan yeganə xeyirxah təbiətli manyak ölür.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.