ACT N°1 2020/21 Payız-Qış Kolleksiyasını təqdim etdi

ACT N°1  beynəlxalq aləmdə tanınan dizaynerlər Qalib Həsənov və Luka Lin tərəfindən İtaliyada yaradılmışdır. Brendin adı dəqiq bir məna daşıyır və dizaynerlərə karyeralarının əvvəlində markanı inkişaf etdirməkdə ilham mənbəyi olub.  Burada mahiyyət və obrazlar dizaynerlərin şəxsi hekayələri – uşaqlıq, ev və sosial həyat tərzinə yönəlmiş multikultural keçmişə fokuslanır, bu keçmişdə isə antik Çin təsviri sənətilə Azərbaycan sənətkarlığı birləşir. ACT N°1 hər sezon daha çox inkluzivlik və dünyanın müxtəlif yerlərindəki qadınların vəziyyətilə bağlı hekayələri nümayiş etməyə çalışır.

 

“Qanın irqi və ya cinsiyyəti yoxdur”. Bu, Payız Qış 2020-21 – in başlıca mesajıdır. Bu mesaj altında ACT N°1   cəmiyyəti ilhamlandıraraq , stereotiplərdən uzaq, inkluzivliyə, bərabər hüquqlu olmağa  doğru yol göstərərək öz missiyasını yerinə yetirir. “Qəbul etməliyik ki, biz hamımız müxtəlif və unikalıq. Həmişə estetik baxımdan çox fərqli olan mədəniyyət və ənənələrimizi birləşdirməyi bacarmışıq. Eyni yolla, hazır cinsiyyət təriflərindən kənarlaşmaq üçün kişi və qadın qarderoblarını qarışdırmağı nəzərdə tutmuşuq” – deyə brend təsisçiləri bildirib.

 

Kolleksiyanın quruluşu ənənəvi toxumaçılıq ilə dərziliyin bir-birilərinə nüfuz etməsinə əsaslanır. Bombardmançı pilotun geyiminin hissələri klassik yun jaketlərə birləşdirilib. Dantelli tül önlüklər cırılaraq jaketlərin üzərinə tikilib. Cüt kəmərli ətəklər və şalvarlar, drap, ikonik ikiqat köynəklər, kürk naxışlı məxmər paltolar, üzərinə mənzərələr həkk olunmuş xalatlar da əsas məhsullardandır. Diqqətlə hazırlanmış əl işi əşyalar isə Svarovski kristalları ilə parıldayır, müxtəlif fiqurlara bölünür.

 

Brend davamlı olaraq böyüyür və Londondakı “Selfridges”, Moskvadakı “Sum”, Los Ancelesdəki  “H Lorenzo”, “IT Hong Kong”, Tokiodakı “Concento” və “Luisa Via Roma” kimi dünyanın hər bir tərəfindəki mağazalara paylanılır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir