taf LAB 1 yaşını qeyd edir

 taf LAB 1 yaşını qeyd edir

taf LAB 2019-cu ildə Bakıda yaranmış elektron musiqi platformasıdır. Bugünə qədər yerli və əcnəbi artistlərin iştirakı ilə müxtəlif andeqraund musiqi janrlarında 15 tədbir təşkil etmiş komanda 7 Martda 1 yaşlarını möhtəşəm musiqi bayramı ilə qeyd edir.

 

Tədbirə Moskva “Sdvig”-dən Yury Rets, A/DV, Tbilisidən “Clinical Hates” və Peterburqdan “Yeahlena” dəvət alıb.

 

Yerli səhnəni isə Hazi Karim, Reef və Cosmodust təmsil edəcəyi tədbir Skalodromda baş tutacaq.

Musiqiçilər

Yury Rets – DJ və musiqi prodüser, “Sdvig” proyektinin təsisçisi..
Onun musiqisinin məqsədi öz enerjisini auditoriyaya ötürmək,yaratdığı atmosfer ilə dinləyiciləri rəqsə sövq etməkdir. Və o, möhtəşəm seleksiyası,”groove” və ritmi ilə bu məqsədinə çatmağı çox yaxşı bacarır.

A/DV – Moskvalı DJ
Onun musiqisinin sərhədləri yoxdur və böyük pleylistə sahibdir. 2017-ci ildən səhnəyə çıxan DJ, Moskva və Sankt Peterburq klublarında mütəmadi olaraq çıxış edir. 90-ların analoq sintezator və zərb səslərindən ilhamlanan A/DV-in setləri müxtəlif techno, acid və electro groove kimi janrları əhatə edir. Onun vinil kolleksiyasında müasir və old school techno, acid grooves, electro, industrial və hətta EBM-ə rast gəlmək olar.

Yeahlena – ACE Tone Berlin qrupunun üzvü
9 yaşından Dnb radioya qulaq asmağa başlayan Yeahlena-ın playlisti daha sonralar caz, soul, funk kimi janrlarla zənginləşir. O, hazırda Peterburq andeqraund partilərində və Berlin ACE Tone-da (Podkast seriyaları və partiləri) səhnə alır. Bundan başqa o mütəmadi olaraq Radio8k-də çıxış edir.

Clinical Hates – Tbilisidə yaşayan DJ, prodüser, SCTR üzvü, Belieri Records-un təsisçisi
Bugünə qədər 5 EP albomu və müxtəlif beynəlxalq leybllarda 5 podcastı çıxan artist, Tbilisi underground səhnəsində Khidi, Cafe Gallery kimi klublarda çıxışlar edir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir