Animafilm məktəbi başlayır!

 Animafilm məktəbi başlayır!
Animafilm Məktəbi 2 aylıq animasiya dərs proqramına start verir. Dərslər peşəkar animatorlar tərəfindən həftədə 1 dəfə olmaqla 3 saat keçiriləcək. Dərs zamanı siz, ssenari yazılması, səhnələşdirmə, personajların hazırlanması, stopmotion filminin çəkilməsini peşəkar animatorlardan öyrənəcəksiniz. 2 aylıq dərs proqramının sonunda tələbələr sertifikatla təltif olunacaq. Bu dərs proqramı Artcolab.az studiyasının dəstəyi ilə Animafilm festivalı tərəfindən keçirilir.
İlk dərs: 1 Mart
Dərs cədvəli:
1. Animasiya nədir? (01.03.2020)
2. Animasiya üçün ssenari (08.03.2020)
3. Animasiya üçün səhnə təsviri (storyboard) (15.03.2020)
4. Personajların hazırlanması (22.03.2020)
5. Stop motion filminin çəkilişinə hazırlıq (29.03.2020)
6. Filmin çəkilişi və montajı (05.04.2020)
7. Hazır filmin nümayişi (12.04.2020)
Qeydiyyat və əlavə məlumat üçün Animafilm festivalın Facebook və ya Instagram səhifələrin mesaj bölməsinə yaza bilərsiniz.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir