Düsseldorflu sənətkar Mişa Kubalın şəhərimizin neoqotik üslubda tikilmiş binası Alman Lüteran kilsəsində instalyasiyasından qısa bir parça. Mişa Azərbaycana ikinci dəfə gəlib və öz instalyasiyasını Kapelhausda yerləşdirib. DJ Hazi, DJ Togrul və DiHaj-ın ifası ilə müşaiyət olunan instalyasiyanı 25 gündə 1700-dən çox ziyarətçi görüb.

Mişa Kubal kurator Əsli Səmədovaya verdiyi müsahibədə özünü və işlərini izah edib. 40 ildir incəsənətlə məşğul olur. Onun işlərindəki əsas zənginlik onun minimalizmidir – space (boşluq), speech (danışıq), speed (sürət). Əsas məqsədlərindən biri budur ki, öz işləri ilə onsuz da tarixi olan binalara bir az da əlavə dəyər qatsın. O həmçinin zərb alətləri ifasıyla da məşğul olur və instalyasiyalarına çox vaxt musiqiçiləri dəvət edərək birgə performans göstərirlər.

O öz res.o.nant layihəsini 2019-cu ilin ortalarınadək davam etdirəcək. Sırada Berlindəki Yəhudi Muzeyi və bir məscid var. Kuball dini binalarda instalyasiya yerləşdirməyin tolerantlığa öz töhfəsini verəcəyini düşünür. Almaniya kimi anti-semit keçmişi olan bir ölgədə sinaqoqlar və yəhudi muzeylərində çıxışı bununla bağlıdır. Əlbəttə ki, Kuball hər layihə üçün eyni tipdə yerləri seçmir. O post-sənaye (post-industrial) zonalarda da fərqli instalyasiyalar ilə məşğuldur.

Bakıdakı instalyasiyasını isə bir cümlədə belə izah etdi: “Qıcıqlandırıcı – cəlbedici – Kapellhausdakı məkanı araşdırmaq üçün yeni bir yol!”

Mişa Kubal və Əsli Səmədovanın müsahibəsini təqdim edirik:

ƏS: Öz yaradıcılıq praktikanızda işıq və məkanla çox işləmisiniz. Bunlardan hansısı sizin üçün daha üstündür və biri digərinə necə təsir edir?

MK: Məkan, bildiyimiz mənada, mənim üçün mövcud deyil – o, məkanlarda, o cümlədən divarlarda, küçələrdə həmişə digər komponentlər daşıyır – intensiv araşdırmalarımın bir hissəsi kimi səyahət etdiyim bu yerlər bir hekayəni danışacaq… Bu mənim ilk giriş nöqtəmdir. Dönüb arxaya, çoxlu sayda məkana məxsus layihələrə, 40 illik incəsənət təcrübəmə baxdıqda şəhər strukturlarında işləmək üçün işığın səmərəli vasitə olduğunu görmək olar – mühitlə işləmək üslubum, ən azından, müvəqqəti ictimai və siyasi görünüş yaradır. Hər şey uğurlu olsa, mənim artıq mövcud olan incəsənət əsərlərinə müdaxilələrim işlədiyim yerlərin tarixinin bir hissəsi olacaq – və bu gələcəkdə həyata keçiriləcək layihələrdə davam edə bilər.

ƏS: Adətən sizin işləri musiqi müşayiət edir və incəsənətinizin ayrılmaz bir hissəsidir. Bir sıra Kreidler, Sølyst, Sunya Beat kimi musiqi bendləri var ki, siz onlarla bır sıra, məsələn Sunya Beat və Harald Grosskopfun musiqi parçasının daxil olduğu “Yeddi xeyirhaqlıq” kimi, əsərlər üzərindən əməkdaşlıq edirsiniz və həmçinin bu yaxınlarda professional olaraq zərb alətləri dərsi almağa da başlamısınız. Hal-hazırda Berlinin Yəhudi muzeyində görə biləcəyimiz res•o•nant işıq və səs instalyasiyanız ənənəvi fəaliyyətinizdən cüzi olaraq fərqlənir, çünki xüsusi olaraq şou üçün musiqi bəstələyən iştirakçılarla birgə, siz açıq olaraq dünyanın bir çox yerindən musiqiçilərə öz çıxışları ilə töhfə verməyə çağırış etdiniz. Bu açıq çağırışın əsas səbəbi nə idi? Bu eksperiment uğurlu alındımı?

MK: Hardan baxırsan bax, bu mənim üçün yeni meydandır.Çoxlu sayda professional musiqiçi ilk növbədə mənim şəxsi dəvətimi qəbul etdi – Nyu-Yorkdan John Zorn 4 dəqiqədən sonra cavab verərək iştirak etməyi qəbul etdi – bundan sonra artıq düşünməyə başladım ki, “aha, bu mümkündür”. Rodelius, Stabil Eli və res.o.nant üçün 60 saniyəlik skit göndərən tehranlı Əli Çakav da bu qrupa qoşuldular. Hər kəs Almaniyadakı yəhudi binalarını, həmçinin kamera nəzarətində olan və polis tərəfindən mühafizə edilən Yəhudi muzeyini tanımalıdır. Ora gələn hər bir insan şəxsi yoxlamadan keçməlidir. Bu tədbirlər zəruridir, çünki, çox təəsüf ki, ölkədə anti-semit düşüncələr və mövqelər mövcuddur. Səslər heç bir müdaxiləsiz memar Daniel Libeskindin yaratdığı 24 metrlik hündür boşluqlara tuş gəlir. Buna görə də düşündüm ki, incəsənət, səs incəsənəti, rezonans edən bədənlər olar biz insanlar da, heç bir müdaxiləsiz binaya daxil ola bilərik. Layihə olduğu kimi davam edir – açıq çağırış sənətkarlarda layihəyə qoşulmaq üçün daha çox maraq formalaşdırır.

ƏS: Sizin xüsusi ilə bağlı olduğunuz hansısa layihə varmı? Varsa, səbəbi nədir?

MK: Hal-hazırda bizim bütün diqqətimiz res.o.nant-dadır – etiraf etməliyəm ki, Almaniyada Köl yaxınlıqlarında yerləşən “Synagoge Stommeln”-lə əməkdaşlıq edəndən bu yana, 1994-cü ildə “Refraksiya evi”-nin üzərində işlədiyimdən məsuliyyət və siyasi təzyiq ilə üzləşmişəm. Giriş qapısını bağlayaraq pəncərələrin arxasına güclü gözqamaşdıran işıqlar yerləşdirmişdim. Dönüb arxaya baxıram və deyə bilərəm ki, bu mənim həyatımı dəyişdi və o vaxtdan bəri mən bu layihədə iştirak etmiş insanlarla əlaqə saxlayıram – Anjelika Shallenberq həmtəsisçilərdən biridir və hələ də layihə üzərində iş aparır. Gələcək layihələri müzakirə etmək üçün biz tez-tez görüşürük. Ötən il hər il keçirilən layihəyə Nyu-Yorkda yaşayan livanlı rəssam Valid Raad dəvət edilib.

ƏS: İşinizi sərgilədiyiniz ən qeyri-adi yer hara idi?

MK: Uzun siyahıdan sadəcə üçünü qeyd etmək istərdim – 1992-ci ildə Dessauda Bauhaus memarlığı ilə işləyirdim – kommunist olmuş keçmiş Şərqi Almaniyada. Nasist rejimin bu məktəbi bağladıqdan sonra 1993-cu ildə burada ilk incəsənət layihəsi olmuşdu. 1995-ci ildə Deutz asma körpüsünün 430 metrlik uzun beton boşluğunda fırlanan işıq proyeksiyalar ilə instalyasiya işini həyata keçirməyi bacardım. Bir həftə içində bu əsərə baxmağa 5 min nəfər gəldi. Bu strukturu görənlər Kölndə unikal təcrübə əldə etmiş oldular. 1998-ci ildə San-Pauloda keçirilən 24-cü Bienal çərçivəsində “şəxsi işıq/ictimai işıq” əsərini üzə çıxarmağı bacardım. Əslində, mən 25 milyonluq meqapolisdə 72 ailəni ziyarət edərək onlardan şəxsi lampalar aldım və ya dəyişdim. Sonra lampaları Bienal binasına bərkidərək əsərə “Alman töhfəsi” adını verdim. Bu layihə ərzində şəxsən 500-dən çox onsanla tanış olmaq təcrübəsini heç vaxt unutmayacağam.

ƏS: Siz müdaxilələrinizi muzey məkanları ilə birgə sənaye avadanlıqlarında da etmisiniz. Hər iki yer tipində sizin üçün ən mürəkkəb və ən uyğun olan nə idi?

MK: Bəli, doğrudur – lakin əsl muzeylər belə post-sənaye ərazilərdə yerləşə bilər – həm muzeylər, həm də sənaye məkanları mənim üçün mürəkkəb işdir. Ümumi desək, hər bir layihə üçün mən fərqli qərar verirəm.

ƏS: “Məkan-Nitq-Sürət” işıqlı instalyasiyası sizin Bakıda ilk şounuzdur. Bunu bir neçə sözlə neçə izah edə bilərsiniz?

MK: Qıcıqlandırıcı – cəlbedici – Kapellhausun məkanını araşdırmaq üçün yeni üslub.

ƏS: “Məkan-Nitq-Sürət” instalyasiyası üçün Kapellhausu necə qiymətləndirirsiniz?

MK: “Kapellhaus” adı artıq mənim ağlımda əks səda doğururdu. Əminəm ki, səs üçün tikilmiş bu arxitektura bu cür səssiz instalyasiya üçün ideal daşıyıcıdır. Məkan mənim bütün əsərlərimdə oyuna girir, buna görə də Kapellhaus instalyasiyanın xarici görünüşünü dəyişib. Bu əsər ilk dəfə 1998-ci ildə Toronto eletrik stansiyasında nümayiş etdirilmişdi, tematik şou “Eşik” adını almışdı; 1999-cu ildə bu iş alınaraq Unndakı Beynəlxalq işıq incəsənəti mərkəzində sərgilənmişdi. Texnologiyanın köməyi ilə əsərə dəyişikliklər edilib: o, slaydlar əsasında qurğu kimi başladı – indi isə biz, mükün olduqca, işıqdiodlu proyektorlardan və Gobo-dan istifadə edirik. Lakin Permin müasir incəsənət muzeyində Rus Kodak Slide proyektorununun versiyasını hazırladım.

ƏS: Bu sizin qısa zaman ərzində Azərbaycana ikinci gəlişinizdir. Xahiş edirik, Bakı haqda təəsuratlarınızla bölüşün.

MK: Bakı saf enerjidir – siz təbiətin şəhərə necə hopduğunu hiss edə bilərsiniz – dəniz, dağlar, neft və qaz İpək yolu üzərində yerləşən paytaxtın parlaq tarixini yaradıb. Layihə ilə bağlı bura qayıtmağımdan çox məmnunam.

ƏS: Hal-hazırda nəyin üzərində işləyirsiniz və növbəti şoularınız harada keçiriləcək?

MK: res.o.nant 2019-cu ilin yarısına qədər davam edəcək – bu əməkdaşlıq üçün biz canlı çıxışlar üçün musiqiçilər, digər ifaçılar, nitq deyəcək şəxsləri dəvət etməliyik – Berlin Yəhudi muzeyində işləmək şou deyil, bu bir şəxsi öhdəlikdir. Bildiyiniz kimi, məscid üçün layihə üzərində də çalışıram.

ƏS: Dini məkana müasir incəsənəti gətirmək həmişə böyük şərəf və məsuliyyətdir. Siz bu nailiyyətlərinizə görə xüsusi olaraq qürurlanmalısınız.

Tags: