2005-ci ildən təşkil olunan “Bakı Beynəlxalq Caz Festivalı”nın bu ilki proqramı-avanqard və ənənəvi klassikalar-caz musiqisi pərəstişkarları üçün kifayət qədər maraqlı ola bilər. Artıq 18 oktyabrda İçərişəhər Qız Qalası yaxınlığında Mədəniyyət Nazirinin də iştirakı ilə “Açıq hava konserti” ilə açılışı baş tutmuş və 27 oktyabr tarixinə qədər davam edəcək festivala şəhərdə maraq kifayət qədər çoxdur. Həmçinin bu gün “Rotunda Caz Klub”da yerli və xarici iştirakçıların əvvəlcə amerikalı əfsanəvi caz truba ifaçısı Mayls Devis’in “All Blues” (Bütün Blüz) əsərinin interpretasiyası və həmçinin sərbəst caz improvizasiyaları dinləyicilərə və münsiflər heyətinə təqdim olundu. Bundan əlavə festivalın proqramına master klasslar, film nümayişləri, rəsm və fotoqrafiya sərgiləri və dünyanın “kinematik caz soundtrekləri” haqqında mühazirələr də daxildir. “I am Jazzman” (Mən Cazmenəm) adı ilə təşkil olunan gənc ifaçıların beynəlxalq müsabiqəsi “Caz festivalı”nın bir hissəsi olaraq keçirilir. Konsert proqramları ərzində iştirakçılar məşhur caz ifaçılarının əsərlərindən və həmçinin rock və pop janrından popular musiqi hissələrinin improvizasiyası ilə çıxış edirlər.
“Daha çox caz, daha çox intellekt” şüarı ilə təqdim olunan tədbirlər “Landmark Biznes Mərkəzi”, “Muğam Mərkəzi”, “Musiqili Komediya Teatrı”nda və “Kirxa”da təşkil olunur.
Bakı üçün “caz günləri”dir və sizi dinləməyə dəvət edir!